Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6944/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması (tutulması qaydasının dəyişdirilməsi) tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması (tutulması qaydasının dəyişdirilməsi)) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Cəmilə Ceyhun qızı Musayevadan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4126/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Doğum haqqında AZ-İV seriyalı 429557 nömrəli şəhadətnamədən görünür ki, X13 21 aprel 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Doğum haqqında AZ-İV seriyalı 429558 nömrəli şəhadətnamədən görünür ki, X11 10 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
3. Doğum haqqında AZ-İV seriyalı 429559 nömrəli şəhadətnamədən görünür ki, X12 18 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X9 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət sarayında 3596 nömrəli aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları X2 yanında qalmaları, onların saxlanılmaları üçün hər ay Cavabdeh hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir.
5. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2013-cü il tarixdə xitam verilmişdir.
6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 “Hüseynzadə”dən “Əliyeva”ya dəyişdirmişdir.
7. Nikah haqqında AZ-İİ seriyalı 331511 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 nikahı Səadət Sarayı (Bakı Nikah evində) xx.xx.2019-cu il tarixdə 319 nömrə ilə qeydə alınmışdır.
8. Doğum haqqında AZ-İV seriyalı 861034 nömrəli şəhadətnamədən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X10r.
9. 31.07.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 50 (əlli) manat rüsum ödənilmişdir.
10. 31.07.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində pul mədaxil edilmişdir.
11. Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-01455 nömrəli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci olmaqla, cəmi 60 manat İMS xərci ödənilmişdir.
12. Bakı şəhəri 17 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli EM-1822VK-4044/2024 nömrəli müqavilədən görünür ki, Vəkil1 ona həvalə edilən tapşırıq əsasında müraciət edən şəxs İddiaçı hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür.
13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul köçürülmüşdür.
14. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəs., bina 3, Blok 1, 415 nömrəli, 2 otaqdan ibarət, ümumi sahəsi 75.75 kv.m olan mənzilin əldə edilməsinə görə 120.000.00 (bir yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixinə bank qarşısında icra edilməmiş 118.125.68 (bir yüz on səkkiz min yüz iyirmi beş manat altmış səkkiz qəpik) manat əsas borc, 206.72 (iki yüz altı manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 118.332.40 (bir yüz on səkkiz min üç yüz otuz iki manat qırx qəpik) manat kredit öhdəliyi mövcuddur.
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 08 avqust 2024- cü il tarixli arayışından görünür ki, Cavabdeh Nazirliyin “Əmək və Məşğulluq” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir.
16. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh yaşa görə aylıq əmək pensiyasının məbləği 5.447,08 manat (beş min dörd yüz qırx yeddi manat səkkiz qəpik) təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin artırılaraq cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş övladları - xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh aylıq gəlirlərinin və digər qazancının 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin, həmçinin mediasiya arayışının alınmasına görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun, vəkilə ödənilmiş hüquqi xidmət haqqı olan 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3596 nömrəli akt qeydi ilə rəsmiləşdirilən nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 anadan olmuşdur. Lakin ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan tərəflər ayrılmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, birgə nikahlarından olan uşaqların iddiaçının yanında və himayəsində qalması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 750 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan 2022-ci ilin iyul ayından cavabdeh mediasiyaya müraciət edərək, uşaqların saxlanılmasına görə ümumilikdə 1000 manat məbləğində pulu iddiaçıya ödəməyə başlamışdır. Lakin birgə nikah vaxtı uşaqların maddi təminatı yüksək olduğundan onların saxlanılması üçün hər ay 3000 manat xərc çəkmək lazım olur. İddiaçının aylıq gəliri çox azdır, lakin cavabdehin maddi durumu çox yaxşıdır. Belə ki, cavabdeh fərdi bizneslə məşğul olur, əlavə gəlirləri çoxdur, aylıq yüksək gəlir və qazanc əldə edir. Bununla yanaşı, cavabdeh aylıq 5000-6000 manat arası təqaüd alır. Tək və işləməyən qadın üçün aylıq 1000 manatla 3 uşağın saxlanılması çox çətindir. Uşaqların təhsili, həkimi, geyimi və s. aylq 3000 manatdan çox pul tələb edir. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin artırılaraq birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehin aylıq gəlirlərinin və digər qazancının 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir.
19. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, mediasiya prosesində iştirak etmək üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 (altmış) manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat olmaqla, cəmi 410 (dörd yüz on) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4126/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması (tutulması qaydasının dəyişdirilməsi), xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 10 (on) manat məbləğində pulun İddiaçı geri qaytarılması, məhkəmə xərcləri kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, hüquqi xidmət xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.1.1, 76.1.3, 78.1-78.3, 100, 112.1, 112.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 114.1, 119-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə münasibətdə qanunvericiliyin tələbi pozulmaqla qəbul edildiyindən əsassız hesab edirik. Belə ki, AR Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Qanunvericiliyin hazırki norması o halda tətbiq edilə bilər ki, cavabdehin yalnız bir ailəsi olsun və yalnız bir nikahdan olan 3 və daha çox uşağın saxlanması üçün ondan aliment tələb edilsin. İşdən göründüyü kimi, cavabdeh növbəti dəfə - xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuş olmuş, həmin evlilikdən də bir uşağı - xx.xx.2023-cü il təvəllüdlü X14 doğulmuşdur. Hazırki halda, qazancın (gəlirin) yarısı miqdarında alimentin tutulması cavabdehin mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Səbail Rayon Məhkəməsinin 2(009)- 2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, uşaqların saxlanılmaları üçün hər ay Hüseynzadə Elçin Qasım oğlundan hər uşağa görə 250 manat, cəmi 750 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Tərəflərin izahatına əsasən, cavabdehin 2022-ci ilin İİ yarısından etibarən könüllü qaydada iddiaçıya 1.000 (bir min) manat məbləğində aliment ödəməsi müəyyən edilmişdir. Hazırki halda, iddia ərizəsində uşaqların həyatında diqqətəlayiq başqa hansı halların alimentin miqdarının artırılması üçün zəmin yaratdığı əsaslandırılmamışdır. Uşaqların maddi cəhətdən saxlanılması vəzifəsini təkcə atanın üzərinə qoyması ədalətsiz, qanunsuz və əsassızdır. Məhkəmə iddiaçı ilə yaşayan uşağın da mənafeyini gözləməli, əvvəlki təminat səviyyəsini nəzərə alaraq qərar çıxarmalı idi. Əksinə, tələbin təmin olunması cavabdehin yanında qalan uşağın hüquqlarının pozulmasına gətirib çıxarır. Hazırki halda, tutulacaq alimentin miqdarı dövlətin uşaqlar üçün nəzərdə tutduğu minimum həddindən 3 dəfə çoxdur ki, bu da uşaqların deyil, məhz cavabdehin mənafeyi üçün irəli sürülmüş tələbdir. Mülki işin materiallarından göründüyü ki, cavabdeh Hüseynzadə Elçin Qasım oğlunun yaşa görə aylıq əmək pensiyasının məbləği 5.447,08 manat (beş min dörd yüz qırx yeddi manat səkkiz qəpik) təşkil edir. Qeyd olunan məbləğin yarısı 2.723,54 manat təşkil edir ki, aydın məsələdir həmin məbləğ tam şəkildə uşaqların təminatına xərclənməsi real görünmür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
27. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
28. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
29. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
31. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
32. Maddə 76.1.3 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur:
33. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
34. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
35. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4126/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya ilkin olaraq qeyd edir ki, alimentin müəyyən olunması ilə bağlı qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları da artmışdır. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.
45. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, daha sonra nikaha girmiş və həmin nikahdan da övladı var.
46. Kollegiya qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).
48. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
49. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
50. Kollegiya apellyasiya şikayətinin alimentə dair dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin şikayətdə göstərdikləri hallar alimentin miqdarının artırılmaması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaqlar qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir
51. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
52. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
53. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4126/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.