Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6945/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli,2(005)-226/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" SS MMC tərəfindən ona verilən ünvan 1 ünvanında çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin sahəsinn 15.61 kv.m artıq göstərilməsinə görə dəymiş 35903 (otuz beş min doqquz yüz üç) manat ziyanın ona qaytarılması (74.5 kv.m -58.89 kv.m x 2300 = 35903), MMC- nin günahı ucbatından bu günə qədər kirayədə yaşadığına görə, ödədiyi 18000 (on səkkiz min) manat ( 60 x 300 = 18000) kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət, 2(005)-226/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5555/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda ərizə ilə müraciət edərək, apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsini və şikayətin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(005)-226/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadından verilmiş şikayət,həmin məhkəmənin 22noyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(005)-226/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, iddiaçı qətnaməni vaxtında əldə etmiş, özü prosessual qaydalara əməl etməməklə qəsdən yuxarıda qeyd etdiyi qərardadların çıxarılmasına səbəb olmuşdur. Məhkəmə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin müzakirəsi zamanı nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında göstərilən hüquqi mövqeləri nəzərə almamışdır. Hazırki iş üzrə iddiaçı dəfələrlə gah ərizəni düzgün yerləşdirmədən, gah elektron məhkəmə informasiya sisteminə düzgün daxil etməməklə, gah da MPM–lə müəyyən edilmiş apellyasiya şikayətinin formasına əməl etməməklə məhkəməyə müraciət etməklə suni şəkildə işin uzadılmasına yönəlmiş addımlar atmışdır. Bu isə onu göstərir ki, iddiaçı tərəfindən verilmiş vəsatətin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıbhesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən ilk apellyasiya şikayəri xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Beləliklə, ilk apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmədən verilmiş, lakin forma-məzmun tələblərinə uyğun gəlmədiyi üçün geri qaytarılmışdır. Hazırda iddiaçı tərəf nöqsanları aradan qaldırmaqla şikayətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilkin olaraq şikayəti təqdim edərkən qanunla müəyyən edilmiş müddət ərzində müraciət etdiyindən ötürülmüş prosessual müddət ona münasibətdə bərpa edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Hüseynovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X2rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci dəfə verilən apellyasiya şikayətinin vaxtında, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmədən verilməsini, həmçinin apellyasiya şikayəti geri qaytarılarkən qərardadda göstərilən nöqsanların aradan qaldırılması ilə əlaqədar prosessual zərurətdən irəli gələrək müddətin ötürülməsini üzürlü hesab edərək məhkəmənin müddətin bərpa edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni hesab edir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmişşikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6945/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6945/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver