Məhkəmə qərarları › İş №2(103)-6946/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6946/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6946/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 və vəkili X3 iştiraklarıı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Cavabdeh1ə qarşı “söküntü və tikinti işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən inşa edilən çöxmərtəbəli “çıxıntılı bina”dan, yerin sıfır səviyyəsindən hesablandıqda ikinci mərtəbəsindən başlayaraq, İddiaçı yaşadığı və mülkiyyətində olan “B” tikilisinin aynabəndinin və giriş dəhlizinin üzərinə olmaqla çıxarılan qanunsuz eni 2-3 metrə, uzunluğu 8-10 metrə çatan beton “üst tikilinin”, bina inşa edildikdə hər mərtəbə üzrə üst-üstə artırılaraq və ya daha da irəliyə çıxarılaraq inşa olunmasının qadağan edilməsini, mövcud tikili ilə yeni inşa edilən tikili arasında buraxılmalı olan ara məsafəsi boyunca, Təbriz 32 ünvanlı yaşayış və qeyri yaşayış tikililəri və “B” tikilisi ilə münasibətdə, cavabdeh S.Cavadovun rəhbəri olduğu, Cavabdeh2 MMC tərəfindən bu qaydalara riayət etmədən inşa edilən binanın qadağan zonasında inşasının davam etdirilməsinin dərhal dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilə münasibətdə ünvan 1 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılması Cavabdeh2 MMC və digər şəxslərə qadağan edilmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 118,4 kv.m olan “B” tikilisinin sözgedən qərardada əlavə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020-ci qərardadının dəyişdirilməsi, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılmasının Cavabdeh2 MMC-nə qadağan edilməsi, iddianı təmin etmə tədbirinə dair ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2254/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən ərizəyə heç bir sənədə istinad edilmədən baxılmışdır. Eyni zamanda tikinti işlərinin dayandırılması yalnız mənzil gözləyən vətəndaşların deyil, pilot layihənin icraçısı olan Cavabdeh2 MMC-nin kommersiya maraqlarına və işgüzar nüfuzuna ciddi zərbə vurur. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 və vəkili X6şikayəti əsaslı hesab edərək təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh1in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh Bakı şəhəri Cavabdeh1in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Kollegiya eləcə də qeyd edir ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 7510-75225/2020-15-10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının icrası ilə bağlı Bakı şəhər Nəriumanov Rayon MKTB-nin 37 saylı MKİS-nin nümayəndəsi X7 tikinti işlərinin Bakı şəhəri, Nərimanov rayonu 32 ünvanında deyil, 34 ünvanında aparıldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 nömrəli ünvanda İddiaçı Murtuz oğlunun 1/32 hissə payı müəyyən edilmişdir. İş materiallarında olan sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzil hesab edilməsi və İddiaçı Murtuz oğlunun adına sənədləşdirilməsi barədə Bakı şəhər Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı xx.xx.2016-cı il tarixdə sərəncam imzalamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda sadalananlardan da göründüyü kimi mülkiyyətçinin əmlakına təhlükənin yaranması, onun öz əmlakından maneəsiz istifadə etməməsi mülkiyyətə müdaxilədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66.1-ci maddəsinə görə tikilib abadlaşdırılmış ərazilərdə tikintinin həyata keçirilməsi nəzərdə tutulduğu hallarda sifarişçi, layihəçi və podratçı bitişik və qonşu obyektlərdə, habelə həmin obyektlərin elementlərində deformasiya və zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli və həmin obyektlərin normal fəaliyyət rejimini təmin etməlidirlər. Həmin Məcəllənin 69.8-ci maddəsinə görə ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ərizədən və iş materiallarından göründüyü kimi İddiaçı ünvan 2 ünvanda aparılan binanın tikinti işlərinin dayandırılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi əsaslı olaraq, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılmasının Cavabdeh2 MMC-nə qadağan edilməsi nəticəsinə gəlmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri və cavabdehin nümayəndəsinin apellyasiya icraatında verdiyi izahatda göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar