Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6946/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh qətnamədən dəftərxana vasitəsi ilə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 1826/2024 saylı, xx.xx.2024-cü iltarixli qərardadının ləğv edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin üzürlü hesab etməklə bərpa edilməsini; Apellyasiya şikayətini mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini; əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətivə prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. İş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti verərək Bakı Şəhəri NərimanovRayon Məhkəməsinin 2(005) 1826/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri NərimanovRayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Hesab edir, sözügedən qərardad tamamilə əsassız və qanunsuzdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005) 1826/2024 saylı qərardad əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadında qeyd edir ki, mülki iş materiallarından olan xəbərnamədən görünür ki, mübahisələndirilən qətnamə 06 iyul 2024- cü il tarixində Cavabdeh tərəfindən imzalanmaqla götürülmüşdür. Onun tərəfindən ilk apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədəərizə xx.xx.2024-cü il tarixində verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. Göründüyü kimi ilkin apellyasiya şikayəti verildiyi zamanda cavabdeh tərəfindən müddət ötürülmüşdür. Cavabdeh hazırki apellyasiya şikayətini isə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. İş materiallarından olan tibbi arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində cərrahi əməliyyatı icra olunmuş, xx.xx.2024-cü ildən indiyədək sağ gözünün ambulator müalicəsi davam edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı xəstəlikdən əziyyət çəkdiyini bildirsə də, qətnamənin alındığı tarixdən uzun müddət keçmişdir və bu müddət ağlabatan deyildir. Bildirir ki, Qətnaməni xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq, xəstə olduğuna görə ambulator müalicə alıb və vaxtında apellyasiya şikayəti vermək üçün müraciət edə bilməyib. Belə ki, xx.xx.2024-cü ildə cərrahi əməliyyatı kecirib və xx.xx.2024-cü ildən indiyədək sağ gözünün ambulator müalicəsi davam edir. xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpası üçün ərizəni təqdim etmişdir . Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(005)-1826/2024 saylı qərardadı ilə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə müəyyən edilmiş forma və məzmuna riayət edilməməsi, eləcə də yeni qüvvəyə minmiş MPM-nin norma və tələblərinə riayət edilməməsi səbəbindən geri qaytarılmışdır. Qərardadda göstərilən pozuntuları aradan qaldırmaq üçün vəkilə müraciət etmiş, vəkil xx.xx.2024-cü il tarixdə sənədləri məhkəməyə göndərmişdir. Hesab edir ki, iki ay müddətin buraxılması “uzun müddət” hesab edilə bilməz, çünki xx.xx.2024-cü il tarixində kecirilmiş cərrahi əməliyyatdan sonra o çölə çıxa bilməmiş, ambulator müalicə almış və hüquqi yardımın göstərilməsi üçün vəkilə müraciət etməyə cətinlik cəkmişdir. Ona görə məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ləğv etməli, buraxılmış prosessual müddətini üzrlü hesab edərək, apellyasiya şikayətini aidiyyəti üzrə göndərməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə etiraz ünvanlayaraq, cavbdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclaslarının əksəriyyətində iştirak etmişdir və hər şeydən xəbərdar idi. Məhkəmə xx.xx.2024-cü il tarixdə qərar vermiş və qətnamədən şikayət etmək üçün prosesual müddəti gözlədikdən sonra icra olunması üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh mənədən dəfələrlə qərarın icrası üçün vaxt istəmişdir. Könüllü icra müddəti bitdikdən sonra İcra məmuru tələbi cavabdehin əmlakına yönəltmə barədə məhkəməyə təqdimat verdikdə cavabdeh süründürməçik və qətnamənin icrasını təmin etməkdən yayınmaq üçün süni süründürməçilik edərək şikayət etmək qərarına gəlmişdir. Hazırda cavabdeh suni süründürməçilik yaratmaq üçün bu yola əl ataraq prosessual müddəti bərpa etməyinizi və işə yuxarı instansiya məhkəməsində vaxt qazanaraq eyni zamanda süründürməçilik etməyə çalışır. Cavabdeh oğlu əvvəlcə iddiaçıya 4.000 manat, sonra isə özü Nərimanov Rayon məhkəməsində 5.000 manat təklif edərək iddia tələbindən imtina etməyini tələb etmişdir və əks halda məhkəmələrdə süründürməçilik yaradacağını bildirmişdir. xx.xx.2024cü il tarixli məhkəmə qətnaməsinin elan edilməsindən 6 aydan artıq vaxt keçmiş və prosessual müddət xeyli ötürülmüşdür. Qeyd edilənlərə əsasən Cavabdeh Nərimanov rayon İcra və Probasiya şöbəsində icra sənədinin icrasını uzatmağa yönəlmiş əməlinin qarşısını almaq məqsədi ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini rədd etməyinizi xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, mübahisələndirilən qətnamə 06 iyul 2024-cü il tarixində Cavabdeh tərəfindən imzalanmaqla götürülmüşdür. Onun tərəfindən ilk apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə xx.xx.2024-cü il tarixində verilmişdir. Bakı .əhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı .əhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. Göründüyü kimi ilkin apellyasiya şikayəti verildiyi zamanda cavabdeh tərəfindən müddət ötürülmüşdür. Cavabdeh ikinci apellyasiya şikayətini isə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə iddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı tibbi arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində cərrahi əməliyyatı olunmuş, xx.xx.2024-cü ildən hazıradək sağ gözünün ambulator müalicəsi davam edir. Həmin arayış birinci instansiya məhkəməsinə də təqdim edilmiş, birinci instansiya məhkəməsi doğru qeyd etmişdir ki, iddiaçı xəstəlikdən əziyyət çəkdiyini bildirsə də, qətnamənin alındığı tarixdən uzun müddət keçmişdir və bu müddət ağlabatan deyildir. Mülki Prosessual Məcəllə ilə məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün konkret qayda və prossual müddət göstərilmişdir. Mülki Prosessual Məcəllə normativ hüquqi aktdır və normalarının tələblərinə riayət olunmalıdır. Həmin Məcəllənin tələbləri hər hansı şəxsin öz sərbəst düşüncə və fikirlərinə görə əsassız pozula bilməz. Vəkil ərizəsində cavabdehin müddəti ötürməsinin hansı üzrlü səbəbdən baş verməsini əsaslandırmamış, müddətin ötürülməsi səbəbi kimi cavabdehin elektron kabinetini nəzarətdə saxlmaması, qətnaməni sonradan görməsi göstərilmişdir. Bu cür əsaslandırmanın müddətin bərpası üçün məqbul hesab edilməsi hər kəsin öz mülahizəsinə görə qanunun tələblərini pozmasının yolverilən olduğu mənasına gəlir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1826/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1826/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6946/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6946/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver