Məhkəmə qərarları › İş №2(103)-6955/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6955/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6955/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X5, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi” tələbinə və müstəqil tələb irəli sürən X4 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipotekanın etibarsız hesab edilməsi” tələbinə iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 77.967 (yetmiş yeddi min doqquz yüz altmış yeddi) manat əsas, 6.740 (altı min yeddi yüz qırx) manat 95 (doxsan beş) qəpik faiz, 5.891 (beş min səkkiz yüz doxsan bir) manat cərimə borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına həmin borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması və həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2, X4 və X6 mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipotekanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli İ-1531 saylı ipoteka müqaviləsi əsasında yaranmış və sonradan xx.xx.2016-cı il tarixli müqavilə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmiş ipotekanın etibarsız hesab olunması və bu etibarsızlığın hüquqi nəticəsi kimi - Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli **********10-05101-093022 reyestr nömrəli ******* saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş,Cavabdeh1ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 77.967 manat əsas, 6.740,95 manat faiz borcu, 1.000 manat cərimə, cəmi 85.707,95 manat borc, həmçinin ödənimiş 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaiti tutulması,tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində istifadədə olan 0,212557 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 4 mərtəbəli binanın 13-cü girişində, 4-cü mərtəbəsində, ümumi sahəsi 74,4 kv.m olan, 45,4 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına həmin borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində istifadədə olan 0,212557 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 4 mərtəbəli binanın 13-cü girişində, 4-cü mərtəbəsində, ümumi sahəsi 74,4 kv.m olan, 45,4 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 7 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan ən gec 1 (bir) ay ərzində Cavabdeh2 və həmin mənzildə qeydiyyatda olan X7 və X9 həmin mənzili tərk etmələri,iddia ərizəsinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi,müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9236/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstıqil tələb irəli sürən 3-cü şəxs kassasiya ikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işə mübahisələndirilən hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1842/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və mülki iş mübahisələndirilən hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka ilə bağlı tələb güzəştlər edildikdə həmin güzəştin hüquqi nəticələrinin yaranması üçün qanunvericilikdə imperativ xarakterli xüsusi qayda müəyyən edilmişdi və tərəflər arasındakı münasibətlər 2014-2017-ci ilə tarixlərdə yarandığından ipoteka haqqında qanunun həmin dövrdə qüvvədə olan həmin imperativ xarakter daşıyan tələbinə əməl olunmalı idi. Halbuki qeyd olunan ipoteka müqaviləsinə belə bir dəyişikliyin edildiyi və bu dəyişikliklə bağlı əlavə dövlət qeydiyyatının da aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir ki, bu hal da “xxxxxx” ASC tərəfindən güzəşt edilmiş tələblə bağlı İddiaçı-nin hüquqlarını irəli sürülməsini istisna edir.Bu baxımdan İddiaçı tərəfindən AR ƏMDK DƏDRX Bakı Ərazi idarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin qeydə alınması barədə ərizəsinin və həmin bildirişin qeydə alınması barədə sonuncu təşkilatın xx.xx.2017-ci il tarixli məktubu hüquqi nəticələr yarada bilməz. Digər bir ifadə ilə, tələbin güzəşti ilə əlaqədar İpoteka qanunda nəzərdə tutulmuş proses (ipoteka müqaviləsində dəyişiklik və ipotekanın əlavə qeydiyyatı) həmin dövrdə tam yekunlaşdırılmadığından cavabdehipoteka saxlıyanının hüquqlarına malik ola bilməz və bununla bağlı reyestrdə aparılmış bütün qeydlər, o cümlədən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı-nin xeyrinə yüklü edilməsinə dair xx.xx.2016- cı il tarixli ********** qeydiyyat nömrəli **********10-05101-093022 reyestr nömrəli ******* saylı dövlət reyestrindən Çıxarış da etibarsız hesab edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili-nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini əsassız hesab etsə də, məhkəmə qətnaməsi həmin hissədə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı-nin iddiası rədd edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx xxxxxxx 2014-cü il tarixli, 100.LN.2005.141014.00001 saylı kredit müqaviləsi ilə, iddiaçı «xxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1nə illik 24 ay müddətinə 20 faiz ödəmək şərti ilə 78.000 (yetmiş səkkiz min) manat məbləğində kredit vəsaiti verilmişdir.xx xxxxxx 2008-ci il tarixli, İ-1531 saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 xx xxxxxx 2008- ci il tarixli, 1531 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilini «Azəriqazbank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin ipoteka müqaviləsinə 1 saylı Əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzil 160.000 (bir yüz altmış min) ABŞ dolları məbləğində qiymətləndirilmişdir.İ-1531 saylı ipoteka müqaviləsinə xx xxxxxxx 2014- cü il tarixli, 5 saylı əlavə ilə Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, 100.LN.2005.141014.00001 saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilini «xxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir.Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx xxxx 2008-ci il tarixli, MH seriyalı ******* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 758 nömrəli reyestr kitabının 70899 nömrəli vərəqində qeydiyyata alınmışdır.Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli, 100.LN.2005.141014.00001 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi xx xxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində əlavə qeydiyyata alınmışdır.Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 52 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli, 373 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh2, X7 və X9 Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilində qeydiyyatdadırlar.xx.xx.2016-cı il tarixli pul tələbinin və həmin tələbin icrasını təmin edən hüquqların güzəşt edilməsi müqabilində maliyyələşdirmə müqaviləsinə əsasən, xx xxxxxxx 2014-cü il tarixli, 100.LN.2005.141014.00001 saylı kredit müqaviləsi və xx xxxxxx 2008-ci il tarixli, İ-1531 saylı ipoteka müqaviləsi üzrə hüquqlar “xxxxxxx” ASC tərəfindən İddiaçı-nin xeyrinə güzəşt edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinintələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda kollegiya hesab edirki, hazırkı iş üzrə xx.xx.2016-cı il tarixli pul tələbinin və həmin tələbin icrasını təmin edən hüquqların güzəşt edilməsi müqabilində maliyyələşdirmə müqaviləsi bağlanan zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları tətbiq edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2018-ci ilədək qüvvədə olan 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, tələbin başqa şəxsə keçməsi ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklər edilməli və bu Qanuna müvafiq qaydada ipotekanın dövlət qeydiyyatı orqanında əlavə qeydiyyata alınmalıdır (ipoteka kağızı ilə tələbin başqasına keçməsi bu Qanuna uyğun olaraq həyata keçirilir). Bu şərtə əməl edilmədikdə tələbin keçməsi etibarsız hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi mübahisə yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, xx.xx.2016-cı il tarixli pul tələbinin və həmin tələbin icrasını təmin edən hüquqların güzəşt edilməsi müqabilində maliyyələşdirmə müqaviləsi bağlanan zaman ipoteka müqaviləsinə dəyişikliklər edilməli olduğu halda, qanunvericiliyin qeyd olunan müddəaları pozulmuş və dəyişikliklər edilməmişdir. Kollegiya qeyd edir ki, Qanunda qeyd edilən şərtlərə əməl edilmədiyindən tələbin keçməsi etibarsız hesab edilməlidir. Belə olan halda isə, “xxxxxxx” ASC ilə İddiaçı arasında olanda tələbin güzəşt edilməsi barədə müqavilə etibarsız hesab edildiyindən ondan əmələ gələn iddia tələbləri də təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı-nin iddia tələbləri rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbləri təmin edilməli, “xxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008ci il tarixli İ-1531 saylı ipoteka müqaviləsi əsasında yaranmış və sonradan xx.xx.2016-cı il tarixli müqavilə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmiş ipoteka müqaviləsi və Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli **********10-05101-093022 reyestr nömrəli ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı-nin iddia tələbləri rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbləri təmin edilsin. “xxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli İ-1531 saylı ipoteka müqaviləsi əsasında yaranmış və sonradan xx.xx.2016-cı il tarixli müqavilə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmiş ipoteka müqaviləsi və Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 saylı evin 7 saylı mənzilini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli **********10- 05101-093022 reyestr nömrəli ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar