Məhkəmə qərarları › İş №2(103)-6956/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6956/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6956/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-99/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor “X1 Azərbaycan” QSC borclu Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə xx.xx.2017- ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin müştərək qaydada “X1 Azərbaycan” QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.131,43 manat əsas borc, 133,51 manat faiz borcu, 391,90 manat cərimə borcu olmaqla, cəmi 2.656,84 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)- 11521/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)- 11521/2017 nömrəli qərardadı ilə borclu Cavabdeh etirazına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)-11521/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. Bundan sonra, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinin artırılması barədə ərizə ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.131,43 manat əsas borc, 133,51 manat faiz borcu, 676,01 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2.960,94 manat borcun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-99/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarix) yaranmış 1.546,33 manat əsas borc, 151,54 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.817,87 (min səkkiz yüz on yeddi manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xərci 200 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilməsi, Cavabdeh ödənilməmiş qalan 10 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı “X1 Azərbaycan” QSCapellyasiya şikayəti verərək Cavabdeh və Zamin müştərək birgə qaydada 1546.33 AZN (bir min beş yüz qırx altı manat 33 qəpik) məbləğində əsas kredit borcunun, 151.54 AZN (bir yüz əlli bir manat 54 qəpik) məbləğində faiz borcunun, 717.88 AZN (yeddi yüz on yeddi manat 88 qəpik) məbləğində cərimə borcunun, həmçinin birinci instansiya məhkəməsinə dövlət rüsumu üçün ödənilmiş 20 AZN (iyirmi) manatın habelə Apellyasiya məhkəməsində şikayətin araşdırılması üçün ödənilmiş 15 AZN (on beş) manat məbləğinin ümumilikdə 2450.75 AZN (iki min dörd yüz əlli manat 75 qəpik) məbləğində borcun "xxxxxxxxxxxxxxxxxxxxxxxxx”QSC xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxx"QSC arasında xx xxxxxxxx 2014-cü ildə 10914 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borverən” bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər(lər) üçün “Borcalana*' illik 21% (iyirmi bir faiz) olmaqla 36 ay(otuz altı) ay müddətinə 10000 AZN(on min) manat kredit verilmişdr. “Borcalan” isə kredit müqaviləsi üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə “Borcverənə” qaytarmasını öhdəsinə götürmüşdür. Bununla yanaşı borcalanın xx xxxxxxxx 2014-cü ildə bağlanmış 10914 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin Zamin ilə bank arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 5-ci bəndində nəzərdə tutulur ki, “Borcalan” aldığı kredit (lərin) və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılma müddətlərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40 % miqdarında cərimə ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü ildə bağlanmış 10914 saylı kredit və zaminlik müqaviləsinə əsasən iş üzrə digər cavabdeh (zamin) Zamin kimi tərəf olmuşdur və öz iradə ifadəsinin təsdiqi kimi müqaviləyə imza ataraq cavabdehlə birgə müqavilə üzrə olan bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Məhkəmə, iddianın təmin olunmamış hissələrinə, yəni borcun müştərək qaydada Zamin tutulması və 717.88 AZN (yeddi yüz on yeddi manat 88 qəpik) məbləğində cərimə borcu hissələrinə münasibətdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, bu səbəbdən qətnamə həmin hissələrdə ləğv edilərək, iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Zamin münasibətdə iddianı təmin etməyən məhkəmə belə “əsaslandırma” vermişdir ki. iddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx xxxx 2018-ci il tarixində verdiyi iddia tələbinin həcminin artırılmasına dair ərizəsində Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcu tələb etdiyindən, Zamin qarşı heç bir tələb irəli sürülmədiyi üçün, iddia tələbini yalnız Cavabdeh münasibətdə araşdırır". Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli e-2(004)-11521/2017 saylı məhkəmə əmrinə əsasən Cavabdeh və Zamin müştərək birgə qaydada ümumilikdə 2676.84 AZN(iki min altı yüz yetmiş altı ınanat 84 qəpik) manat məbləğində vəsaitin "xxxxxxxxxxxxxxxxxxxxxxxxx"QSC xeyrinə tutulması Əmr edilmişdir. Lakin qətnamədə bu məqamın vurğulanmasına rəğmən nəticədə xx xxxx 2018-ci il tarixində verilən “iddia tələbinin həcminin artırılmasına dair ərizəsinə” istinad edərək yanlış qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbini, tərəflərin mənafelərini, cavabdehin əmlak mənafelərini nəzərə alaraq, “tənasübsüz sürətdə yüksək” olan dəbbə pulunun miqdarının azadılmasını məqsədəmüvafiq hesab edərək bankın tələb etdiyi əsas məbləğə hesablanmış 717.88 AZN (yeddi yüz on yeddi manat 88 qəpik) məbləğində hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcunu azaldaraq 100 (bir yüz manat) məbləğində müəyyən etmişdir. Baxmayaraq ki, iddia tələbində göstərilən faiz və cərimə təfələr arasında bağlanmış kredit müqaviləsilə tənzimlənir faiz və cərimə borcu müqavilə şərtlərinə əsasən hesablanmışdır. Məhkəmə qətnamənin cərimə hissəsində tənasüb müəyyənləşdirilərkən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Bundan əlavə xx xxxxxx 2017-ci il tarixli e-2(004)-1521/2017 saylı məhkəmə əmrinə əsasən müəyyən edilmiş 391.90 AZN (üç yüz doqsan bir manat 90 qəpik) manat cərimə məbləğinin iki il altı ay müddətində banka heç bir geri ödəniş etməyən borclulara münasibətdə azaldaraq 100AZN (bir yüz) manat saxlamışdır. Kredit müqaviləsinin 5-ci bəndində nəzərdə tutulur ki, “Borcalan” aldığı kredit (lərin) və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytaılma müddəilərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40 % miqdarında cərimə ödəyir. Yuxarıda qeyd edilənlərə əsəsən hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, iddiaçının hansısa şəxsi müştərək cavabdeh kimi müəyyən etməsinə, yaxud onu bu iddiaçının Zamin cavabdeh olmasına dair iradəsinə, həm xx.xx.2018-ci il tarixli ərizədən sonrakı tarixlərdə Zamin cavabdehliyinə münasibətdə iddiaçının ərizələrinə, həm Zamin cavabdeh kimi tanıması haqqında özünün etdiyi prosessual hərəkətlərə, həm də cavabdehin mülki prosesdə iştirak edən şəxs statusuna xitam verilməsinə dair prosessual tələblərə (hansısa cavabdehə aid hissədə iddiadan imtinanın qəbul edilməsi, icraata xitam verilməsi, yaxud iddia ərizəsinin baxılmamış saxlanılması) uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın zaminə aid hissədə araşdırılmaması və həll edilməməsi prosessual hüquq normalarına uyğun olmamışdır.Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “X1 Azərbaycan” QSC xx.xx.2018-ci il tarixli ərizəsində borcun tutulmasını yalnız borcalan Cavabdeh tələb etdiyinə və Zamin qarşı tələb irəli sürmədiyinə görə, məhkəmə yalnız irəli sürülmüş tələb üzrə işə baxır və iddia tələbini yalnız borcalan Cavabdeh münasibətdə araşdırır. Birinci instansiya məhkəməsinin bu mövqeyi faktiki olaraq Zamin cavabdehlər sırasından çıxarılması anlamına gəlir. Halbuki, mülki prosesdə işin başlanması məhz iddiaçının təşəbbüsü ilə olduğu üçün (MPM, maddə 5.1.) bir şəxsin cavabdeh qismində cəlb edilməsi və ya bu statusdan çıxarılması da onun səlahiyyətindədir. Başqa sözlə, bu məsələləri məhkəmə öz təşəbbüsü ilə həll edə bilməz. Təsadüfi deyil ki, Mülki Prosessual Məcəllənin 50.3-ci, 51.1-ci, 51.3-cü 54.1-ci və 54.2-ci maddələrinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Odur ki, iddiaçı müştərək qaydada bir neçə cavabdehə qarşı tələb irəli sürdükdə məhkəmə konkret cavabdehin işdə iştirak edib-etməməsi ilə bağlı məsələni dəqiqliklə müəyyən edilməli, onun iştirakı sual doğurduqda isə bu məsələyə dair iddiaçının iradəsi şübhəyə yer qalmayacaq şəkildə aydınlaşdırılmalıdır. İddiaçı konkret şəxsi cavabdehlər sırasından çıxardıqda və ya onu əsl cavabdehlə əvəz etdikdə bunun prosessual nəticələri tətbiq edilməli, əks təqdirdə iddiaya həmin cavabdehə münasibətdə də baxılaraq həll olunmalıdır.Baxılan işdə isə bu qaydalara əməl olunmamışdır. Belə ki, iddiaçı pulun məhkəmə əmri qaydasında tutulmasına dair ilk dəfə elektron ərizə verərkən Zamin da borclu kimi qeyd etmiş və əmr çıxarılarkən borc müştərək qaydada Cavabdehla birlikdə ondan da tutulmuşdur. xx.xx.2017-ci ildə həmin əmrin ləğv olunması ilə iddia icraatına keçilmiş və Zamin cavabdeh statusunu qazanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli iddia ərizəsində də Zamin ikinci cavabdeh kimi qeyd və ərizənin nəticə hissəsində ondan da müştərək qaydada pulun tutulmasını xahiş etmişdir. Bununla yanaşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2018-ci il tarixli ərizənin nəticə hissəsində tələb olunan məbləğin Cavabdeh tutulması xahiş edilmiş, həmin ərizədə Zamin adı qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi də bu halı zaminə qarşı tələbin artıq irəli sürülməməsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddianı yalnız borcalan Cavabdeh münasibətdə araşdırmışdır. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, əvvəla, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hansısa şəxsi müştərək cavabdeh kimi müəyyən etməsinə, yaxud onu bu sıradan çıxarmasına dair iradəsi aydın ifadə edilən ərizədə əks olunmalıdır. Məhkəmənin istinad etdiyi xx.xx.2018-ci il tarixli ərizənin məqsədi cavabdehlərin azaldılması yox, iddia tələbinin həcminin artırılması olmuşdur. Başqa sözlə, bu ərizə işdə iştirak edən şəxslərin dairəsini deyil, tələb olunan borc məbləğinin miqdarını dəqiqləşdirməyə yönəlmişdir. Ona görə də, həmin ərizədə zaminin adının qeyd olunmaması faktı özü-özlüyündə onun cavabdehlikdən çıxarılması anlamına gəlmir. İkincisi, əgər xx.xx.2018-ci il tarixli ərizə Zamin cavabdehlər sırasından çıxarılması mahiyyətində qəbul edilmişdisə, onda bu məsələ həmin ərizə daxil olduqdan sonrakı məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə olunmalı, iddiaçının iradəsi həmin yöndə olduqda həmin cavabdehə qarşı iddiadan imtina edilməsi tanınmalı, yaxud ərizənin geri götürülməsinə görə iddia ona aid hissədə baxılmamış saxlanılmalı və bu barədə müvafiq qərar qəbul edilməli idi. Yox əgər iddiaçı Zamin qarşı tələbdən imtina etmədikdə (ərizəsini geri götürmədikdə) mövcud ziddiyyətin aradan qaldırılması üçün iddiaçının yekun mövqeyi ya ayrıca ərizə alınmaqla, ya da məhkəmə iclas protokolunda müvafiq qeyd aparılmaqla rəsmiləşdirilməli idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi nəinki həmin tədbirlərdən hər hansı birini görməmiş, hətta Zamin iş üzrə cavabdeh kimi tanımasını göstərən prosessual hərəkətlərə davam etmişdir. Belə ki, işdə xx.xx.2018-ci il tarixdən sonra tərtib etdiyi iclas protokollarında, qərardadlarda Zamin birgə cavabdeh kimi qeyd etmiş, ona məhz bu statusla bildirişlər göndərmişdir. Üçüncüsü, iddiaçı da xx.xx.2018-ci il tarixli ərizədən sonra zamini cavabdehlər sırasında çıxarmasını bildirməmiş, əksinə məhkəməyə etdiyi müraciətlərində (iddianın baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilərək işə yenidən baxılmasına dair xx.xx.2018-ci il tarixli ərizəsində və ekspertizanın təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli vəsatətində) Zamin məhz ikinci cavabdeh kimi göstərmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli iclasda xx.xx.2018- ci il tarixli ərizəyə istinadən yerində müşavirə etməklə iddiaçının tələbi Zamin qarşı irəli sürməməsi və tələbin yalnız Cavabdeh münasibətdə araşdırılması haqqında protokola yazılan qərar qəbul etmişdir. Eyni zamanda bu məsələ üzrə iclasda iştirak edən iddiaçının nümayəndəsinin fikrini soruşmamış və qərara bağladığı məsələyə dair onun yekun mövqeyini aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı “X1 Azərbaycan" QSC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-99/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.546,33 manat əsas borc, 151,54 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş 35,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.833,27 (min səkkiz yüz otuz üç manat iyirmi yeddi qəpik) manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan kreditor “X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh və Zamin arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC borcalan Cavabdeh aylıq 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat kredit vermişdir. Zamin borcun qaytarılması üçün borcalan Cavabdeh ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 25864 nömrəli ekspert rəyinə əsasən borcalan Cavabdeh xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) “X1 Azərbaycan” QSC-yə əsas borc üzrə 1.546,33 manat, faiz borcu üzrə 151,54 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC borcalan Cavabdeh aylıq 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat kredit vermişdir. Cavabdeh həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, 2.131,43 manat əsas borc, 133,51 manat faiz borcu, 391,90 manat cərimə borcu olmaqla, cəmi 2.656,84 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını tələb etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)-11521/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir.Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)-11521/2017 nömrəli qərardadı ilə borclu Cavabdeh etirazına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e- 2(004)-11521/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir.Bundan sonra, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinin artırılması barədə ərizə ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.131,43 manat əsas borc, 133,51 manat faiz borcu, 676,01 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2.960,94 manat borcun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və borcalan Cavabdeh xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) “X1 Azərbaycan” QSC-yə əsas borc üzrə 1.546,33 manat, faiz borcu üzrə 151,54 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, Cavabdeh məhkəmə ekspertinin rəyi ilə müəyyən edilmiş 1.546,33 manat məbləğində əsas borc iddiaçı Bankının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə ekspertizası təyin edilən zaman iddiaçı xx.xx.2014cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə yaranmış 133,51 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə eksperti tərəfindən həmin tarixə 151,54 manat faiz borcunun yarandığı müəyyən etmişdir. Başqa sözlə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyinə əsasən faiz borcunun iddia üzrə tələb edilən məbləğdən çoc olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi üzrə müəyyən edilmiş faiz məbləği tələb olunan faiz borcudan çox olduğu üçün məhz xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış faiz borcu iddia tələbində tələb edildiyi məbləğdə yəni 133,51 manat müəyyən edilməklə, Cavabdeh iddiaçı Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli 10914 nömrəlikredit müqaviləsi üzrə iddiaçı Bankı ilə Cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 676,01 manat cərimə borcunun ödənilməsini də tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından müəyyən edilir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh və Zamin arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsinə əsasən Zamin borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, cavabdeh Zamin iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, xx.xx.2014-cü il tarixli 10914 tarixli müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Hazırkı mülki iş üzrə iddianın qiyməti 2.982,81 manat olduğuna görə, dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də, ödənilməmiş qalan 10 manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 manat pul cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “X1 Azərbaycan" QSC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-99/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.546,33 manat əsas borc, 151,54 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş 35,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.833,27 (min səkkiz yüz otuz üç manat iyirmi yeddi qəpik) manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "X1 Azərbaycan" QSC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-99/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarix) yaranmış 1.546,33 manat əsas borc, 151,54 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş 35.40 manat dövlət rüsumu olmaqla, cəmi 1.833,27 (min səkkiz yüz otuz üç manat iyirmi yeddi qəpik) manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 manat pul cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada ödənilməmiş qalan 10 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar