Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6984/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair işə baxılmasının ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının həlli ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6099/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərardadına əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1d qızına və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 tərəfindən məhkəmənin sədrinə etiraz verilmiş, Bərdə rayon Məhkəməsinin 2(021)- 1551/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair 2(021)-1551/2022 saylı mülki iş üzrə Cavabdeh2 məhkəmənin sədri X1 vermiş olduğu etiraz baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(014)-2093/2022 saylı 13 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin sədri olan hakim Məhərrəm Allahverdiyevə etdiyi etiraz təmin edilmiş, mülki iş baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilmişdir. Tərtər rayon Məhkəməsinin 2(061)-1137/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair ərizəsi üzrə açılmış mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh1 Bakı şəhəri Xətai rayonunun N.Əliyev küçəsi 42 saylı evin 76 saylı mənzilində qeydiyyatdadır, digər Cavabdeh2 qeydiyyatı barəsində iş materiallarında hər hansı rəsmi sənəd yoxdur, həmçinin tərəfin bildirməsindən və iş materiallarında olan məlumatlardan belə görünür ki, Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6099/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş, ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardadda göstərilmişdir ki, iş materiallarından görünür ki, əvvəla, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, mülki iş həmin məhkəmə tərəfindən icraata qəbul edilmişdir, hakimə etiraz Cavabdeh2 tərəfindən verilmiş, onun etirazı apellyasiya instansiyası tərəfindən təmin edilərək mülki iş baxılması üçün başqa məhkəməyə göndərilmişdir, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Bərdə şəhər məhkəmə binasında keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə tərəfindən ünvan 1 ünvanına göndərilmiş məhkəmə bildirişi, onun – Cavabdeh2 tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır, Cavabdeh2 Bərdə şəhərində yaşaması, Bərdə rayon Məhkəməsinin 2(021)-1551/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolunda (səh.75), habelə Bərdə rayon X3 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3276 saylı Arayışda (səh.93) da öz əksini tapmışdır, iddia tələbi “cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzildə yaşadıqları müddət ərzində istifadə etdikləri qazın dəyərinin, habelə əldən çıxmış faydanın ödənilməsi” barədədir ki, bu da Cavabdeh2 yaşayış yerinin, o cümlədən də məlum olan axırıncı yaşayış yerinin Bərdə rayon inzibati ərazisi olmasını təsdiq edir. Digər tərəfdən, Tərtər rayon Məhkəməsinin 2(061)-1137/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadından görünür ki, işin aidiyyət üzrə Xətai rayon məhkəməsinə göndərilməsi, bilavasitə digər Cavabdeh2 qeydiyyatı barəsində iş materiallarında hər hansı rəsmi sənədin yoxluğu, həmçinin tərəfin bildirməsindən və iş materiallarında olan məlumatlar əsasında Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olmasıdır ki, əvvəla, belə yanaşma məhkəməni, tərəfin (o cümlədən Cavabdeh2) məhkəmə icraatı barədə məlumatlandırılması vəzifəsindən azad edə bilməz, bunun əksi isə ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipinin pozulması deməkdir, ikincisi, cavabdehin qeydiyyat yeri barədə sənədin olmamasının məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulmasına səbəb olması və bununla da mülki işin aidiyyətlə digər cavabdehin rəsmi qeydə alındığı yer üzrə göndərilməsi, qanunvericiliklə nəzərdə tutulmadığından qanuni sayıla bilməz, çünki iş materiallarından və məhkəmə sənədlərindən görünür ki, iş icraata qəbul edilərkən cavabdehin yaşayış yeri kimi Bərdə rayon ərazisi qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsində işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya verilmişdir: 36.1-ci maddə. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Hazırki iş üzrə isə iddiaçının belə bir seçim etmək hüququ olmamışdır. Belə ki, iddiaçının seçiminə görə ərazi üzrə məhkəməyə müraciət etmək üçün istinad edilən normanın tələbləri baxımından cavabdehin yaşayış yeri məlum olmamalıdır. Halbuki iş materiallarından görünür ki, cavabdehlərin hər ikisinin yaşayış yerləri məlumdur. Bununla belə cavabdehlərdən Cavabdeh2 rəsmi qeydə alındığı ünvan barədə iş materiallarından hər hansı sübut olmamışdır. Xətai rayon Məhkəməsinin istinad etdiyi - Bərdə rayon Məhkəməsinin 2(021)-1551/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolu (səh.75), habelə Bərdə rayon X3 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3276 saylı Arayışla Cavabdeh2 rəsmi olaraq Bərdə rayonunda qeydə alınmasını demək deyil, belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi hər iki cavabdehin yaşayış yeri məlum olmuşdur, lakin cavabdehlərdən Cavabdeh2 rəsmi qeydə alındığı yer məlum olmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, (i.v 71) digər Cavabdeh1 məhz Xətai rayonunda rəsmi qeydə alınmışdır. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası - Cavabdeh2 yaşayış yerinin məlum olmasına baxmayaraq, onun rəsmi qeydə alındığı yerin məlum olmamasını, eləcə də digər Cavabdeh1 yaşayış yeri eləcə də rəsmi qeydə alındığı ərazinin – Bakı şəhəri Xətai rayonu olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6984/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6984/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver