Məhkəmə qərarları › İş №2(103)-699/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-699/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-699/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2375/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii X2 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 7.139,24 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7.169,24 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 13.02.2017-ci il tarixində 03/2542 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01180 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, 1002AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istfadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulması, onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 24.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat cəmi 6.638,60 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 116,40 manat, əvvəlki illərdən isə 384,20 manat borcu qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2375/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı olan 06.09.2016-cı il tarixli ******* saylı akt əsasında 64,80 manat, 19.12.2016-cı il tarixli ******* saylı akt əsasında 575,40 manat, 16.01.2017-ci il tarixli ******* saylı akt əsasında 265,60 manat, 09.02.2017-ci il tarixli ******* saylı akt əsasında 227,60 manat, 10.03.2017-ci il tarixli ******* saylı akt əsasında 275 manat, 06.12.2017-ci il tarixli 01314756 saylı akt əsasında 371,40 manat, 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 822,20 manat, 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 533,80 manat, 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 24.08.2018-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat borcun tutulması hissəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4182/2018 saylı, 24.12.2018-ci il tarixli iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan işə xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2375/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2.712,60 manat borcun və 30 manat məbləğində dövlət rüsumumun, cəmi 2.742,60 (iki min yeddi yüz qırx iki manat 60 qəpik) manatın tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı İB-nin nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə edilməsi nəticəsində tərəflərindən yuxarıda qeyd olunan aktlar tərtib olunmuş və nəticədə isə cavabdehin vurduuğ ziyan 7139,24 manat təşkil etmişdir. Məhkəmə isə aktları qəbul etməsinə baxmayaraq, anlaşılmaz şəkildə bir qismini nəzərə almamışdır. Halbuki qeyd edilən ziyan yalnız bir abonentə məxsusdur. Bu faktiki hala məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə şübhə edilən məqama yerində müayinə edərək, və ya ekspertizaya göndərməklə aydınlıq gətirə bilərdi. Məhkəmə aktları düzgün qəbul etməsinə baxmayaraq yalyalnız bir qism akları qəbul edərək cavabdedən 2.712 manat borcu tutmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2375/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi Tehran Hacıyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin edilməyən hissəsindən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissəsi iddiaçı tərəfindən mübahisələndirilmir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apelyasiya şikayətində mübahisələndirilən hissədə yохlanılmasını düzgün hesab edir. Məhkəmə kоllegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 0/839 saylı, 15 sentyabr 2016-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. İş materiallarında olan, abonentin saldosundan və “gasrep” məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********01180 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) cəmi 7.139,24 manat borc hesablanmışdır. İş materiallarında olan, 24.08.2018-ci il tarixli ******* saylı akt, 24.09.2018-ci il tarixli ******* saylı akt, 31.10.2018-ci il tarixli ******* saylı akt, 30.11.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 31.01.2019-cu il tarixli ******* saylı akt, 30.04.2019-cu il tarixli ******* saylı akt, 30.05.2019cu il tarixli ******* saylı akt, 28.06.2019-cu il tarixli ******* saylı akt, 31.07.2019-cu il tarixli ******* saylı akt, 30.08.2019-cu il tarixli ******* saylı akt, 30.09.2019-cu il tarixli ******* saylı akt, 30.10.2019-cu il tarixli ******* saylı akt, 29.11.2019-cu il tarixli ******* saylı akt, 30.12.2019-cu il tarixli ******* saylı akt, 30.01.2020-ci il tarixli ******* saylı akt, 28.02.2020ci il tarixli ******* saylı akt, 30.03.2020-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. İş materiallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4182/2018 saylı, 24.12.2018-ci il tarixli qətnaməsinin surətlərindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı xeyrinə təbii qazdan istifadəyə görə 4.524,02 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh Ağababa oğlundan tutulması qət edilmişdir. Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən və cavabdeh tərəfindən qəbul edilmiş 24.09.2018-ci il tarixli ******* saylı akt, 31.10.2018-ci il tarixli ******* saylı akt, 30.11.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 31.01.2019-cu il tarixli ******* saylı akt, 30.04.2019-cu il tarixli ******* saylı akt, 30.05.2019cu il tarixli ******* saylı akt, 28.06.2019-cu il tarixli ******* saylı akt, 31.07.2019-cu il tarixli ******* saylı akt, 30.08.2019-cu il tarixli ******* saylı akt, 30.09.2019-cu il tarixli ******* saylı akt, 30.10.2019-cu il tarixli ******* saylı akt, 29.11.2019-cu il tarixli ******* saylı akt, 30.12.2019-cu il tarixli ******* saylı akt, 30.01.2020-ci il tarixli ******* saylı akt, 28.02.2020ci il tarixli ******* saylı akt, 30.03.2020-ci il tarixli ******* saylı aktları birinci instansiya məhkəməsi sübut kimi qəbul etməkdə və həmin akta əsasən cavabdeh tərəfindən İddiaçı İB-nə 254,40 manat ziyan vurulması, həmçinin cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 2712,60 manat borcunun mövcud olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini tərəflər arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 15 sentyabr 2016-cı il tarixli müqavilənin şərtlərini əsas tutaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, Cavabdeh cəmi 2.712,60 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı İstehsal Birliyinə ödənilməsi barədə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları araşdırmış, tərəflərin təqdim etdiyi sübutları tədqiq etmiş və iş üçün əhəmiyyətli olan halları araşdıraraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə 06.09.2016-cı il tarixli ******* saylı akt əsasında 64,80 manat, 19.12.2016-cı il tarixli ******* saylı akt əsasında 575,40 manat, 16.01.2017-ci il tarixli ******* saylı akt əsasında 265,60 manat, 09.02.2017-ci il tarixli ******* saylı akt əsasında 227,60 manat, 10.03.2017-ci il tarixli ******* saylı akt əsasında 275 manat, 06.12.2017-ci il tarixli 01314756 saylı akt əsasında 371,40 manat, 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 822,20 manat, 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 533,80 manat, 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 24.08.2018ci il tarixli ******* saylı akt əsasında 799,20 manat zərərin yaranmasını iddia etsə də, Cavabdeh tələb olunan qalan hımin borcun tutulması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4182/2018 saylı, 24.12.2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə, iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəsi qanuni və əsaslı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı İB-nin nümayəndəsi Tehran Hacıyevin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2375/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı İB-nin nümayəndəsi Tehran Hacıyevin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2375/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar