Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-699/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-905/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Əkbərov Yadıgar Əkbər oğlundan kredit müqaviləsinə əsasən 8352.8 manat əsas, 371.4 manat faiz və 138 manat cərimə olmaqla, cəmi 8862 (səkkiz min səkkiz yüz altımış iki) manatın və ödənilmiş 109 (bir yüz doqquz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-905/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8238,73 manat əsas borc, 371,4 manat faiz borcu, 138 manat cərimə borcu, 109,0 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8857,13 manatın pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-905/2024 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı "xxxx" ASC-in direktoru M.Qurbanov xx.xx.2025-ci il tarixli 400/2025 saylı məktubu ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(103)-699/2025 saylı mülki iş üzrə məhkəmə iclasının 22 yanvar 2025-ci il tarixə təyin edilməsini, iddiaçı ilə cavabdeh arasında borcun ödənilməsi haqqında məhkəmədən kənar qaydada razılıq əldə edildiyindən iş üzrə icraata xitam vermək zərurəti yaranmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilməsini, iddiadan imtina etmənin yazılı formada ifadə edilməli olmasını, həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakimin iş üzrə icraata xitam verməsini, həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumunun qaytarılmalı olmasını bildirib, qeyd olunanları nəzərə alaraq, iddiaçı “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(103)-699/2025 saylı mülki iş üzrə icraata xitam verməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi X3 eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddiaçı “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(103)-699/2025 saylı mülki iş üzrə icraata xitam verilməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etməsini, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-905/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8238,73 manat əsas borc, 371,4 manat faiz borcu, 138 manat cərimə borcu, 109,0 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8857,13 manat pulun tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsinin qət edilməsini, qətnamədən tərəfindən apellyasiya şikayəti verilməsini, həmin iş üzrə iddiaçı "xxxx" ASC ilə aralarında razılıq əldə edilməsini, həmin razılaşmaya əsasən iddiaçı "xxxx" ASC-nə olan kredit borcu ilə bağlı yeni müqavilə bağlanmasını, bu səbəbdən hazırkı iddia tələbinə məhkəmədə baxılamasına ehtiyac qalmamasını, iddiaçı "xxxx" ASC-in hazırki iddia tələbindən imtinasını, iş üzrə işə xitam verilməsi ilə bağlı məhkəməyə artıq rəsmi müraciət etməsini, iddiaçının hazırki iddia tələbindən imtina etməsinə, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirib, işə onların iştirakı olmadan baxaraq, iddiaçı “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(103)-699/2025 saylı mülki iş üzrə iddiaçının iddia tələbindən imtinasının qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işətərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-905/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı tərəfin iddiadan imtinası onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-in iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-905/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 109 manat dövlət rüsumu geri qaytarılsın. Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün xx.xx.2024-cü il tarixli 68914801 saylı qəbzə əsasən ödənilmiş 54,50 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-699/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-699/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver