Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6995/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "AccesBank” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "AccesBank” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2021 nömrəli mülki iş üzrə 30 aprel 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "AccesBank” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı - cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3413,21 manat məbləğində kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2021 nömrəli 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 3413,31 manat məbləğində əsas kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq "AccesBank” QSC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.4, 443.1, 442, 470.1, 477.0.4, 739.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 24.01.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə və sazişlərə əsasən kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtı 26.11.2018-ci il tarixində başa çatır. Göründüyü kimi, iddiaçının zaminlərə qarşı iddia tələbi irəli sürməsi üçün son tarix Cavabdeh3 münasibətdə 24.01.2018-ci il, Cavabdeh2 münasibətdə isə 26.11.2019-cu il olmuş, əsas öhdəliyin icrası vaxtının başa çatdıqdan bir il ərzində iddiaçının zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün zaminliyə xitam verilmiş, bank zamin(lər)ə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, "AccesBank” QSC ilə Cavabdeh1 arasında 24.01.2014-cü il tarixdə bağlanmış 29A000000271 saylı kredit müqaviləsinə əsasən, bank Cavabdeh1 aylıq faiz dərəcəsi 2,75% olmaqla 36 ay müddətinə 10000 məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş zaminlik müqaviləsinə əsasən, isə zamin Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün məsuliyyəti öz üzərinə götürmüşdür (iş.səh.9), "AccesBank” QSC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik edilməsi haqqında 26.11.2015-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin müddəti 36 ay təşkil edir (səh.16), "AccesBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik və əlavələr edilməsi haqqında 26.11.2015-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin bitmə tarixi ödəniş planına uyğun olaraq 26.11.2018-ci il müəyyən edilmişdir (səh.17), "AccesBank” QSC tərərfindən 26.08.2020-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş xəbərdarlıq məktublarının surətindən görünür ki, bank borclulara borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir (səh.22, 24) . İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(011)-2042/2021 saylı qətnaməsini qismən - iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1, 360, 375, 385.1, 389, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, zaminlərin öhdəliyinin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış və MM-nin 477.0.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh1 İddiaçı QSC ilə 24.01.2014-cü il tarixdə bağladığı 29A000000271 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.75% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 26.11.2015-ci il tarixli 29A000000271S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Həmin saziş üzrə kreditin qaytarılması öhdəliyinin son icra müddəti 26.11.2018-ci il tarixində müəyyən edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Yusifov F.lçin Bəxtiyar oğlu 24.01.2014-cü il tarixli 29A000000271 (A) saylı və 24.01.2014-cii il tarixli 29A000000271 (B) saylı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdürlər. Tərəflər arasında bağlanılmış zaminlik müqavilələrinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm "miiddəti", həm də "qüvvədə olma müddəti" anlayışları fərqləndirilir. MM-in 399.3-di maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.12.2014cii il tarixli qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.Məlum olduğu kimi, 29A000000271 saylı kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtı 26.11.2018-ci il müddətində bitmiş, "xxxx" QSC- nin zaminlərə münasibətdə məhkəməyə müraciət etmək üçün 1 illik müddət 26.11.2019-cu il tarixinədək olmuşdur. Həmin müddətdə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən 28.02.2019- cu il tarixli Fərman verilmişdir. Cavabdeh2 24.01.2014-cü il tarixli 29A000000271 saylı kredit müqaviləsi üzrə borcu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbacan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir. Bu səbəbdən Cavabdeh2 kredit borcunun restruktizasiya olunması "xxxx" QSC-yə dəvət edilmiş, lakin o, kredit borcunun restruktizasiya olunmasına yönələn hər hansı bir hərəkət həyata keçirməmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı 27.03.2019-cıı il tarixli Qərarı ilə təsdiq edilmiş fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Bu müddət ərzində Cavabdeh2 restruktizasiya məqsədilə banka heç bir müraciəti daxil olmadığından müvafiq kredit borcu üzrə öhdəliklərinin yerinə yetirilməsi məhkəmə qaydasında təmin edilməsi üçün 2020-ci ilin noyabrın 30-da Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı 27.03.2019-cu il tarixli Qərarının tələblərinə riayət edilmiş, 31.12.2019-cu il tarixinədək gözlənilmişdir. 31.12.2019-cu il tarixindən 1 il müddətində isə artıq Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Zaminlərə qarşı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür (halbuki, iddiaçı bununla razı deyil və hüquqi əsasları yuxarıda qeyd etmişdir). Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki, Bakı şəhəi Xətai rayon məhkəməsi sözügedən qətnamədə qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4- cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Lakin zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin məhz iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 12.03.2020-ci il tarixli qərarında qeyd edilmişdir. X5 kəsici və iddia müddətlərinin anlayışı və fərqləri izah edilmişdir. Həmin qərara əsasən "iddia müddəti tələb hüquq üçün xarakterikdir,... Kəsici müddət isə əqdi miibahisələndirmək hüququna və iddialara aiddir ". Həmin hissədə də iddia müddətinə misal olaraq, Mülki Məcəllənin 477.0.4-cü maddəsi göstərilmişdir. Həmçinin, istinad olunan qərarda qeyd edilmişdir ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.Belə ki, Mülki Məcəllənin 375-ci maddəsinə (İddia müddətinin tətbiqi) əsasən "hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti uzadılması mübahisə tərəfinin məhkəmə qərarı çıxardılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman Mülki Məcəllənin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, zaminlər Cavabdeh2, Cavabdeh3 tərəfindən müddətin tətbiqinə dair ərizə təqdim edilməmişdir. Yuxanda qeyd olunan bütün əsaslara istinadən hesab edirik ki, zaminlərə münasibətdə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18.03.2019-cu il tarixli qərarına əsasən "Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir." Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "AccesBank” QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyini, lakin iddia müdətinin ötürülməsi barədə cavabdehin ərizə təqdim etmədiyini, restrutukzasiya ilə əsas borclunun məlumatlandırıldığını, lakin zaminlərə məlumat verilmədiyini. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 477, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən, mücərrəd və ziddiyyətli apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının dəlilləri əvvəla ümumiyyətlə müddətin zaminlərə şamil edilməməsi, sonra müddətin keçməməməsi və sonda bu müddətin iddia müddəti olduğundan cavabdehlərin məhkəməyə müvafiq müraciətlərinin olmaması və sair dəlillərlə əsaslandırılmış, bu dəlillərin ayrılıqda tətbiqinin və ya biri-birini istisna edildiyi təqdirdə tətbiq edildiyini əsas gətiriləcək və onların müdafiəsi üçün hüquqi və faktiki əsaslar təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan məsələlər və sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmiş, apellyasiya icraatı zamanı təqdim edilən sübutlar isə (yani restrukturizasiya barədə xəbərdarlığın edilməsi) yalnız əsas borcluya aid edilmiş və zaminlərin restrukturizasiya ilə bağlı xəbərdar edilməsi müəyyən edilmədiyindən onlara münasibətdə qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən ötürülməsinin müzakirəsi üçün əsaslar mövcud olmamışdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "AccesBank” QSC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2021 nömrəli işi üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6995/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver