Məhkəmə qərarları › İş №2(103)-7000/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7000/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7000/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(011)-38/2023 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi şikayətə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsi İddiaçı cavabdeh Xətai Rayon MKTB-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Xətai Rayon MKTB tərəfindən verilmiş “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və MKTB tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Cavabdeh MKTB-nın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayət üzrə apellyasiyanı mümkün hesab edilməsini və baxılması üçün işi apellyasiya baxışına təyin etmişdir. Apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh MKTB-nın qərardaddan verdiyi və nüsxəsi mülki işin materiallarına əlavə edilmiş nüsxəsi elektron qaydada verilməmiş, Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənilmiş şikayətin isə hazırki işə aidiyyəti yoxdur. Odur ki, göstərilənləri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Məhkəmənin qəbul etdiyi “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və iş baxışdan çıxarılaraq, Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 362, 363 və 364-cü maddələrinin mənasına görə, məhkəmə aktından verilmiş şikayətinin qəbul və ya qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. MPM-nin 384.0.6-cı maddəsinə görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə də göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” 01 noyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli qətnamədən cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi şikayətin və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin qəbulu məsələsinə yenidən baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar