Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7001/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-133/2021 saylı 31.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 50.000 (əlli min) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində, cəmi 50.030 (əlli min otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödəniməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı borc kimi verilmiş 50000 (əlli min) manat məbləğində pulun, 7500 (yeddi min beş yüz) manat faizin, dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 57530 (əlli yeddi min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X2 ilə Cavabdeh arasında 02 noyabr 2016-cı il tarixli Kredit Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mərhum əri cavabdehə 50000 (əlli min) manat məbləğində pul borc vermiş, cavabdeh isə həmin borc pulu 02.11.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh üzərinə götürdüyü həmin öhdəliyi yerinə yetirməyərək, həmin məbləği qaytarmamışdır. X2 26.12.2018-ci il tarixdə vəfat etmişdir. 17 sentyabr 2019-cu il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən iddiaçı ərinin vərəsəsidir. Tərəfindən 31 yanvar 2020-ci il tarixli Bildirişlə cavabdehə müraciət edilərək, mərhum əri tərəfindən Cavabdeh borc kimi verilmiş 50000 (əlli min) manat məbləğində pulun bütünlüklə 05 (beş) gün ərzində iddiaçıya ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Həmçinin hesab edir ki, cavabdehin öhdəliyi müqavilədə göstərilən qaydada və müddətdə icra etməməsi ilə bağlı ona vurduğu digər zərərləri ödəmək vəzifəsi də əmələ gəlmişdir. Artıq Cavabdeh pulu 2 (iki) ildən artıqdır ki, qanunsuz olaraq özündə saxlayır. 50000 (əlli min) manatın 2 il üçün faiz dərəcəsi 7500 manat (50000 x 7,5% x 2 = 3750 X 2 = 7500) edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-133/2021 saylı 31.03.2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsinə, iddia tələbinin bütünlüklə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd olunan qətamədən eyni zamanda Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edərək, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyi düzgün sadalasa da, işin mahiyyətini ümumiyyətlə araşdırmamış, eləcə də əsassız olaraq vəsatətimiz təmin elməmişdir. Hətta məhkəmənin sorğu verməklə iş materiallarına əlavə eldiyi sənədlərdən ekspertiza keçirilməsində istifadə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyrək rədd olunmasını xahiş edən iddiaçının və cavabdbehin səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı X6 ilə Cavabdeh arasında 02.11.2016-cı il tarixdə Bakı şəhər 51 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 Cavabdeh 50000 (əlli min) manat məbləğində borc pul vermiş, cavabdeh isə krediti 02.11.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirdilər. İşə əlavə edilmiş Ölüm haqqında AZ-İ seriyalı 991240 nömrəli Şəhadətnaməyə əsasən X6 26.12.2018-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında 17.09.2019-cu il tarixli şəhadətnaməyə əsasən 26.12.2018-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. X6 ilə Cavabdeh arasında 02.10.2018-ci il tarixli Üzləşmə sənədinə əsasən Cavabdeh 50000 manat borcdan 7800 manat borcu qaldığı qeyd edilərək imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/88 nömrəli, 19.02.2021-ci il tarixli ekspert rəyinə əsasən X3 və Cavabdeh adlarından olan 02 oktyabr 2018-ci il tarixli üzləşmə sənədinin aşağı hissəsində “Yasir Əliyev” yazılarının qarşısındakı imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə X1 Rasim Abdulla oğluna 50000 (əlli min) manat məbləğində borc pul vermiş, sonuncu həmin borcu 02.11.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəf 02 oktyabr 2018-ci il tarixli üzləşmə sənədi təqdim edərək, onun həmin kredit müqaviləsi üzrə 7500 manat borcunun qaldığını bildirsə də, bu hal iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təkzib edilmişdir. Belə ki, ekspert rəyinə əsasən 02 oktyabr 2018-ci il tarixli üzləşmə sənədinin X6 tərəfindən imzalanmadığı müəyyən edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mərhum X2nun qanun üzrə vərəsəsi hesab edilərək, ondan miras əmlakı qəbul etmiş, bununla da miras qoyan X2nun əmlakı hesab edilən və borc (kredit) kimi verilmiş pulu tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, X4 müqavilə əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Həmçinin kollegiya hesab edir ki, iddiaçının 7500 (yeddi min beş yüz) manat faizin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini təmin etməməklə işə baxan birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Görünüdüyü kimi, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 7500 manat faizi cavabdehdən tələb etdiyi halda, cavabdehin kredit borcu üzrə pul vəsaitindən istifadəyə görə gəlir, artım, bəhər, törəmə əldə etməsi halını sübut etməli idi. Lakin iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı dəlil nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(010)-133/2021 saylı 31.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7001/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7001/2021
23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver