Məhkəmə qərarları › İş №2(103)-7009/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7009/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7009/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Maraqlarına toxunan şəxs Maraqlı şəxs3, Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 Şəmsəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər "xxxx" MMC, Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 5-ci mərtəbə, 1 otaqlı, 71,6 kv.m sahəsi olan 260 saylı mənzilə, İddiaçı4 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 274 saylı mənzilə, İddiaçı3 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı, 68.6 kv.m sahəsi olan 307 saylı mənzilə və İddiaçı2 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbə, 1 otaqlı, 68,0 kv.m sahəsi olan 188 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı1 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 5-ci mərtəbə, 1 otaqlı, 71,6 kv.m sahəsi olan 260 saylı mənzilə, İddiaçı4 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 274 saylı mənzilə,İddiaçı3 "xxxx" MTK tərəfindənBakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4cü giriş, 13- cü mərtəbə, 1 otaqlı, 68.6 kv.m sahəsi olan 307 saylı mənziləvə İddiaçı2 "xxxx" MTK tərəfindənBakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbə, 1 otaqlı, 68,0 kv.m sahəsi olan 188 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin İddiaçı4 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 274 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin İddiaçı4 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 274 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən eyni zamanda maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 Şəmsəddin oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq, apellyasiya şikayətində texniki səhv olaraq müstəqil tələb irəli sürən şəxs yazılsa da, əslində qətnamə onların maraqlarına toxunur. Ona görə də qeyd olunan texniki səhv olaraq nəzərə alınmasını və maraqlarına toxunan şəxs olaraq apellyasiya şikayətlərinə baxaraq qiymət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddiası baxılmamış saxlanılmalıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbləri baxımında yalnız iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırki iş üzrə iddia tələbinin məzmunundan görünür ki, bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı iddiaçılar bir iddiada birləşərək iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliyin tələbləri pozulmaqla iddia ərizəsinin forma və məzmununa riayət edilmədən faktiki olaraq bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı iddiaçılar iddia tələbi verilmiş, birinci instansiya məhkəməsi MPM-in 157.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməsinə yol verilməməsi əsası ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan normaların mənasından göründüyü kimi, o halda icraata qəbul edilmiş iddia ərizəsi baxılmamış saxlanılmalıdır ki, ərizə MPM-in 259-cu maddəsinin özündə birbaşa göstərilmiş nöqsanları ehtiva etsin, həmçinin həmin nöqsanların mövcudluğu məhz işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətsin. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən nöqsan nəzərə alınmadan mahiyyəti üzrə qətnamə qəbul edildiyindən kollegiya hesab edir ki, məhkəmənin iş üzrə qətnaməsi ləğv edilməklə, hazırki iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Eyni zamanda iddiaçılara hazırki iddia tələbi ilə ayrı-ayrılıqda yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddiası baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlarına toxunan şəxslər "xxxx" MMC, Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar