Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-701/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyə xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2988/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(073)-241/2022 saylı hökmündən görünür ki, X6 yuxarıda qeyd olunan qətnamə üzrə ondan tutulmalı borcu ödəmədiyindən, Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsinə əsasən barəsində cinayət işi başlanmış, ibtidai və məhkəmə istintaqı aparılmış və barəsində ittihamedici hökm çıxarılmışdır.
2. İş materiallarına əlavə olunmuş Cavabdeh2 16 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(073)- 222/2021 saylı icra sənədinə əsasən tutulmalı olan 38.000 manat borc məbləği X6 tərəfindən ona tam şəkildə ödənildiyindən, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir.
3. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(073)-572/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı «kredit müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin və 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə 04 noyabr 2019-cu il tarixli müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı notariat ofisində 16 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onun Cavabdeh2 40.000 manat borc pul alması və aldığı krediti xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. 04 noyabr 2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə edilən dəyişiklik barədə yeni müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin 10-cu bəndində göstərilən şərtlərə dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə onun Cavabdeh2 pul almasına dair imza etsə də, əslində həmin pulu alıb X5 vermişdir. X3 ona yazılı iltizam da vermişdir ki, onun Elbəyidən aldığı pulu isə hər ay 1.000 manat olmaqla ödəyəcəkdir. Həmin pulun cavabdehdə olması və aybaay ödəməsi barədə onda rəsmi iltizamı vardır. Cavabdeh2 ona qarşı pul tələbinə dair Cəlilabad rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə araşdırılması zamanı da həmin pulun ona deyil, X5 verilməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı ilə o, üçüncü şəxs qismində cəlb edilmiş və əsas cavabdeh X6 olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə pulun X4 tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və X6 pulu ödəmədiyinə görə Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Cavabdeh2 ilə onun arasında Cəlilabad rayonu 1 saylı notariat kontorunda 16 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəlik məhkəmə prosesində X5 qarşı yönəldiyindən, həmin müqavilə qüvvədən düşmüş hesab edilməlidir.
6. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 qarşısında Bakı şəhəri 8 saylı notariat ofisində 16 sentyabr 2019-cu il tarixdə təsdiq edilmiş kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş və həmin notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən yaranmış öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Həmin ərizədə qeyd olunmuşdur ki, Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə bütün tələbləri təmin olunsa da, həmin tələblərin bir daha təkrarən təmin edilməsi üçün yeni tələblər irəli sürülür. Halbuki cavabdehin bu tələbləri tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə onun öhdəliklərinə xitam verilməlidir. İddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 04 noyabr 2019-cu il tarixli dəyişikliyə əsasən onun cavabdeh qarşısında öhdəlikləri yaranmışdır. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dəyişiklik edilməsi barədə müqavilə məhkəmə qaydasında mübahisələndirilərkən (Cəlilabad Rayon Rəhkəməsində) müəyyən edilmişdir ki, müqavilə üzrə borclu tərəf məhz kreditorun razılığı əsasında dəyişdirilmiş, həmin dəyişikliyə tələbkarın etirazları əsassız sayılmışdır. Nəticədə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklər üçüncü şəxs X5 yönəldilməlidir. Yönəldilmiş tələb isə məcburi qaydada təmin edilmişdir. Tələbkar Cavabdeh2 isə tələblərinin tam təmin edilməsi barədə iltizam vermişdir. Tərəflər arasında mübahisənin həqiqi halları nəzərə alınarsa onun Cavabdeh2 qarşısında Bakı şəhəri 8 saylı notariat ofisində 16 sentyabr 2019-cu il tarixdə təsdiq edilmiş kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş və həmin notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən yaranmış öhdəlikləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3 və 528-ci maddələrinə əsasən xitam verilməlidir. Məhkəmə onu da nəzərə almalıdır ki, Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra edilmişdir. Bu hallar elektron məhkəmə portalından istənilən vaxt sorğulana bilir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş həqiqi hallar preyudisial əhəmiyyətə malikdir. Cavabdehin hal-hazırda iddiaçıdan eyni kredit müqaviləsinə istinad edərək təkrar icra tələb etməsi əsassız və qanunsuzdur. Tərəflər öhdəliklərin xitam olunması ilə bağlı razılığa gələ bilmədikləri üçün öhdəliklərin xitamı məhkəmə tərəfindən qiymətləndirilməlidir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2988/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamədə bir dənə də olsun maddi hüquq normasına istinad olunmamışdır. Məhkəmə bir az da irəli gedərək bizim təklif etdiyimiz, iddiamızın maddi hüquqi əsası kimi göstərdiyimiz hüquq normalarını niyə, hansı səbəbə və nə məqsədlə hazırki mübahisəyə tətbiq edilə bilməyəcəyini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə istinad edilsəydi, həmin maddənin tələbinə əsasən bizim iddiamız təmin edilməli, iddiaçının öhdəlikləri xətm edilməli idi. Məhkəmə “mövcud olmayan öhdəliklərə xitam verilməsi mümkün deyil” ifadəsinə istinad edərkən hansı maddi hüquq normasına istinad etmişdir?! “Mövcud olmayan öhdəliklərə xitam verilməsi mümkün deyil” ifadəsinin özü də qüsurludur. Belə ki, əgər öhdəliklər mövcud deyilsə, Cəlilabad rayon İcra şöbəsində icra işi nədir?! Öhdəliklər mövcud deyilsə cavabdeh icra işinə və şəxsi mülahizələrinə istinad edərək niyə cavabdehdən verilmiş borcu təkrarən tələb edir?! Hesab edirik ki, Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər üçüncü şəxsə yəni - X1 üçün (yəni kredit müqaviləsi məhkəmə qətnaməsi ilə dəyişdirildiyi üçün), həmin kredit müqaviləsinə əsasən iddiaçının öhdəliklərinə AR MM-nin 424.3-cü maddəsinə əsasən xitam edilməlidir. Göründüyü kimi, Qaradağ rayon məhkəməsi bizim iddia tələbimizə lazım olan maddi hüquq normalarını tətbiq etməmişdir. Ümumiyyətlə öz hüquqi mövqeyini heç bir maddi hüquq norması ilə əsaslandırmamaqla kobud prosessual pozuntuya yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakının təmin etməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2988/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. İş materiallarına əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(073)-222/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 X5 qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, X4 38.000 manat pul və 30 manat dövlət rüsumunun alınıb Cavabdeh2 verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən görünür ki, Cavabdeh2 həmin iş üzrə iddia tələbini əsaslandırarkən Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 04 noyabr 2019- cu il tarixli müqaviləyə istinad etmişdir. İddiaçı həmin iş üzrə məhkəmə iclasında 40.000 manat borc məbləğindən 2.000 manat borcun qaytarıldığını bildirmiş, 38.000 manat borc məbləği qaldığını qeyd etmişdir. İlk olaraq iddia İddiaçı qarşı irəli sürülsə də, müəyyən edilmişdir ki, 13 yanvar 2020-ci il tarixli iltizamla X6 35.000 manat məbləğində borcu hər ay 1.000 manatdan az olmamaq şərti ilə Cavabdeh2 qaytaracağına dair öhdəlik götürmüşdür. Bu səbəbdən, Cəlilabad rayon Məhkəməsi tərəfindən mülki işə hüquqi qiymət verilərək, borcun X4 tutulmalı olması barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
27. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(073)-241/2022 saylı hökmündən görünür ki, X6 yuxarıda qeyd olunan qətnamə üzrə ondan tutulmalı borcu ödəmədiyindən, Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsinə əsasən barəsində cinayət işi başlanmış, ibtidai və məhkəmə istintaqı aparılmış və barəsində ittihamedici hökm çıxarılmışdır.
28. İş materiallarına əlavə olunmuş Cavabdeh2 16 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(073)- 222/2021 saylı icra sənədinə əsasən tutulmalı olan 38.000 manat borc məbləği X6 tərəfindən ona tam şəkildə ödənildiyindən, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir.
29. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(073)-572/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
30. İş üzrə preyudisial əhəmiyyət kəsb edən Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 mart 2021-ci il tarixli 2(073)-222/2021 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh2 qarşısında 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 04 noyabr 2019-cu il tarixli müqavilə üzrə icra edilməmiş (ödənilməmiş) öhdəliyi yoxdur. Həmin müqavilələr üzrə borc məbləği digər şəxsdən Cavabdeh2 xeyrinə tutulmuşdur.
31. Kollegiya hesab edir ki, iddiaçının Cavabdeh2 qarşısında yuxarıda qeyd edilən müqavilələr üzrə icra edilməmiş öhdəliyi olmadığından, mövcud olmayan öhdəliklərə xitam verilməsi mümkün deyil. Ümumiyyətlə iş materiallarından görünür ki, mübahisələndirilən müqavilə üzrə borc qismində verilmiş məbləğ məbləğin verildiyi şəxsdən tutulmuşdur. Cavabdeh2 qarşısında həmin müqavilədən irəli gələn icra edilməmiş öhdəlik mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə verilmiş məbləği X6 geri qaytarmışdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2988/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.