Məhkəmə qərarları › İş №2(103)-7015/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7015/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7015/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dairmülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASCtərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASCoğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 82,52 manat əsas, 308,69 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesblanan 10,88 manat faiz olmaqla, ümumilikdə 402,09 manat məbləğində borcun və 20 manat ödənimiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 3984/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur, mübahisələrin nizamlanması mümkün olmadıqda isə Azərbaycan Respublikası məhkəmələrində həll olunur. Göründüyü kimi qərardadda qeyd olunan pretenziya məsələsi kredit müqaviləsində əks olunmuşdur. Kredit müqaviləsinə görə pretenziya məsələsi dedikdə tərəflər arasında danışıqlar nəzərdə tutulur. Bank tərəfindən dəfərlərlə müştəri ilə danışıqlar aparılmasına cəhd göstərilmiş, bu nəticə vermədikdə isə müştəriyə hətta xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan xəbərdarlıq məktubu və cavabdehin xəbərdarlıq məktubunu alması barədə qəbz iddia ərizəsinə əlavə olunmuş və qoşmada qeyd olunmuşdur. Buradan məlum olur ki, Bank pretenziya qaydasına tam şəkildə əməl etmişdir. Məhkəmə bu kimi nüansları nəzərə almayaraq işi baxılmamış saxlamaqla səhv nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur.Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərini həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli Fərmanı əsasında X2 Palatası tərəfindən müəyyən olunmuş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.Göründüyü kimi, cavabdehin borcu milli valyutada olduğundan borcunun yalnız restruktruzasiya olması mümkün olmuşdur, lakin güzəştli kredit müqaviləsinin bağlanması üçün müəyyən olunmuş müddət sona çatsa da Cavabdeh bununla bağlı Banka müraciət etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3984/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına səbəbini göstərmədən gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-cümaddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanan kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşsə də, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 - cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə yaranmış mübahisənin məhkəməyəqədər xüsusi həlli qaydasına əməl etməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanındakı bəzi müddəlar banklara tövsiyə xarakteri daşısa da, hazırki iddiaya iddiaçının arzu etdiyi formada baxıla bilməz. Çünki, fiziki şəxslərin borclarının bir hissəsini dövlət öz üzərinə götürərək bununla əlaqədar banklara vəsait vermişdir. Hazırki halda iddiaçı həm həmin vəsaitdən yararlanır, həm də cavabdehdən tam olaraq kredit borcunu tələb edir ki, bu da yolverilməzdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrəBakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar