Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7015/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-949/2019 nömrəli 07 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-949/2019 nömrəli 07 mart 2019cu iı tarixli qətnaməsinin surətinin tərəflərə rəsmi qaydada göndərilməsi barədə məktub və qətnamə surətinin tərəflərə çatıb-çatmadığını təsdiq edən xəbərnamə zərf və ya reyestr surəti iş materialına əlavə edilməmiş və qərar qanuni qüvvəsini alaraq 20.05.2019-cu il tarixdə icraya yönəlmişdir (iş səh. 44-49), cavabdeh prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən 07.05.2021-ci ildə ərizə ilə müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etmiş və 20.05.2021- ci il tarixində apellyasiya şikayəti vermişdir (səh.51-54) Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamədən bir ay müddətində apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir. Hazırki işdə məhkəmə apellyasiya şikayətini mümkün hesab etməklə qərardaddan prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilməmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilməli olan mülki iş üzrə qəbul edilmiş qətnamədən Mülki Prosessual Məcəllədə göstərilmiş işdə iştirak edən şəxslər şikayət verə bilər. Hazırda müddətlə bağlı olduğundan qarşı tərəfin 24.05.2021-ci il tarixli qərardaddan (səh.58) şikayət vermək hüququ olsada bu qərardad tərəflərə göndərilməmişdir. Diqqətə çatdırılmalıdır ki, işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ) X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13, 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357,360-366, 397.2, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-949/2019 nömrəli 07 mart 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qəbul olunmamış hesab edilsin və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7015/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7015/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver