Məhkəmə qərarları › İş №2(103)-7017/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7017/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7017/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh Mehtiyev X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilib icraatın təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki işin aidiyyat üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyatı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş üzrə mübahisəyə Beyləqan rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinə müraciət edilən zaman (xx.xx.2021ci il tarixdə) təqdim edilən xx.xx.2021-ci il tarixli MAPS arayışından göründüyü kimi Cavabdeh qeydiyyat ünvanı ünvan 1 Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası iş materiallarını və prosessual qanunvericiliyin qeyd olunan müddəaləarını nəzərdən keçirərək hesab edir ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən 2(020)-1696/2021 saylı mülki iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsində, ünvan, cavabdehin qeydiyyat ünvanı ünvan 2iyyat ünvanının ünvan 3 iş materialları da icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi mülki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Beyləqan Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Beyləqan Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar