Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7024/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 07.09.2019-cu il tarixli, ********* №-li “Nisyə alğı-satqı müqaviləsi” əsasında yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 302 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 90 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında 07.09.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh, ümumi qiyməti 849 manat olan “Samsung A705” markalı mobil telefonu, dəyərini 6 ay ərzində hissə-hissə, yəni ayda 142 manat ödəmək şərti ilə MMC-dən almışdır. Telefon MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, borcun bir hissəsini ödəsə də, 302 manat məbləğində borcu bu günədək ödəməmişdir. Borcun ödənilməsinin gecikdirilməsinə görə MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtinə əsasən, cavabdehə 90 manat cərimə (dəbbə) hesablamışdır. MMC, tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmiş, MMC də, bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq iş üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh MMC-dən nisyə aldığı mobil telefon nasaz olduğuna görə, o həmin telefonu MMC-yə təhvil vermiş, ödədiyi 604 manat məbləğində pulun qaytarılması barədə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qətnaməsi (İş № 2(006)-288/2021) ilə Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ilə MMC arasında 07.09.2019-cu il tarixdə bağlanmış ********* №-li müqavilə ləğv edilmiş, müqavilənin predmeti olan mobil telefona görə Cavabdeh tərəfindən MMC-yə ödənilmiş 604 manat məbləğində pulun MMC-dən alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. MMC həmin qətnamədən apelyasiya şikayəti versə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qüvvəsində saxlanılmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi hazırki mülki iş barədə cavabdehə məlumat vermədiyinə görə, cavabdeh yuxarıda qeyd olunanlar barədə Rayon Məhkəməsinə məlumat vermək imkanından məhrum olmuşdur. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının yeri və vaxtı barədə xəbərdar olunmuş MMC apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, satıcı olan MMC ilə alıcı olan Cavabdeh arasında 07.09.2019-cu il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsindən” görünür ki, cavabdeh, ümumi qiyməti 849 manat olan “Samsung A705” markalı mobil telefonu, dəyərini 6 ay ərzində hissə-hissə, yəni ayda 142 manat ödəmək şərti ilə MMC-dən almışdır. İşdə olan sənədlərdən görünür ki, telefon MMC tərəfindən cavabdehə təhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh 547 manat ödəniş etmiş, 302 manat isə ödənilməmiş qalmışdır. Ödənişi gecikdirdiyinə görə MMC tərəfindən cavabdehə 90 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh hazırki iş üzrə verdiyi apellyasiya şikayətinə əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-288/2021 №-li iş üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi, Cavabdeh ilə MMC arasında 07.09.2019-cu il tarixdə bağlanmış ********* №-li müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan mobil telefona görə Cavabdeh tərəfindən MMC-yə ödənilmiş 604 manat məbləğində pulun MMC-dən alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh telefondan təxminən 1 ay 15 gün ərzində istifadə etmiş, telefonda qüsur aşkar edildiyindən Cavabdeh telefonu MMCyə, sonradan isə MMC-nin servis mərkəzinə aparmışdır. Uzun müddət ərzində həmin telefon servisdə olmuş, Cavabdeh telefonda olan qüsurun yaranma səbəbi, həmçinin qüsurun yaranmasında Cavabdeh hansı təqsirli hərəkətinin olduğu bildirilməmişdir. Buna baxmayaraq iş materialları ilə sübut olunur ki, telefonda olan qüsurlar istehlakçı olan Cavabdeh istismar qaydalarını pozması nəticəsində baş verməmiş, qüsur istehsalçının istehsal xətası ilə bağlıdır. Həmin qətnaməsindən MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 26.05.2021-ci il tarixli qətnamə (İş № 2(103)-4628/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hazırki iş üzrə tərəflər arasında bağlanmış 07.09.2019-cu il tarixli ********* №-li müqavilə üzrə Cavabdeh nisyə aldığı mobil telefonda aşkar edilmiş qüsurun istehsalçının istehsal xətası ilə bağlı olduğu, həmin qüsura görə Cavabdeh telefonu MMC-yə qaytardığı təsdiq olunmuş, bu səbəbdən Cavabdeh ödədiyi 604 manat məbləğində pulun MMC-dən tutularaq ona qaytarılması qət edilmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı MMC qarşısında 07.09.2019-cu il tarixli müqavilə üzrə icra edilməmiş öhdəlikləri mövcud deyil. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır; iddia əsassızdır; Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; onun iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Bu hal müəyyən edildiyindən Məhkəmə hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin digər dəlilinə hüquqi qiymətin verilməsinə lüzum yoxdur. Şərh olunanlara əsasən və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2021-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7024/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7024/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver