Məhkəmə qərarları › İş №2(103)-7027/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7027/2025

30.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7027/2025 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Iddiaçı Iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 3-də yerləşən ** saylı mənzili Iddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdən qeydiyyata alınmışdır.

2. Qaradağ rayon *** saylı MKIS-in ##.##.2024-cü il tarixli aktından görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 3 də yerləşən ** saylı mənzilinə baxış keçirdilər. Baxış zamanı məlum olmuşdur ki, mənzilin üst qonşusu olan ** saylı mənzilin isitilik sistemindən ** saylı mənzilə su axıdılmışdır. Su axıdılması zamanı ** saylı mənzilin mətbəx mebellerinə, dəhlizinə və otaqlarına ziyan dəymişdir.

3. Qaradağ rayon *** saylı MKIS-in ##.##.2024-cü il tarixli aktından görünür ki, ##.##.2024-cü il tarixində Iddiaçı Ibrahim qızına məxsus ünvan 2 ünvanına tərəfimizdən baxış keçirilən zaman mənzilin tavanına Ş.Əsgərov küçəsi ev 3 mənzil 32 (mənzil sahibi: Cavabdeh) Istilik sistemindən su sızması aşkar edilmişdir. Su sızması nəticəsində ** saylı mənzilin qonaq otağının təmirinə, elektrik xətlərinə, televizora, yumuşaq mebel dəstinə, mətbəxin temirinə ziyan dəymişdir.

4. “MD-SERVICE” tərəfindən təqdim edilmiş ##.##.2024 cü il tarixli ****** nömrəli texniki aktdan görünür ki, “TOSHIBA” markalı LED55C350KE model televizorun diaqnostika edilməsi nəticəsində “su tökülməsi səbəbindən yararsız vəziyyətə düşməsi” müəyyən edilmişdir.\

5. “TOSHIBA” markalı LED55C350KE model televizorun alınmasına dair sənədlərdən (ödəmə çeki və zəmanət talonu) görünür ki, həmin televizor ##.##.2023-cü il tarixdə “Brend Elektro” mağazasından 1471,0 manata alınmışdır.

6. “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus ** saylı mənzilə suyun üst mərtəbədə yerləşən Cavabdeh məxsus ** saylı mənzildən axıdılması və bunun nəticəsində onun mənzilinə və əşyalarına (xalçalar, yumuşaq mebel dəsti və televizor) dəymiş ziyanın dəyəri 5894 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğində müəyyən edilmişdir.

7. Qəbzlərdən görünür ki, Iddiaçı 300 manat mütəxəsis rəyi üçün xidmət haqqı olaraq “xxxx” MMC-yə və 300 manat da hüquqi xidmət haqqı olaraq-** saylı vəkil bürosuna ödəniş etmişdir.

8. Ödəniş qəbzindən görünür ki, Iddiaçı məhkəmədə iddia qaldırılması üçün 86 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, ünvan 2 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və baxış zamanı əldə olunan məlumatlara əsasən, ** saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən ** saylı mənzildən suyun axdılması müəyyən edilir. Susızma nəticəsində ** saylı mənzilin tikililərinə ziyan dəymişdir. Dəymiş ziyanın hesablanması ilə bağı qeyd olunur ki, Qiymətləndirmə fəaliyyəti elmin hər hans hir sahəsində və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.Qərardadın ikinci və beşinci sualları üzrə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qesebesi, Sahlar Əsgərov küçəsi, * saylı evin, ** saylı mənzilinə baxış zamanı faktiki olaraq su axıdılmadığından su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. O cümlədən yaranmış su basmasının səbəbinin suyun təzyiqindən və ya korroziya nəticəsində baş verməsinin səbəbinin müəyyən edilməsi aidiyyatı qurum tərəfindən araşdırıla bilər.Aparılmış əməliyyatın dəyəri 50 manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh na qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5894 (beş min səkkiz yüz doxsan dörd) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, 300 (üç yüz) manat məbləğində ekspertiza xərci, 86 (səksən altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 6580 (altı min beş yüz səksən) manat pul vəsaiti tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 3-də yerləşən ** saylı mənzil onun xüsusi mülkiyyətindədir və o, həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. ## ###### 2024-cü il tarixdə saat 18:00 radələrində o, işdən yaşadığı mənzilə geri qayıdarkən, giriş qapısını açıb içəri daxil olduqda, mənzilin üzərində yerləşən Cavabdeh məxsus ** nömrəli mənzildən su axıdılması nəticəsində döşəmənin su ilə dolduğunu gördü. O, içəri daxil olduqda mənzilin tavanının, döşəməsinin divarlarının, mənzildəki televizor, xalçalar və digər əşyaların yararsız vəziyyətə düşdüyünün şahidi oldu. O, dərhal yuxarı mərtəbəyə qalxaraq ** saylı mənzilin sahibi Cavabdeh arvadına bu barədə bildirdi. O, həmin vaxt ona yaşadıqları mənzilin qonaq otağındakı istilik radiatorunun deşilərək yararsız vəziyyətə düşdüyünü, bu səbəbdən binaya istilik verilərkən radiatordan su tökülməsi nəticəsində onun mənzilinə suyun axdığını dedi. Qeyd edir ki, bu hadisədən təxminən 2-3 gün qabaq axşam saatlarında o həmin mənzildən güclü səs-küy gəldiyini eşitdi. Hadisədən sonra ev sahibinin arvadına bu barədə bildirdikdə, o ona qeyd olunan vaxt oğlunun evdəki istilik radiatorlarını açıb təmizlədiyini, səsin bu səbəbdən gəldiyini bildirdi. O, cavabdehin oğlunun istilik radiatorlarını təmizlədikdən sonra yerinə bağlamadığını, buna görə də binaya istilik verilərkən həmin mənzildən ona məxsus mənzilə su axdığını güman edir. *** saylı MKIS-nin möhürü ilə təsdiq edilmiş ##.##.2024 cü il və ##.##.2024-cü il tarixli aktlara əsasən mənə məxsus mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan ** saylı mənzilin istilik sistemindən suyun sızması nəticəsində onun mənzilinin təmirinə, onun elektrik xətlərinə, yumşaq mebel dəstinə, televizora və mətbəx mebelinə ziyan dəyməsi aşkar və təsdiq olunmuşdur. “MD-SERVICE” tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ****** nömrəli texniki aktdan görünür ki, “TOSHIBA” markalı LED55C350KE model televizorun diaqnostika edilməsi nəticəsində “su tökülməsi səbəbindən yararsız vəziyyətə düşməsi” müəyyən edilmişdir. “TOSHIBA” markalı LED55C350KE model televizorun alınmasına dair sənədlərdən (ödəmə çeki və zəmanət talonu) görünür ki, həmin televizor ##.##.2023-cü il tarixdə “Brend Elektro” mağazasından 1471,0 manata alınmışdır. “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən ona məxsus ** saylı mənzilə mənzilə suyun üst mərtəbədə yerləşən Cavabdeh məxsus ** saylı mənzildən axıdılması və bunun nəticəsində ona mənzilinə və əşyalarına (xalçalar, yumuşaq mebel dəsti və televizor) dəymiş ziyanın dəyəri 5894,0 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğində müəyyən edilmişdir (300 manat ekspert xərci tərəfindən ödənilmişdir). Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində ona 5894 (beş min səkkiz yüz doxsan dörd) manat zərər dəymişdir. Lakin cavabdeh Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir.

12. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci i ltarixdə iddia ərizəsinə etiraz ərizəsi verilmiş və bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə istilik idarəsi boruları yoxlamaq məqsədi ilə borulara təzyiq su vurmuş və bunun nəticəsndə onun mənzilində olan qızıdırıcı motor deşilmiş və mənzilini su basmışdır. Onun mənziindən isə su aşağı mərtəbədə yaşayan iddiaçının mənzilnə axmışdır. Nəzərə çatdırır ki, istilki idarəsi borulara təzyiq ilə su vurub yoxlayarkən bina sakinlərinə heç bir xəbərdarlıq etməmiş və bu iş günlərinə təsadüf etdiyinidən evdə də heç kim olmamışdır. Halbuki onlar bu işi qeyri iş günləri həyata keşirməli idilər. Onların bu səhlənkarlığı əsasında onun mənzilinə vvə alt mərtəbədıki qonşusunun mənzilinə ziyan dəymişdir.Amma alt qonşusu-iddiaçı isitilik idarəsindən şikayət etmək əvəznə ondan şikayət etmişdir. Beləliklə o iddia tələbini qəbul etmir, iddia ərizəssində qeyd edilənlər yalan və böhtandır. Iddianın təmin edilməməmsini xahiş etdi.

13. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, əlavə etmişdir ki, hadisəni inkar etmir. Qonşu olaraq iddiaçıya kömək etməyə hazırdı, divar kağızı, rəng alar, amma ərizədəki o məbləğ fantastik məbləğdir. Hadisə vaxtı onun evinə də ziyan dəyib. Çünki hadisə zamanı iddiaçıya məxsus 3 otaqli evin 1 otağı ziyan çəkib. Hadisə ##.##.2024-ci il tarixda bas verib Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin idarəsi yoxlama məqsədi ile yüksək təzyiqli su vurdu, buna görə de evimdəki 1 radiator sıradan çıxdı. Hadisə baş verərkən evdə hec kim olmayıb, sonradan oğlu gəlib görüb. 15 noyabr is günü idi deyə oğlu işdə idi. Iddia qərəzli iddiadır. O, 18 ildir ki, orada yaşayır, iddiaçı və digər bütün qonşuları ilə hecvaxt problemi olmayıb. Ümumiyyətlə o, binanın istilik sistemi ilə bağlı nəsə etməsə kimsə edə bilmir. Ərizədə yazılıb ki, guya o, krantı açıq qoyub, amma el hal olmayıb. Hazırda ancaq 1500 manat verə bilər.Iddianı qalan hisssədə qəbul etmir.

14. Məhkəmə iclasında şahid olan X4 ifadəsində bildirmişdir ki, cavabdehin oğludur. Hadisə ##.##.2024-cü ildə baş verib. Evə ilk o, işdən çıxıb saat 16:00 dan sonra təxminən 16:30-da tək gəldi. Gördü ki, qonaq otağında radiatorun içindən su fışqırıb axır. Evlərinə baxış keçirilərkən heç kimə maneçilik törətməyiblər. Iddiaçının qohumları da gəlib evlərinə baxdı, mətbəxə kimi girib baxdılar. Hadisə baş verdiyi vaxt ata anası Qəbələ rayonunda olub. Həmin gün evdə ailəsindən o idi. Evdən su axan kimi radiatora gələn suyu bağladı. Hadisə vaxtı onların qonaq otağına ziyan dəydi. Ziyan digər otaqlara keçmədi.Qonaq otağı uzun idi deyə digər otaqlara ziyan dəymədi.Radiatoru bərpa etmədilər.Radiatorun deşilməyini əvvəldən müəyyən etməmişdi.Qonaq otağında döşəməyə ziyan dəydi.

15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 5894 (beş min səkkiz yüz doxsan dörd) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, 300 (üç yüz) manat məbləğində ekspertiza xərci, 86 (səksən altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 6580 (altı min beş yüz səksən) manatın iddiaçı Iddiaçı xeyrinə tutulması, 50(əlli) manat ekspertiza xərcinin cavabdeh Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir.

16. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilinə həmin evin ** saylı mənzilindən su axıdılması nəticəsində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal həm dəymiş maddi ziyanın məbləği, həm də həmin suyun axıdılmasına səbəbkarın müəyyən ediməsi olmuşdur. Beləki cavabdeh iddia edir ki, təqsir isitilik qurmunun üzərinə düşür, həmin tarixdə isitiliklə təchiz ediləcəiyinə dair onlara xəbərdarlıq edilməli idi. Nəticədə qurum tərəfindən mənzillər istiliklə təchiz edilərkən(##.##.2024-cü il tarixdə) təzyiq çox olduğundan onun mənzilində olan radiator deşilərək su sızdırmışdır.

17. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qesebesi, Sahlar Əsgərov küçəsi, * saylı evin, ** saylı mənzilinə həmin evin üst mərtəbəsində yerləşən ** saylı mənzildən suyun axdılması müəyyən edilir. Susızma nəticəsində ** saylı mənzilin tikililərinə ziyan dəymişdir. Lakin həmin rəyə görə qiymətləndirmə fəaliyyəti elmin hər hans hir sahəsində və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Həmçinin məhkəmə əlavə edir ki, iş materialalrından olan “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyindən göründüyü kimi, ** saylı mənzilə suyun üst mərtəbədə yerləşən Cavabdeh məxsus ** saylı mənzildən axıdılması və bunun nəticəsində onun mənzilinə və əşyalarına (xalçalar, yumuşaq mebel dəsti və televizor) dəymiş ziyanın dəyəri 5894 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğində müəyyən edilmişdir.

18. Məhkəmə cavabdehin sussızma hadisəsində təqsirin isitilik qurumunun üzərinə düşməsinə dair mülahiizəsinə münasibətdə qeyd etmişdir ki, “Istilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1.2-bəndəinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək-istehlakçının vəzifəsidir.Bu səbəbdən hazırda cavabdehin onun mənzilində olan isitilik avadanlığının nasaz olması səbəbindən susızmaya hadisəsinin baş verməsində isitilik qurumunun məsul olmasını iddia etmək əsasız və qanunsuzdur. Həmçinin cavabdehin susızma hadisəsinin baş verməsinə həmin vaxt isitiliktəchizat qurumu tərəfindən təzyiqin çox buraxılmasının səbəb olmasına dair mülahizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh həmin mülahizələrini təsdiq edəcək heç bir sübut təqdim etməmiş, əgər müvafiq hal öz təsdiqini tapmış olsaydı onda həmin vaxt analoji hal həmin binanın digər mənzillərində də baş verməli idi.

19. Beləliklə məhkəmə iş materiallarında olan mütəxəsis rəyini və ekspert rəyini mötəbər sübut kimi əsas götürərək hesab etmişdir ki, iddia tələbi təmin edilərək, hazırki iş üzrə mütəxəsis rəyində qeyd olunan məbləğ- 5894 manat maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələri; Avropa Insan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" ## #### 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88, 217.4 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin bütövlükdə ləğv edilməsini və işin yenidən araşdırılmasını xahiş etmişdir. 22 . Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd olunan mənzildə iddiaçının evinə qeyd olunan məbləğdə heç bir ziyan vurulmamışdır. Iddiaçının "xxxx" MMC tərəfindən birtərəli qaydada verilmiş mütəxəssis rəyində güya ki, həmin evə və evdə olan əşyalara ona (cavabdehə) məxsus evdən su sızması nəticəsində ümumilikdə 5894 manat məbləğində ziyan dəydiyi göstərilmişdir, lakin konkret olaraq evdə olan hansı əşyaya hansı məbləğdə zərər dəydiyi göstərilməmişdir. Iş materiallarından da göründüyü kimi iddiaçının evinə, onun evindən su sızması baş vermiş, su sızması nəticəsində də iddiaçının evində olan yumşaq mebel və xalçalar da su olmuşdur. Bu da həmin əşyaların məhv olması və zədələnməsi deyildir. Belə olan halda mütəxəssis rəyində həmin əşyalara zərər dəydiyinin göstərilməsi başa düşülən deyildir. Bundan başqa cavabdehə məxsus evin sadəcə bir otağın döşəməsi (zalın döşəməsi) su olmuşdur, digər otaqlara isə su keçməmişdir, belə olan halda bu qədər maddi zərərin əmələ gəlməsi də inandırıcı deyil. Eyni zamanda su sızmasının hansı səbəbdən baş verməsi də məhkəmə və ekspert tərəfindən araşdırılmamış, sadəcə formal mülahizələrlə cavabdehin əleyhinə qətnamə qəbul edilmişdir. Bu da iddiaçının əsassız və saxta qiymətləndirmə əsasında qanunsuz pul tələb etməsi ilə nəticələnmişdir. O, məhkəmədə iddia tələbini umumilikdə qəbul etməyərək su sızmasının cavabdehin təqsiri olmadan baş verdiyini, “xxxx” ASC-nin təqsiri üzündən baş verdiyini, iddiaçının iddia etdiyi qiymətlə razı olmadığını qeyd etdiyi üçün məhkəmə qətnamədə adı göstərilməyən ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyində də ekspert tərəfindən heç bir baxış keçirilmədən, rəy verilməsi üçün heç bir araşdırma aparılmadan, ilkin mütəxəssis rəyi nəzərə alınmaqla suyun iddiaçının mənzilinə cavabdehin mənzilindən axıdıldığı, lakin su basmanın səbəbinin suyun təziqindən və ya korroziya nəticəsində baş verməsinin səbəbinin müəyyən edilmədiyini, həmin halın müvafiq qurum tərəfindən araşdırıla biləcəyini göstərmişdir. Məhkəmə isə ekspert rəyi ilə bağlı aidiyyəti orqanlara müvafiq sorğular verərək su basmanın səbəbini aydınlaşdırmamış, sadəcə Qaradağ rayon *** saylı MKIS-in hadisədən 3 gün sonra sadəcə iddiaçının yaşadığı evə baxış keçirərək, yenə də heç bir araşdırma aparmadan tərtib etdikləri ##.##.2024-cü il tarixli akta əsaslanmışdır. Halbu ki, məhkəmə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və əsaslı ekspert rəyi almalı, daha sonra sübutlara hüquqi qiymət verməli idi. Eyni zamanda mən Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən narazı qaldığı, əlavə ekspertizanın keçirilməsini tələb etdiyi halda, məhkəmə əlavə ekspertiza təyin etməmiş, iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq formal qərar qəbul etmişdir. Bundan başqa qətnamədən göründüyü kimi cavabdehin etirazı əsasında məhkəmə ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə “xxxx” ASC iş üzrə müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb etmiş, lakin, cavabdeh məhkəmə proseslərində “xxxx” ASC-nin hər hansı bir nümayəndəsinin iştirakının şahidi olmadı, ümumiyyətlə belə bir qərardadın mövcudluğundan məlumatı belə olmadı. Göründüyü kimi məhkəmə formal olaraq qərardad qəbul etmiş, “xxxx” ASC-nin heç bir nümayəndəsini məhkəməyə dəvət etməmiş, onların iştirakı ilə heç bir araşdırma aparmamışdır. Məhkəmə sadəcə “Istilik enerjisindən istifadə qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1.2-ci bəndinə istinad etmişdir. Həmin qərara əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməkistehlakçının vəsifəsidir. Halbuki, “Istilik təchizatı haqqında” Azərbaqycan Respublikasl qanununun 6.1.3-ci maddəsində dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin etmək istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qrumun vəzifəsi olduğunu, eyni zamanda “Istilik enerjisindən istifadə qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.1.1-ci bəndində balansında olan istilik təchizatı sistemlərinin və qurğularının istismarı, təmiri, saxlanması və mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək müəsissənin vəzifəsi olduğu göstərilmişdir. Qanunun tələbinə əsasən “xxxx” ASC qış mövsümünə keçidlə əlaqədar əhalini xəbərdar etməli, bu barədə bildiriş verməli və istilik təchizatını hər hansı bir təhlükənin yaşanmaması üçün adətən əhalinin evdə olduğu müddətdə, istirahət günlərində verməli idi. Məhkəmə isə bunların heç birini nəzərə almadan, sadəcə iddiaçının təqdim etdiyi sübutlar əsasında onun əleyhinə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmədə heç bir araşdırma aparılmadan, cavabdehin təqsirini təsdiq edəcək kifayət qədər əsaslı sübutlar olmadan, sadəcə iddiaçının təqdim etdiyi, özünün öz xeyrinə aldığı, əsası olmayan sənədlər əsasında iddiçının evinə vurulmuş zərərin cavabdehin təqsirii ucbatından baş verdiyini əsas götürərək qətnamə çıxarmışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Nizamnaməsinin 3.1 yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Eyni zamanda onu da nəzərinizə çatdırırıq ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Bundan əlavə Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinə yaşayış binalarının daxili kommunikasiya xətlərinin, həmçinin binadaxili istilik xətlərinin saxlanılması, təmiri və bərpası hansı normativ hüquqi sənədlərə əsasən tənzimlənməsinə dair ## ###### 2023-cü il tarixli **- **/*-**/**** nömrəli məktubla müraciət olunmuş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin ## ###### 2023-cü il tarixli 3-21/2- ****/**** nömrəli cavab məktubu ilə binadaxili kommunikasiya xətlərinin saxlanılması, təmiri və bərpası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən tənzimləndiyi bildirilmişdir.

24. Iddiaçı Iddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin göstərdiyi bütün arqumentlər əsassızdır. Belə ki, Qaradağ rayon məhkəməsində məhkəmə baxışı zamanı çəkişmə prinsipinə əməl olunmuş, cavabdeh Cavabdeh və onun nümayəndəsi bütün məhkəmə iclaslarında iştirak etmiş və iddiaçıya vurmuş olduqları maddi ziyana görə 1500 manat ödəniş etməyə hazır olduqlarını məhkəməyə bildirmişlər. Əgər cavabdeh baş vermiş hadisəyə görə özünü tamamilə təqsirsiz hesab etsəydi, ona 1500 manat ödəməyi qəbul etməzdi. Bundan başqa iş materiallarında olan “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin ##.##.2025 ci il tarixli **/**** saylı rəyinə əsasən mənə məxsus mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan ** saylı mənzildən suyun sızması nəticəsində mənim mənzilinə və əşyalarına 5894 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğində ziyan dəymişdir. Göründüyü kimi cavabdeh Cavabdeh tərəfindən ona maddi ziyan vurulması faktı mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin cavabdehin susızma hadisəsində təqsirin isitilik qurumunun üzərinə düşməsinə dair mülahizəsinə münasibətdə qeyd edir ki, “Istilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1.2-bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək- istehlakçının vəzifəsidir. Bu səbəbdən hazırda cavabdehin, mənzilindəki istilik avadanlığının nasaz olması nəticəsində susızma hadisəsinin istilik qurumunun səhvi olduğunu irəli sürməsi əsassızdır. Həmçinin, cavabdehin susızma hadisəsinin istilik təchizat qurumu tərəfindən təzyiqin çox buraxılması nəticəsində baş verdiyini irəli sürməsinə gəldikdə, qeyd edirik ki, cavabdeh bu mülahizələrini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əgər bu iddia düzgün olsaydı, o zaman analoji hadisə həmin binanın digər mənzillərində də baş verməli idi. Bundan başqa, cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin istilik verməzdən qabaq onları xəbərdar etməməsi arqumenti ilə bağlı da bildirir ki, istilik mövsümü Azərbaycan Respublikasının dağ rayonlarında 1 noyabr- 1 may, digər ərazilərdə isə 15 noyabr- 15 aprel tarixləri nəzərdə tutulur. Istilik mövsümünün başlanmasından və ya başa çatmasından 10 (on) gün əvvəl bu barədə istehlakçılara media, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin rəsmi internet səhifəsi, həmçinin binaların girişində elanlar vasitəsilə məlumat verilir.Göründüyü kimi cavabdehin bu arqumenti də tam əsassızdır və özünümüdafiə məqsədi daşıyır. Həmçinin baş vermiş hadisədən təxminən 2 3 gün qabaq axşam saatlarında iddiaçı həmin mənzildən güclü səs-küy gəldiyini eşitdi. Hadisədən sonra ev sahibinin arvadına bu barədə bildirdikdə, o iddiaçıya qeyd olunan vaxt oğlunun evdəki istilik radiatorlarını təmizlədiyini, səsin bu səbəbdən gəldiyini bildirdi. Iddiaçı cavabdehin oğlunun istilik radiatorlarını təmizlədikdən sonra yerinə bağlamadığını, buna görə də binaya istilik verilərkən həmin mənzildən mənə məxsus mənzilə su axdığını güman edir. mövcud qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə uyğun olaraq, binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanılması, təmiri və bərpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Həmçinin, cavabdeh Cavabdeh apellyasiya məhkəməsinə vermiş olduğu şikayətlə əlaqədar, iddiaçı İddiaçı apellyasiya instansiyasında göstəriləcək hüquqi yardıma görə vəkilə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə ## ###### 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. AR Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən, iddiaçı R. Yaqıbekovanın hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutulması zəruridir. Beləliklə, *** saylı MKIS-nin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli aktlara, “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin ##.##.2025-ci il tarixli **/**** saylı rəyinə əsasən mənə məxsus mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan ** saylı mənzildən suyun sızması nəticəsində mənim mənzilimə və əşyalarıma 5894 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğində ziyan dəyməsi faktı tam təsdiq olunmuşdur. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmədən: Cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və Qaradağ rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, həmçinin iddiaçının apellyasiya məhkəməsində hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödədiyi 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Proses iştirakçılarının izahatı

25. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh ekspertiza rəyi ilə razı olmadığını, heç kimin mənzilinə ziyan vurmadğını bildirərək işə düzgün və ədalətlə baxılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iş üzrə keçirilmiş hər iki ekspertiza rəyi onların iddia tələbini təsdiq edir. Ekspertiza rəylərinə qarşı heç bir etirazı yoxdur. Cavabdeh iddiaçının mənzilinə dəymiş zərərlə bağlı onun heç bir təqsiri olmadığını bildirsə də, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs tərəfindən təqdim edilmiş etriazdan da göründüyü kimi hər bir şəxs öz evindəki elektrik, sanitariya-texniki, su istilik xətləri üçün cavabdehlik daşıyır. Apellyasiya şikayətinə etirazlarında da münasibətini ətraflı qeyd etmişdir. Cavabdeh hər-hansı təqsirinin olmadığını bildirsə də, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasları zamanı iddiaçıya 1500 manat, daha sonra başqa məbləğlər təklif etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları:

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 116.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 125. Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının şikayətin dəliləri üzrə iddia tələbinin təmin edilən hissəsi təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iddiaçı mülkiyyətində olan mənzilə cavabdehin mənzilindən su axıdılması nəticəsində dəymiş zərəri tələb edir. Cavabdeh isə müvafiq qurum tərəfindən istiliklə təchiz edilmə ilə bağlı məlumatlandırılmadığına, nəticədə qurum tərəfindən mənzillər istiliklə təchiz edilərkən (##.##.2024-cü il tarixdə) təzyiq çox olduğundan onun mənzilində olan radiatorun deşilməsi nəticəsində su sızmasına, habelə zərərin məbləği ilə razı olmadığa istinad edərək iddiaya etiraz edir.

35. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, ünvan 2 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və baxış zamanı əldə olunan məlumatlara əsasən, ** saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən ** saylı mənzildən suyun axdılması müəyyən edilir. Susızma nəticəsində ** saylı mənzilin tikililərinə ziyan dəymişdir. Dəymiş ziyanın hesablanması ilə bağı qeyd olunur ki, Qiymətləndirmə fəaliyyəti elmin hər hans hir sahəsində və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Qərardadın ikinci və beşinci sualları üzrə: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, * saylı evin, ** saylı mənzilinə baxış zamanı faktiki olaraq su axıdılmadığından su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. O cümlədən yaranmış su basmasının səbəbinin suyun təzyiqindən və ya korroziya nəticəsində baş verməsinin səbəbinin müəyyən edilməsi aidiyyatı qurum tərəfindən araşdırıla bilər.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən suyun axıdılması və bunun nəticəsində onun mənzilinə və əşyalarına (xalçalar, yumuşaq mebel dəsti və televizor) zərər dəyməsi iş materialları ilə təsdiq olunur.

37. Cavabdehin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 38.Habelə, “Istilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1.2-bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək-istehlakçının vəzifəsidir.

39. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində konkret olaraq evdə olan hansı əşyaya hansı məbləğdə zərər dəydiyi göstərilməmişdir.

40. Şikayətin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus ** saylı mənzilə suyun üst mərtəbədə yerləşən Cavabdeh məxsus ** saylı mənzildən axıdılması və bunun nəticəsində onun mənzilinə və əşyalarına (xalçalar, yumuşaq mebel dəsti və televizor) dəymiş ziyanın dəyəri 5894 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğində müəyyən edilmişdir.

41. Həmin rəyə əlavə edilmiş smetada görüləcək işlərin siyahısı qeyd edilmişdir (i.v 57-58). Həmin smetaya əsasən görülməli olan işlərin yuxarı mənzildən suyun axıdılması nəticəsində dəymiş zərərin aradan qaldırlması üçün görülməli olan işlərə aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilərək ekspert rəyi əldə edilmişdir.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, 14/927 nörməli ekspert rəyinə əsasən:

1. “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş smetanın 1-7-ci qrafasında sadalanan işlər ilə yuxarıda göstərilən * №-li Smeta arasında müqayisəli tədqiqat aparılan zaman, “xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş smetanın 1-7-ci qrafasında sadalanan işlərin ** saylı mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün görülməli olan işlərə aid olduğu müəyyən edilmişdir.

2. Yuxarı mənzildən suyun axıdılması nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən * saylı evin ** saylı mənzilin bir ədəd yaşayış otağı tikilisinin, mətbəx, dəhliz və balkon tikilisinin döşəmə, divar və tavanında su sızma izlərinin və qüsurların olduğu, yaranmış qüsurlar yuxarıda ətraflı gösterilmişdir. Mənzilə dəymiş zərərin aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir.

43. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

44. Beləliklə, ekspert rəyindən də göründüyü kimi, “xxxx” MMC-nin mütəxəssis rəyinə əlavə edilmiş smetada göstərilən işlər və materiallar məhz ** saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin tam həcmdə aradan qaldırılması üçün tələb olunan zəruri işlərin siyahısını və həcmini əks etdirir.

45. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən * saylı evin ** saylı mənzilə suyun üst mərtəbədə yerləşən Cavabdeh məxsus ** saylı mənzildən axıdılması və bunun nəticəsində onun mənzilinə və əşyalarına (xalçalar, yumuşaq mebel dəsti və televizor) ziyan dəyməsi, dəymiş ziyanın dəyəri 5894 (beş min səkkiz yüz doxsan dörd) manat məbləğ təşkil etməsi iş materiallarında olan sübutlarla olunur.

46. Məhkəmə kollegiyası xxxx” MMC tərəfindən verilən ## ###### 2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutun təqdim edilməməsini, onun hazırlanma metodologiyasını, bazar təhlilinə əsaslanmasını, analoji obyektlərin müqayisəli təhlilini və rəyin əsaslandırma hissəsinin dolğunluğunu, nəzərə alaraq hesab edir ki, qeyd olunan rəy vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməlidir.

47. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. 49.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 50 Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya mərhələsində ödədiyi vəkil xərci iddiaçının özünə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat dövlət büdcəsinə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyərini 300 manat dövlət büdcəsinə aid edilsin. Iddiaçının vəkillə təmsil olunması ilə əlaqədar çəkdiyi xərc iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar