Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7028/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.İddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin qərardaddan İddiaçı İB şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın qəbul edilməsi üçün gəlinmiş nəticə qanuni deyil. Xəzər Rayon Məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmənin müqavilənin 5-cu paraqrafının müddəasını iddiaçının vəzifəsi kimi müəyyən etməsi əsassızdır. İddiaçı olaraq mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə tam haqlı olmuşlar. Xəzər Rayon Məhkəməsindən başqa heç bir məhkəmə tərəflər arasında olan müqavilənin 5.2-ci maddəsini əsas gətirərək iddia ərizələrini geri qaytarmır. Həmçinin nədənsə Məhkəmənin bu mövqeyini İddiaçı İB-nin cavabdeh olduğu işlərdə müşahidə olunmur. Yəni, Birliyin cavabdeh olduğu işlərdə nədənsə istehlakçılar tərəfindən müqavilənin qeyd olunan müddəasına əməl olunub-olunmadığı araşıdrılmır və bir mənalı olaraq istehlakçılar tərəfindən verilmiş iddia ərizələrinə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktları qəbul edilir. Lakin, İddiaçı İB-nin iddiaçı olduğu işlərdə məhkəmə fərqli mövqe nümayiş etdirərək iddia ərizələrimizi geri qaytarır. Belə olan halda hüququn ali prinsiplərindən olan qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozulmuş olur. Məhkəmə həmçinin qərardadda qeyd etmişdir ki, iddia ərizəsini etibarnamə əsasında ona imza səlahiyyəti verilmiş X1 imzalamış, lakin bu etibarnaməni verən hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan şəxs barəsində məlumatları əks etdirən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinin buna əsaslanaraq geri qaytarılmasını da əsassızdır. Bununla əlaqədar xüsusilə vurğulanmışdır ki, hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan şəxs barəsində məlumatları əks etdirən sənədləri dəqiqləşdirmək üçün sadəcə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına müraciət etmək kifayətdir. Belə ki, qeyd olunan saytın elektron xidmətlər bölməsində Kommersiya qurumlarının dövlət reyestri barədə məlumatların verilməsi hissəsini seçməklə Birliyə aid VÖEN-i daxil edərək (bütün iddia ərizələrimizdə VÖEN qeyd olunur) İddiaçı İB-nin kommersiya qrumu kimi Nizamnaməsinə əsasən qeydiyyata alındığını və bu qrumun qanuni təmsilçisinin kim olduğunu müəyyən etmək mümkündür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2241/2020 saylı qərardadından iddiaçının verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun tutulmasını xahiş etmiş, lakin iddiaçı borcun ödənilməsini cavabdehə təklif etməmişdir. Halbuki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci maddəsinə əsasən həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə birbaşa yaranmış mübahisənin məhkəməyə qədər nizama salınması öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsini etibarnamə əsasında ona imza səlahiyyəti verilmiş X2 imzalamış, lakin, bu etibarnaməni verən hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan şəxs barəsində məlumatları əks etdirən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərsə də, tərəflər arasında münasibətləri tənzimləyən maddi normaya əsaslanmamış, iddia ərizəsinin geri qaytarılmasının maddi əsasını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndinə əsasən, tərəflər arasında bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Kollegiya hesab edir ki, müqavilənin qeyd edilən şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin istinad olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya – yazılı təklif və ta etiraz göndərmək vəzifəsi qoymur. Yaranmış vəziyyətdə iddia ərizəsinin pretenziya qaydasına riayət olunmamasına istinadla iddia ərizəsinin geri qaytarılmasına prosessual əsas olmamışdır. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mülki-prosessual hüquq normalarının tələblərini pozmuş, bunula da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7028/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7028/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver