Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7028/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(010)-1303/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən (Xətai filialı) BPM **********60 saylı, 15-11- 2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc 7000 manat, faiz borcu 2110,01 manat, cəmi 9110.01 manat kredit öhdəliyinin tərəfindən icrasını nəzərə alıb, həmin pulun 1/2 hissəsinin yəni 4555.005 manat pulun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat, maddi zərərin əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(010)-1303/2021 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasının təmin ediməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya instansiya məhkəməsində olarkən 14.07.2021-ci il tarixdə məhkəməyə Veysəlova (Şükürova) Şahanə Mirzə qızının apellyasiya şikayəti daxil olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Təqdim edilmiş apellyasiya şikayətinin surətindən görünür ki, cavabdeh/iddiaçı Veysəlova (Şükürova) Şahanə Mirzə qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(010)-1303/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayət 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, hazırki mülki işin apellyasiya baxışı zamanı yuxarıda qeyd edilən qətnamədən narazı qalan cavabdeh/iddiaçı Veysəlova (Şükürova) Şahanə Mirzə qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün, mülki iş apellyasiya baxışından çıxarılmalı və baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(010)- 1303/2021 nömrəli qətnaməsindən Veysəlova (Şükürova) Şahanə Mirzə qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7028/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7028/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver