Məhkəmə qərarları › İş №2(103)-7030/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7030/2023

17.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7030/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(001)-5171/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(001)- 5171/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi Vəkil2 mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(001)-5171/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyat DİN tərəfindən həyata keçirilməkdədir və mahiyyətcə DİN yaşayış yeri üzrə qeydiyyatı həyata keçirən orqan olduğundan həmin qurum tərəfindən verilən arayış elektron məhkəmə informasiya sistemində nəzərdə tutulan məlumatdan daha mötəbər hesab edilməlidir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(001)- 5171/2023 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən hazırki iddia ilk olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılmış, lakin həmin məhkəmənin 28 iyul 2023-cü il tarixli qərardadına əsasən, cavabdeh ünvan 4 ünvanında qeydiyyatda olduğundan birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılmalı olması qənaətinə gəlmiş və iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaya aidiyyət qaydaları baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün hər hansı əsas yoxdur. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehin yaşayış ünvanı ünvan 5n birinci instansiya məhkəməsi əsaslı olaraq vəsatəti təmin etməyərək işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətini təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(001)-5171/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(001)- 5171/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar