Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7040/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-128/2022 saylı işi üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı dəymiş maddi zərərin 3300 manat hissəsinin cavabdeh Dövlət Sığorta Kommerisya Şirkətindən, qalan 5830 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 5860 manat isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-128/2022 saylı işi üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Sığorta ödənişi kimi 3167 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 11 manatı, cəmi 3178 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, iddianın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə digər hissədə və digər cavabdehlərə münasibətdə tam şəkildə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 65 manatı İddiaçı, 35 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(006)-128/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması və iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 56.05 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir. Mülki Kollegiyasının iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və digərlərinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mübahisə məhkəmədən kənar danışıqlar yolu ilə həll olunmuşdur.Bu səbəbdən hazırki iş üzrə iddiadan imtina edir, həmçinin iç üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsaitin bütünlükdə tərəfindən ödəniləcəyini bildirir və bu iş üzrə cavabdehlərə qarşı gələcəkdə heç bir iddiası olmayacaqdır. Məhkəmə Kolegiyasının iclasında iştirak edən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 mübahisənin məhkəmədən kənar barışıqla həll etdiklərini bildirmiş və iddiadan imtinanın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Mülki Prosesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətin qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384.0.4, 402-406ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-128/2022 saylı işi üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsindən imtina qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7040/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7040/2022
05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver