Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7042/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə ("xxxx" KB ASC və Xəzər rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il və xx.xx.2023- cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu Fuad Səfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişləri etibarsız hesab edilmiş, İddiaçı "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-978 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi etibarsız edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat cavabdeh (ikinci iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Kommersiya Bankı» ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh "xxxx" KB ASC qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri kimi qeyd etmişdir ki, “İpoteka haqqında” AR Qanununda edilmiş 1439-VDQ nömrəli xx.xx.2018-ci il tarixli dəyişiklikdən sonra ipoteka predmetinə tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə yalnız notariusun icra qeydi əsasında həyata keçirilir. Yəni, “İpoteka haqqında” AR Qanununa edilmiş xx.xx.2018-ci il tarixli dəyişiklik qüvvəyə minəndən sonra ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə artıq ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququ yoxdur. Yəni “İpoteka haqqında” AR Qanununun tələbinə görə ipoteka predmetinə tutmanın yalınız notariusun icra qeydi əsasında həyata keçirilməsi mümkündür.
5. İddiaçıya "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, daha sonra isə icra qeydinin aparılması üçün müraciət edilmişdir. Lakin notarius icra qeydinin aparılmasından imtina etmiş və imtinanın səbəbi kimi göstərilmişdir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməmişdir. Daha sonra isə onlar tərəfindən AR DİN-dən MAPS arayışı alınmış və məlum olmuşdur ki, iddiaçı qeydiyyat ünvanını dəyişmişdir. Odur ki, xx.xx.2023-cü il tarixində İddiaçı yeni qeydiyyat ünvanına Bakı şəh., Mərdəkan qəs., R.Cəfərov küç.,ev 38-ə və ipoteka predmeti olan Bakı şəh., Mərdəkan qəs.,ev 10/8-ə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Bildirişlər “ünvanda yaşamır”, “ünvanda yaşamır və qohumu da qəbul eləmir” və “imtina” qeydləri ilə xx.xx.2023-cü il tarixində geri qaytarılmışdır. Bildirişlər xx.xx.2023-cü il tarixində poçta təqdim olunduğundan qeyd olunan maddələrə əsasən, 5 gün keçdikdən sonra-xx.xx.2023-cü il tarixində təqdim olunmuş sayılmış və xx.xx.2023-cü il tarixində icra qeydi aparılmışdır
6. Tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 (iki) hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub. xx.xx.2023-cü il tarixində poçta təqdim olunan bildirişlər 5 təqvim günü keçdikdən sonra xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim olunmuş sayılmış və xx.xx.2023-cü il tarixində dövlət qeydiyyat orqanında qeydə alınmışdır. İkinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində şikayət edilərək etibarsız hesab edilməyib. (Qanunu bilməmək məsuliyyətdən azad etmir (AR Konistitusiyası, maddə 72, İİİ hissə). Belə olan halda, tutmanın yönəldilməsi proseduru ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədiyi üçün 25 saylı Notariat ofisi tərəfindən öz səlahiyyətləri çərçivəsində tam qanuna müvafiq icra qeydi aparmışdır.
7. İddiaçı xx.xx.2023-cü il tarixində ona göndərilmiş bildirişlərdən bildiriş ona təqdim olunduqdan sonra 21 gün ərzində deyil, bir neçə ay keçdikdən sonra xx.xx.2023-cü il tarixində məhkəməyə şikayət verdiyi üçün həmin bildirişləri vaxtında mübahisləndirməmiş, bildirişləri mübahisələndirmək üçün nəzərdə tutulmuş 21 günlük müddəti ötürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli bildirişdən şikayəti qanununla nəzərdə tutulmuş müddəti ötürməklə verdiyindən onun iddiası təmin oluna və bildirişlər etibarsız sayıla bilməzdi.
8. Rayon məhkəməsi işə məhkəmədə baxılması üçün nəzərdə tutulmuş müddətlərə əməl etməmişdir. Belə ki, məhkəmə borcun mübahisəsiz olmasını müəyyən etmək məqsədilə buna heç bir əsas olmadan iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir. Halbuki notariusun icra qeydi aparılarkən borcun mübahisəsizliyi mühasibatlıq ekspertizası ilə deyil, yuxarıda da qeyd etdiyi kimi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş sənədlərin notariusa təqdim edilməsi ilə müəyyən olunur. İş ekspertizaya daxil olduqdan sonra çox qısa vaxt cəmi 17 gün ərzində, hesabdan çıxarış olmadan tərtib olunmuş əsassız ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertizanın təyin olunması barədə tərəflərindən əsaslandırılmış vəsatət verilmişdir. Vəsatətləri təmin olunmamışdır. Qətnamənin “c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə” hissəsindən də aydın olur ki, məhkəmə borcun mübahisəzliyini təsdiq edən hal kimi mühasibatlıq ekspertizasının rəyini deyil, iddiaçının "xxxx" KB ASC-yə ünvanlandığı ərizələri əsas götürülmüşdür. Əgər borcun mübahisəsiz olmasını təsdiq edən hal kimi mühasibatlıq ekspertizasının rəyi əsas götürülməli deyildisə, məhkəmə nəyə görə işi mühasibatlıq ekspertizasına göndərmişdir. Bununla da məhkəmə işə baxılması müddətini əsassız olaraq uzatmışdır.
9. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi S.Məmmədov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, “İpoteka haqqında” AR Qanununa edilmiş dəyişiklikdən sonra tələbin əmlaka yönəldilməsi yalnız notariusun icra qeydi əsasında həyata keçirilir. Həmçinin bildirdi ki, onların məhkəməyə verdikləri eyniməzmunlu, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizələri məhkəmələr tərəfindən bunun icra qeydi əsasında həll edilməsi əsası ilə geri qaytarılır. Hazırkı işdə onlar tərəfindən tutmanın ipotekaya yönəldilməsi barədə bildiriş qanunla müəyyən edilmiş müddətlərdə borclunun ünvanına göndərilmişdir. Poçt vasitəsilə göndərildikdə 5 gün, elektron üsulla göndərildikdə isə 3 gün müddətində bildiriş artıq təqdim edilmiş sayılır. xx.xx.2023-cü il tarixdə borclu qeydiyyat ünvanını dəyişmişdir. Onlar hər iki ünvan üzrə bildirişlər göndərmiş, 24.01.23cü il tarixdə çatmışdır. İddiaçı təqdim edilmiş bildirişlərin etibarsızlığını 21 gün ərzində mübahisələndirməmişdir. Belə olan halda onlar tərəfindən hər hansı pozuntuya yol verilmədiyindən Notariat Ofisi tərəfindən qanunauyğun qaydada icra qeydi aparılmış, lakin məhkəmə tərəfindən bütün bildirişlər etibarsız sayılmışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız ünvan 2 ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
12. «Borcverən» qismində "xxxx" KB ASC-nin Nərimanov filialı ilə «Borcalan» qismində İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 180 ay müddətinə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə, illik 16% ödəmək şərti ilə 125.000 ABŞ dolları məbləğində kredit vermişdir.
13. «Kreditor-İpoteka saxlayan» qismində "xxxx" KB ASC-nin Nərimanov filialı ilə «Alıcı-İpoteka qoyan» qismində İddiaçı və «Satıcı» qismində X5 (etibarnamə əsasında X6 çıxış edir) arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 07DİKi/07 No-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən «Satıcı» X5 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi sahə ünvanında yerləşən 0.068267 ha torpaq sahəsini və üzərində yerləşən 10/8 nömrəli 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 431,7 kv.m., o cümlədən yaşayış sahəsi 117,7 kv.m. olan fərdi yaşayış evini «Alıcı-İpoteka qoyan» İddiaçı mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 135.360 manat (ABŞ dolları ekvivalent 160.000), mənzilin dəyərinin 27.072 manat (ABŞ dolları ekvivalent 32.000) «Alıcı-İpoteka qoyanı»ın özü tərəfindən, 128.000 ABŞ dolları (AZN manat ekvivalent 108.288) isə «Kreditor-İpoteka saxlayan» "xxxx" KB ASC-nin Nərimanov filialı tərəfindən xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən «Alıcı- İpoteka qoyan»a verilmiş kredit vəsaiti hesabına ödənilir. «Alıcı-İpoteka qoyan» satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla «Kreditorİpoteka saxlayan» arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07DİK/07 №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi «Kreditor-İpoteka saxlayan»a ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər ay 1880 ABŞ dolları məbləğində bərabər hissələrlə ödənilir. X9 tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə rəyinə əsasən, daşınmaz əmlakını 160.000 ABŞ dolları dəyərində qiymətləndirilir.
14. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanında mülkiyyətində olan 0.068267 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 6 otaqlı, 117,7 kv.m. yaşayış, 314 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6695 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 10/8 fərdi yaşayış evi və 0,068267 ha torpaq sahəsi 07DİK/07 nömrəli kredit müqaviləsinə əsasən 180 ay müddətinə ipoteka müqaviləsi üzrə "xxxx" KB ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
16. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 79.135,73 ABŞ dolları əsas, 5.801,57 ABŞ dolları faiz, cəmi 84.937,3 ABŞ dolları borcu təşkil edir.
17. İddiaçı tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ərizə ilə banka müraciət etsə də, heç bir cavab verilməmişdir. Belə ki, onunla "xxxx" KB ASC arasında xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi əsasında ona 128.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı olaraq aralarında ipoteka müqaviləsi bağlanılmış və mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə tərəfindən bu günədək 278.000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Banka ödəməli olduğu cəmi məbləğ isə 338.000 ABŞ dollarıdır. Göründüyü kimi, banka 60.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin hal-hazırda banka yaxınlaşaraq ona təqdim edilmiş maliyyə arayışına əsasən güya onun sözügedən kredit müqaviləsi üzrə 79.135,73 ABŞ dolları əsas borc və 4.605,45 ABŞ dolları faiz borcu olmaqla cəmisi 83.741,18 ABŞ dolları məbləğində borcu vardır. Halbuki, sözügedən borc məbləği şişirdilmiş, qanunsuz olaraq faizə faiz hesablanmış və onun tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır, ödənişlər ödəniş qrafikinə uyğun olaraq əsas borcun ödənilməsinə deyil, faizlərin və faizə hesablanmış əlavə faiz və dəbbə puluna silinmişdir. xx.xx.2021-ci ildən ödənişlər ancaq faizlərə silinmişdir. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsi üzrə qalıq 60.000 ABŞ dolları borcun ödənilməsi üçün əlavə olaraq 1 il müddətində vaxt verilməsi və borcun ödənilməsi üçün yeni qrafik açmaqla restrukturizasiya edilməsi bankdan xahiş edir. Belə ki, hazırda maddi vəziyyəti aşağı olduğuna görə sözügedən məbləği birdəfəlik və tam ödəyə bilmir. Əsər Bank tərəfindən razılıq olmazsa, əsassız olaraq hesablanmasının davam etdirilməsi onun maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaqdır. Bu isə bank tərəfindən qəsdən onun vəziyyətinin ağırlaşmasına və borcun şişirdilməsinə səbəb olacaqdır. Yuxarıda göstərilənləri əsas gətirərək "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsinə dəyişiklik və əlavə edilməsini, müqaviləyə dəyişiklik edilərək qalıq 60.000 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün ona 1 il vaxt verməklə, restrukturizasiya edilməsini, borcun ödənilməsi üçün əlavə olaraq 1 il müddətində vaxt verilməyəcəyini təqdirdə bank tərəfindən əsassız olaraq faizlərin artmasının qarşısının alınması məqsədilə «borcun tutulması və borcun əmlaka yönəldilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsini və əsas borca faiz hesablanmasını dayandaralmasını bankdan xahiş etmişdir.
18. "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclu İddiaçı barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd – xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən İddiaçı 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilməməsi nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD təşkil edir. Borc 20 gün müddətində ödənilmədiyi halda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.
19. "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91- 10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5.801,57 USD, cəmi 84.937,3 USD təşkil edir. Borc 21 gün müddətində ödənilmədiyi halda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Bu zaman yuxarıda göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulu da tələb ediləcək.
20. «Qarant Poçt» sürətli poçt daşıma xidmətinin xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanına və ünvan 4dir. Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvana göndərilmiş bildirişlər «ünvançı tapılmadı» qeydi ilə xx.xx.2022-ci il tarixdə geri qaytarılmış, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 120 ünvana göndərilmiş bildirişlər xx.xx.2022-ci il tarixdə «Hacılı» soyadlı vətəndaş qəbul etmişdir.
21. "xxxx" KB ASC tərəfindən Azəbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91- 10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD məbləğində banka borcu yaranmışdır. «İpoteka haqqında» AR Qanunun 34 və 36cı maddələrinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişdir.
22. "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclu İddiaçı barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd – xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən İddiaçı 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilməməsi nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD təşkil edir. Borc 20 gün müddətində ödənilmədiyi halda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.
23. «Qarant Poçt» sürətli poçt daşıma xidmətinin xx.xx.2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 38 ünvanına və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanına bildirişlər göndərilmiş, həmin bildirişlər «imtina» və «bu ünvanda yaşamır» qeydləri ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.
24. "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5.801,57 USD, cəmi 84.937,3 USD təşkil edir. Borc 21 gün müddətində ödənilmədiyi halda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Bu zaman yuxarıda göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulu da tələb ediləcək.
25. «Qarant Poçt» sürətli poçt daşıma xidmətinin xx.xx.2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanına və ünvan 6ilmiş, həmin bildirişlər «bu ünvanda yaşamır» və «bu ünvanda yaşamır qohumu da qəbul eləmir» qeydləri ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.
26. "xxxx" KB ASC tərəfindən Azəbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91- 10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD məbləğində banka borcu yaranmışdır. «İpoteka haqqında» AR Qanunun 34 və 36cı maddələrinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişdir.
27. Bakı şəhəri 25 saylı notariat ofisinin 8İ-978 reyestrli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməlidir (öhdəliyi müəyyən edən 07DİK/07 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 79135,73 USD əsas borc, 5801,57 USD faiz borcu olmaqla, cəmi tutulmalı olan məbləğ 84937,30 USD təşkil edir). Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır.
28. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5457 saylı, 04 avqust 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə olan əsas borcu 78.447,04 ABŞ dolları, faiz borcu 5.706,17 ABŞ dolları, cəmi 84.153,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat»
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X3 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
163. Notarius icra qeydi apararkən borcun tutulmasını əsaslandırmaq üçün borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilmiş sənədlərin təqdim olunmasını tələb edir. 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı»nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Tətbiq edilən prosessual hüquq normaları:
29. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh "xxxx" KB ASC -nin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" KB ASC-nin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Kollegiya tərəfindən müəyyən olundu ki, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 180 ay müddətinə xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİKi/07 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 10/8 ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı kredit müqaviləsi üzrə banka olan əsas borcu 79.135,73 ABŞ dolları, faiz borcu 5.801,57 ABŞ dolları, cəmi 84.937,3 ABŞ dolları təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Bank tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişləri göndərilmiş, bildirişlər müvafiq qeydi ilə geri qaytarılmışdır. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş, iddiaçı müvafiq müddət ərzində bildirişdən şikayət etməmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydi aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçının banka xx.xx.2022-ci il tarixə olan əsas borcu 78.447,04 ABŞ dolları, faiz borcu 5.706,17 ABŞ dolları, cəmi 84.153,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, banka ödəməli olduğu 338.000 ABŞ dollarından o, 278.000 ABŞ dolları məbləğində ödəniş etmiş, Covid-19 pandemiyası və iqtisadi çətinliklərlə əlaqədar 60.000 ABŞ dolları borcu qalmışdır. Hazırda iddiaçı bankın xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, rayon məhkəməsi tərəfindən iddia tələbləri təmin edilmişdir.
33. Həmin qətnamə ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində göndərilmiş bildirişlərin heç bir hüquqi qüvvəsi olmamışdır və xx.xx.2023-cü il tarixli icra qeydi həmin bildirişlər əsasında deyil, xx.xx.2023-cü il tarixli bildirişlər əsasında aparılmışdır.
34. Kollegiya həmin dəlillə bağlı bildirir ki, cavabdeh "xxxx" KB ASC apellyasiya şikayətində qeyd edir ki, onun tərəfindən xx.xx.2022-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, daha sonra isə icra qeydinin aparılması üçün müraciət edilmiş, lakin notarius icra qeydinin aparılmasından imtina etmiş və imtinanın səbəbi kimi göstərilmişdir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməmişdir.
35. Kollegiya bununla bağlı bildirir ki, iddiaçı birinci dəfə xx.xx.2022-ci il tarixində verilmiş bildiriş əsasında icra qeydinin aparılmasından notarius tərəfindən imtina edildiyindən məlumatlı olmamışdır. Həmin bildiriş əsasında da notarius tərəfindən icra qeydi verilməsindən imtina olunduğundan qətnamə ilə həmin bildirişin əhəmiyyətsiz hesab edilməsi mahiyyət etibarı düzgün olmuşdur, bu baxımdan apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
36. Cavabdeh bankın apellyasiya şikayətinin digər dəlili isə iddiaçı tərəfindən mübahisələndirilən icra qeydinin qanunun tələblərinə uyğun verilməsi, iddiaçının ikinci bildirişi aldıqdan 21 gün müddətində məhkəməyə şikayət etməməsi ilə bağlıdır.
37. İddiaçı həmin dəlillə bağlı məhkəməyə ağılabatan izah vermiş, bildirmişdir ki, o ilkin olaraq belə güman etmişdir ki, tutmanın ipoteka predmetinə yöndəldilməsi proseduru məhz xx.xx.2023-cü il tarixli bildiriş əsasında başlamışdır, ona görə də o, ilkin olaraq bankın xx.xx.2022-ci tarixli bildirişlərinin mübahisələndirilməsinə dair Nəsimi Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə iddia qaldıraraq onu mübahisələndirmişdir. Məhkəmənin gedişində tutmanın ipoteka predmetinə yöndəldilməsi prosedurunun xx.xx.2023-cü il tarixli bildiriş əsasında başlanması məlum olmuş, ona görə də, o, Nəsimi Rayon Məhkəməsində bildirişlərin etibarlılığını mübahisələndirməklə yanaşı, Xəzər Rayon Məhkəməsində Bakı şəhəri 25 saylı Notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli icra qeydini də mübahisələndirmişdir.
38. Belə olan halda, iddiaçının bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişin verilməsindən məlumatlı olub onu vaxtında mübahisələndirməməsi ilə bağlı apellyatorun dəlilləri ağılabatan və inandırıcı görünmür.
39. Məhkəmə Kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsindəki poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildirişin onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılması barədə qeyd edir ki, həmin qayda bildirişlərin qeyd edilən şəxslərə mütləq qaydada çatdırılmasını ehtiva edir, 5 və 3 təqvim günü kimi müddətlərin müəyyən edilməsində güdülən məqsəd isə ipoteka qoyanlar tərəfindən sui-istifadələrin qarşısını almaqdır. Hazırkı halda da nə qədərki, xx.xx.2022-ci il tarixli birinci bildirişləri israrlı şəkildə mübahisələndirən iddaçının ikinci bildirişlə bağlı hüquqdan sui-istifadəsi istisna olunur, həmçinin həmin bildirişlərin ona çatdırılmadığını da müəyyən edir.
40. Kollegiya qeyd edir ki, mülki iş materiallarından məlum olur ki, iddiaçı və bank arasında ipoteka müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır. İpoteka predmetinə tutma yönəldilməsi tələbi ilə artıq ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququnun olmaması barədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik isə 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir.
41. Həmin dəyişikliyə əsasən, ipotekasaxlayan tərəfindən ipotekaya tutmanın yönəldilməsinin yalnız icra qeydi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
42. Hazırkı halda bankın rayon məhkəməsinə verdiyi izahat və apellyasiya şikayətinin dəlillərindən, apellyasiya icraatı zamanı nümayəndənin verdiyi izahatlardan da müəyyən olunur ki, bank hazırda tutumanın ipotekaya yönəldilərkən məhz “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda 28 dekabr 2018-ci il tarixli dəyişikliyə istinad edərək, ipoteka saxlayan tərəfindən tutmanın ipotekaya yönəldilməsinin icra qeydi qaydasında həyata keçirdiklərini bildirmişlər. Həmçinin nümayəndə bildirdi ki, onların məhkəməyə verdikləri eyniməzmunlu, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizələri məhkəmələr tərəfindən bunun icra qeydi əsasında həll edilməsi əsası ilə geri qaytarılır.
43. Belə olan halda məlum olur ki, 28 dekabr 2018-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklik ipoteka qoyanlara münasibətdə onların hüquqlarını əvvəlki həmin dövrdə olan qanunun tələbləri baxımından əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Çünki bu dəyişikliyə qədər borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi məhkəmə qaydasında həyata keçirilirdi ki, bu vaxt ipoteka qoyanlar həm tələb olunan məbləğin (əsas, faiz, dəbbə daxil olmaqla) mübahisələndirmək, həm də ipotekanın ilkin satış qiymətini mübahisələndirmək imkanına malik olurdular. Demək ki, ipoteka qoyanlara münasibətdə yeni qaydalar əvvəlkinə nisbətən hazırkı halda ipoteka qoyanların hüquqlarının qorunmasına münasibətdə əhəmiyyətli dərəcədə fərqli qayda müəyyən etmişdir.
44. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
45. Göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsinin bağlanması vaxt qüvvədə olan qanuna əsasən, ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququ olduğundan və məhkəmə təcrübəsinə əsasən də tutmanın ipotekaya yönəldilməsi məhz məhkəməyə müraciət qaydasında həll edildiyindən xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən, isə bu hüquq aradan qalxdığından Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən, xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən, tətbiq edilən qaydalar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi iddiaçı və bank arasında ipoteka münasibəti xx.xx.2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən dəyişiklikdən öncə yəni xx.xx.2007-ci il tarixdə yaranmışdır.
46. Beləliklə, apellyasiya şikayətinin dəlillərini araşdıran Kollegiya belə qənaətə gəlir ki, cavabdeh "xxxx" KB ASC-nin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır, formal mülahizə xarakterlidir, ona görə də təmin edilə bilməz. Rayon məhkəməsi mahiyyət üzrə düzgün qənaətə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
47. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələblərini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh "xxxx" KB ASC-nin özünə aid edilməlidir.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" KB ASC-nin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.