Məhkəmə qərarları › İş №2(103)-7046/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7046/2025

11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7046/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullyaeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4410/2025 nömrəli 24 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. **********00590 abonentin 2025-ci ilin aprel ayının sonu üçün 17827.07 manat məbləğində borc olmuşdur. Qeyd edilən borcun 5465.38 manat olan hissəsi 2022-ci ilin sonu üçün, 5140.80 manat olan hissəsi 2024-cü ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc məbləğindir. Bundan əlavə sözügedən saldodan görünür ki, cavabdehin qalıq və aktlar üzrə olan borcundan əlavə 2022-ci ilin sonu üçün 200.08 manat sərfiyyat borcu, 8.72 manat həmin il üçün yeni tarix keçidi ilə əlaqədar borc, 242.12 manat 2023-cü ilin sonu üçün sərfiyyat borcu 24.08 manat həmin il üçün yeni tarif keçidi ilə əlaqədar borc, 78.13 manat 2024-cü ilin sonu üçün sərfiyyat borcu olduğu müəyyən edilir. Qeyd edilən sərfiyyat borcundan 2023-cü ilin sonu üçün 25, 2024-cü ilin sonu üçün isə 35 manat ödəniş edilmişdir.

2. Təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2928,96 manat, xx.xx.2024cü il tarixli ******* saylı akt əsasında 4406,40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 210,56 manat; cəmi 10 811,84 (on min səkkiz yüz on bir manat 84 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən Cavabdeh 1476 manat dəymiş zərər, 465.64 manat debitor borc olmaqla, cəmi 1941.64 manat məbləğində borc və 39.41 manat dövlət rüsumu, ümumilikdə 1981.05 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilməsi qərara alınmışdır.

4. İnzibati xəta haqqında MN seriyalı, xx.xx.2025-cü il tarixli, ******* nömrəli protokoldan və İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli Qərardan görünür ki, xx.xx.2025- ci il tarixli, ******* nömrəli akta əsasən Cavabdeh AR İXM –nin 282.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. **********06 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 124.24 manat ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 10811,84 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 601,59 manat və 124,24 (manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11 537,67 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində D4556 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0590 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2928,96 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 4406,40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 210,56 manat (video çəkilişi), cəmi 10 811,84 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin yanvar-fevral, may, sentyabr-dekabr ayları üzrə 200,08 manat sərfiyyat borcu və limitdən əlavə 8,72 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 4,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 242,12 manat sərfiyyat borcu və limitdən əlavə 24,08 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar, martdekabr ayları üzrə 103,56 manat sərfiyyat borcu, 2025-ci ilin fevral-aprel ayları üzrə 78,13 manat sərfiyyat borcu, cəmi 661,59 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin yanvar ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 60 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 601,59 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 11 413,43 manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2021-ci ilin dekabr ayınadək 1981,05 manat vəsaitin tutulması barədə xx.xx.2022-ci il tarixli, e2(008)-6111/2022 saylı Birliyin xeyrinə qətnamər cıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4410/2025 nömrəli 24 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasında yazılmış 540 manat borc, 596.69 manat debitor borcu və 31.37 manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3).

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, ə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktına əsasən 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasına 725,76 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən aktların düzgünlüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız ilk akt üzrə- xx.xx.2022-ci il tarixli, 4500 kubmetr olduğu müəyyyən olunmuşdur. 4500 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 540 manat məbləğində təmin edir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2928,96 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 4406,40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 210,56 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə tutula bilməz. Bundan sonra məhkəmə iddia tələbinin 601.59 manat məbləğində debitor borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus saldodan cavabdehin 2022-ci ilin sonu üçün 200.08 manat sərfiyyat borcu, 8.72 manat həmin il üçün yeni tarif keçidi ilə əlaqədar borc, 242.12 manat 2023-cü ilin sonu üçün sərfiyyat borcu, 24.08 manat həmin il üçün yeni tarif keçidi ilə əlaqədar borc, 103.56 manat 2024-cü ilin sərfiyyat borcu, 78.13 manat 2024-cü ilin sonu üçün sərfiyyat borcu, cəmi 656.69 manat sərfiyyat borcu olduğu müəyyən edilir. Qeyd edilən borcdan 2023-cü ildən 2024-cü iliin sonunadək cəmi 60 manat pödəniş olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sərfiyyat borcu hissəsində 596.69 manat hissədə təmin edilməlidir. (200.08+8.72+242.12+24.08+103.56+78.13=656.69 manat-60 manat =596.69 ) Bundan başqa məhkəmə iddia tələbinin 2021-ci il üçün uçotu pozulmuş qaz sərfin 4,90 manat sərfiyyat borcunun tutlması hissəsinə münasibət bildirərək qeyd dir ki, sözügedən borcun mövcud olmasını təsdiq edən sənədlər mükli iş matriallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

9. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” qanunun 6.2-ci, 6.5-ci, 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edirlər ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. .9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:

Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirilərək iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçı iddia tələbinin xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2928,96 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 4406,40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 210,56 manat borcun tutulması hissəsini mübahisələndirərək həmin hissələrin də təmin edilməsini xahiş edir.

24. Lakin sözügedən aktların xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyini və istehlakçının məsuliyyətə cəlb edilmədiyini nəzərə aldıqda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən aktlar əsasında yazılmış cərimənin tutula bilinməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

25. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Bu halda, məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qanunsuz qoşulma ilə bağlı foto-şəkillərin bir çoxunda tarix qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdehin qəbul və imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən qazın talanması məqsədilə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzərə alınmalı olan qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmamışdır. Həmçinin istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış borc ağlabatan deyildir.

26. Belə ki, iddiaçı tərəfindən "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu qüvvəyə mindikdən sonra (xx.xx.2022-ci il) qanunsuz qoşulma halları ilə bağlı xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı aktlar tərtib edilsə də, qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Lakin, iddiaçı Qanunun bu tələbini icra etməmiş və sənədləri məhkəməyə təqdim etməmişdir.

27. Halbuki qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2022-ci il tarixdən sonra tərtib edilmiş aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissələrdə iddianı təmin etməmiş və belə olan halda da ekspertiza keçirilməsinə də zərurət qalmır.

28. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı özünə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4410/2025 nömrəli 24 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar