Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7054/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh Fərəməz oğluna və «Sədərək» firmasına qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh Fərəməz oğluna və «Sədərək» firmasına qarşı «kredit borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)- 29/2019 saylı qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı və Cavabdeh Fərəməz oğlu apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Fərəməz oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün (apellyasiya şikayətinin qanunla müəyyən olunmuş prosessual müddətin ötürülməsi ilə verilməsi) hesab edilmişdir. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-29/2019 saylı qərardadı ilə Cavabdeh Fərəməz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. Sonradan Cavabdeh Fərəməz oğlu prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, ərizə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-29/2019 saylı qərardadı ilə təmin edilərək, mülki iş həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasışikayətinəzərdənkeçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinin tələbinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Əks halda, müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxıla bilməz. İşdən isə görünür ki, Cavabdeh Fərəməz oğlu prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, müvafiq apellyasiya şikayətini ərizəsinə əlavə etməmişdir. Halbuki, həm prosessual müddətin bərpa edilməsi barədə ərizədə, həm də qeyd olunan ərizənin təmin edilməsi barədə qərardadda nəzərdə tutulan apellyasiya şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-29/2019 saylı qərardadı qərardadı ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halı nəzərə almamış, mövcud olmayan (qaytarılmış) apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddəti bərpa etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə Cavabdeh Fərəməz oğluna münasibətdə apellyasiya qaydasında baxılması üçün əsas olmadığından, mülki iş yuxarıda qeyd olunan məsələnin həll edilməsi üçünBakışəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin məsələ həll edildikdən sonra işə İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti əsasında baxılabilər. Şərh olunanlara əsasən vəMPM-in263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh Fərəməz oğluna və «Sədərək» firmasına qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-29/2019 saylı qətnaməsindən Cavabdeh Fərəməz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7054/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7054/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver