Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7060/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pulun, 100 manat nümayəndəvəkilə hüquqi yardıma görə ödənilmiş xərcin və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixdə qaytarmaq şərtilə X1 yanında xx.xx.2018-ci il tarixdə iddiaçıdan 5000 manat borc pul almışdır. Həmin pulu alarkən yazılmış qəbzi Cavabdeh və Ə.Qasımov öz imzaları ilə təsdiq etmişlər. Dəfələrlə iddiaçı tələb etməsinə baxmayaraq həmin pulu cavabdeh ona verməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 5000 AZN məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsini qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iddiaçı və cavabdeh həmyerlidirlər, hazırda birinci Saatlıda, ikinci, yəni Cavabdeh isə Bakı şəhərində, Səbaıl rayonu ərazisində yaşayır. İddiaçı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur və müəyyən faizlə borca pul verməklə, əslində qanunsuz bank fəaliyyətini həyata keçirir. Bu günədək Saatlı Rayon Məhkəməsində İddiaçı borca verdiyi pulu tələb etməsinə dair çox saylı iddia ərizələrinə baxılmışdır. 2018-ci ilin fevral ayında ağır xroniki xəstəlikdən əziyyət çəkən Cavabdeh müalicəsi ilə bağlı pul vəsaitinə ehtiyacı olduğu üçün aldığı borcun üzərində əlavə olaraq ona 500 manat ödəmək şərtilə İddiaçı 1000 (min manat) borc pul almışdır. Eyni zamanda guya İddiaçı 1500 manat pul almasına dair əllə yazılmış qəbz vermiş, daha sonra pulu qaytaracağına təminat kimi özünə məxsus, təqaüdçü kartını ona vermişdir. İddiaçı Cavabdeh həmin kartından istifadə etməklə xx.xx.2018-ci il tarixdə 157 AZN, xx.xx.2018-ci il tarixdə 181 AZN, xx.xx.2018-ci il tarixdə 158 AZN və xx.xx.2018-ci il tarixdə 610 AZN, cəmi isə 1106 (bir min yüz altı) manat pul vəsaitini şəxsən özü, Saatlı şəhərindəki «Yeni Həyat» ticarət mərkəzindəki bankomatdan (ATM-dən) çıxararaq götürmüşdür. 2018-ci ilin iyul ayında sağlamlığı kritik vəziyyətdə olan Cavabdeh təcili olaraq Bakı şəhərinə. «X6» institutuna gətirildiyi üçün İddiaçı təqaüdçü kartını geri qaytarmışdr. Cavabdeh xəstəxanada 3 ay müalicə aldıqdan sonra, həyatına təhlükə sovuşduğu üçün evə buraxılmışdır. Bu yaxınlarda, Səbail rayon İcra şöbəsinin məmurundan Cavabdeh məlum olmuşdur ki, Səbail Rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 5000 manat məbləğində pul vəsaitinin, 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan keçirilmişdir və fikrimizcə iddiaçının saxtalaşdıraraq təqdim etdiyi qəbzi əsas tutan məhkəmə heç bir araşdırma aparmadan yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Analoji hərəkətlərə, yəni sübutları saxtalaşdırmağa borclu X5 barəsində də yol verdiyi üçün İddiaçı Saatlı Rayon Məhkəməsinin 1(017)-110/2019 saylı hökmü ilə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilmişdir. Beləliklə, göstərilənlər artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də müəyyən edilmişdir. Məhkəmə işin hallarını araşdırmadan və cavabdehin özünün, və ya nümayəndəsinin iştirakı təmin edilmədən keçirilən prosesdə İddiaçı maraqlarına üstünlük vermişdir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının sonuncu iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilən dəlillərdən fərqli olaraq bildirdi ki, ağır xəstə olduğu üçün yaddaşında pozulmalar olmuşdur. Hazırda isə iddiaçıya 5000 manat borcunun olduğunu qəbul edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək, cavabdehin özünün etirafını nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddianın təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh və Qasımov Əlibarat tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh Qasımov Əlibaratın şahidliyi ilə xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərtilə İddiaçı Şahid oğlundan 5000 AZN borc pul götürdüyünü və həmin məbləği xx xxxxxx 2018-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materialları və tərəflərin apellyasiya icraatı zamanı vermiş olduqları izahatdan müəyyən olunmuşdur ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməyərək, 5000 AZN məbləğində pul vəsaitini tərəflər arasında razılaşdırılmış müddətdə, yəni xx.xx.2018ci il tarixədək tam həcmdə borc verən İddiaçı Şahid oğluna qaytarmamış və üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında razılaşma ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, razılaşma üzrə yaranmış 5000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya icraatı zamanı izahatında iddiaçıya 5000 manat borcunun olduğunu etiraf etdiyindən apellyasiya şikayəti üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2774/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7060/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7060/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver