Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7064/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4811/2024 nömrəli 22 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.036,6 manat məbləğində vurmuş olduğu ziyanın tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə cavabdehlə şifahi müqavilə bağlamışdır. Bu müqavilə əsasında cavabdeh ona məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, 798C saylı sahədə 1 mərtəbəli ev tikməli idi. Ona görə o cavabdehə 14700 manat pul ödəmişdir. Lakin, evi təmir etmək istərkən müəyyən etdi ki, cavabdeh tərəfindən keyfiyyətsiz materialdan istifadə olunmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Ziyanın məbləğini ölçmək üçün Caspian Valuation qiymətləndirmə şirkətinə müraciət etdi, onların mütəxəssisləri tərəfindən xx.xx.2024-cü ildə CVN/S 03- 070/24 saylı rəy tərtib olunmuş və həmin rəydə ona dəymiş ziyanın məbləği 10.036.6 manat müəyyən olunmuşdur. Ona görə də həmin məbləği cavabdehdən tələb edir. Onu da əlavə etmək istəyir ki, o Qarabağ döyüşlərində iştirak etmiş, müharibə veteranıdır, yoldaşı Vaqiyə xanım da İ qrup əlildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4811/2024 nömrəli 22 noyabr 2024-cü il qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçının hazırki iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən hazırda pulun məbləği fərqli şəkildə qeyd edilsə də, tərəflər arasında yaranan mübahisənin predmetinin eyni olduğu aydın şəkildə müəyyən edilir. Göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 qızının Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı maddi ziyan ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin mülki iş üzrə iddiaçıların iddia tələbini Xəzər rayonu, Buzovna qəsəbəsində cavabdeh tərəfindən bağ evinin plana uyğun tikilmədiyinə görə iddiaçılara 4000 manat məbləğində maddi ziyan dəyməsi ilə əsaslandırılmışdır. Göründüyü kimi, hər iki işdə tərəflər, predmet və əsas eyni olmuşdur. Bundan əlavə, işdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı 4000 manat borcun tutulması tələbinə dair iddiası da rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən hazırda pulun məbləği fərqli şəkildə qeyd edilsə də, tərəflər arasında yaranan mübahisənin predmetinin eyni olduğu aydın şəkildə müəyyən edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4811/2024 nömrəli 22 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7064/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7064/2024
25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver