Məhkəmə qərarları › İş №2(103)-7066/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7066/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7066/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə Maraqlı şəxsin nümayəndəsi Bakıxanov Araz Tələt oğlunun iştirakı ilə, İddiaçılar X6, X4, X1, X5, X15, X3 Cavabdehnə qarşı mənzilə hüququn tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadından iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı, X11, X7, X12, X21, X10 Cavabdehnə qarşı mənzilə hüququn tanınması tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2005-ci il tarixli, 2-577/2005 saylı qətnaməsi ilə iddialar təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2005-ci il tarixli, 2-577/2005 saylı qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs, X13 və X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 27 yanvar 2005-ci il tarixli, 2(004)-577/2005 saylı qətnaməsi qəbul edildiyi anda ünvan 1 ünvanında yalnız üç mənzil olmuş həmin mənzillərin də mülkiyyətçiləri şikayətçilər olmuşlar. Buna baxmayaraq məhkəmə həmin evə X1 adına orderin verilməsini Cavabdehnə həvalə edilməsini qət etmişdir. Məhkəmə işə baxarkən onların hüquq və vəzifələrinə toxunan məsələyə onların iştirakı olmadan baxıb qərar çıxarmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-577/2005 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Maraqlı şəxs Yasamal rayon məhkəməsinin 2- 577/2005 saylı 08 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-577/2005 saylı qərardadı ilə Maraqlı şəxs şikayəti təmin edilməmiş, şikayət 2-577/2005 aylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir Bakı Apelyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(103)-8106/2020 saylı qərardadı ilə maraqlı səxs Maraqlı şəxs şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yaşama, rayon məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-577/2005 saylı qərardadı Maraqlı şəxs aid hissədə ləğv edilmiş, həmin hissədə apelyasiya mümkünlüyü məsələsi yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal rayon nəhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(004)-577/2021 saylı qərardadı ilə Maraqlı şəxs tərəfindən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2005-ci il tarixli, 2-577/2005 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar X16, X11, X7, X12, X21, X10 və Cavabdehn səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Maraqlı şəxs səlahiyyətli nüiayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh 28.03.2006-cı il tarixli 215 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza küçəsi, 38 saylı evin mənzil kirayəçisi Bakıxanov Tələt Sultan oğlunun ölümü ilə əlaqədar 2 otaqlı, sahəsi 36.4 kv.m olan mənzilin kirayə müqaviləsinin mərhumun arvadı Maraqlı şəxs Ələkbər qızı ilə bağlanması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli, **********80 saylı məktubuna əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv.m olan 2 saylı mənzil 21,05.2020-ci il tarixində ilkin olaraq Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh 08.04.2005-ci il tarixli 347 saylı sərəncamından görünür ki, Yasamal rayon məhkəməsinin 2-577/2005 saylı 27 yanvar 2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən bir otaqdan ibarət, yaşayış sahəsi 19.7 kv.m və mətbəxi 12.7 kv.m olan sahənin mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsinin X9 ilə bağlanması qərara alınmışdır. Göründüyü kimi tədqiq olunmuş sübutlarla X2 istifadəsinə verilmiş mənzillə Maraqlı şəxs mülkiyyətində olan mənzillərin ayrı-ayrı mənzillər olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2005-ci il tarixli, 2(004)-577/2005 saylı qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunması təsdiq edilmədiyindən onun tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarmaqla birinci instansiya məhkəməsi haqlı olmuşdur və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 31 mart 2021-ci il tarixli il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar