Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7069/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005) 3276/2014 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 15 avqust 2009-cu il tarixli 5173 saylı kredit müqaviləsinin ləğv edilməsi, 4.528,63 (dörd min beş yüz iyirmi səkkiz avro altmış üç sent) avro məbləğində əsas borcun, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 8.359,52 (səkkiz min üç yüz əlli doqquz avro əlli iki sent) avro məbləğində faiz borcu olmaqla və müqavilənin 5.2-ci bəndinə əsasən 990.47 (doqquz yüz doxsan avro qırx yeddi sent) avro məbləğində cərimə olmaqla, cəmi 13.778,62 (on üç min yeddi yüz yetmiş səkkiz avro altmış iki sent) avro məbləğinin və ödənilmiş 31 manat (30 manat dövlət rüsumu, 1 manat xidmət haqqı) dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(005) 3276/2014 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2009-cu il tarixli 5173 saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə 4.528,63 Avro məbləğində əsas, 8.359,52 Avro məbləğində faiz və 100 Avro məbləğində cərimə olmaqla, cəmi 12,988.15 Avro məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarı və dövlət rüsumu üçün ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı NBC bank» Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 və maraqlı şəxs X3 birgə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(005)-3276/2014 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 arxiv sənədləri ilə tanış olarkən məlum olur ki, "xxxx" məhkəmədən müştərək qaydada zaminlərdən və cavabdehdən pay nisbətində ümumi 13778,62 avro məbləğin tutulmasını tələb edir, lakin icra məmuru yalnız Cavabdeh2 bütöv 13778,62 avro məbləği tələb edir. Bu səbəbdən qətnaməyə müvafiq izahat olmadığı halda ərizəçinin hüquqları pozulur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005) 3276/2014 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(005)-3276/2014 nömrəli qətnaməsində qeyrimüəyyən ifadələr işlədilməmiş, qətnamə aydın şəkildə tərtib edilmişdir. İzah verilməsinə zərurət yoxdur. Qətnamədə iddia tələbləri üzrə tərəflər arasında olan mübahisəyə baxılmış və iddiaçının tələblərinin qismən təmin edilməsi qərara alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 22 iyul 2014-cü il tarixli, 2(005)-3276/2014 nömrəli qətnamənin izah edilməsi barədə ərizə təmin edilməməlidir. Həmin qərardaddan narazı Cavabdeh2 şikayət verərək qərardadın ləğv olunmasını, əvəzində yeni məhkəmə aktının qəbul ediləsini xahiş etmişdir. Şikayət ərizənin dəlilləri ilə əsaslandırılmaqla yanaşı birinci instansiya məhkəməsi tərəfindən prosessul hüquq normalarının pozulması arqumentləri irəli sürülmüşdü. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005) 3276/2014 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC «kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə əsas, faiz və cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması» tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim etmiş, işə mahiyyəti üzrə baxan məhkəmənin 22 iyul 2014-cü il tarixli, 2(005)-3276/2014 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, iş ə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra onun izah edilməsinə yol verilir. Göründüyü kimi iddia tələbləri üzrə tərəflər arasında olan mübahisəyə baxılmış və iddiaçının tələblərinin qismən təmin edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(005) 3276/2014 nömrəli qətnamə qəbul edilmişdir ki, həmin qətnamənin nəticə hissəsində də müəyyən edilmiş borcun cavabdehlərdən müştərək qaydada tutulması qeyd edilmişdir. Cavabdeh ərizəsində eləcə də şikayətində həmin məbləğin təkcə ondan tutulmasına istinad etsə də həmin hallar qətnaməyə izah verilməsi üçün əsas deyil, çünki iddia tələbi yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulmasından ibarət olmuş və birinci instansiya məhkəməsi də həmin tələb üzrə müəyyən edilmiş borcun cavabdehlərdən müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda cavabdehə izah edir ki, qətnamənin icra mərhələsində icra məmurunun hərəkətlərindən narazı qaldığı halda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin nəticə hissəsində isə hər hansı düzgün olmayan eləcə də ziddiyyətli məqam olmamış, qeyri-müəyyən ifadələr işlədilməmiş, qətnamə aydın şəkildə tərtib edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hazırkı iş üzrə qəbul edilmiş mövcud məhkəmə qətnaməsi aydın və anlaşılan olduğuna görə, hər hansı bir izaha ehtiyac olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005) 3276/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7069/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7069/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver