Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7071/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3800/2020 saylı 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən erilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh2 oglu və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləgv edilməsi, cavabdehlər Cavabdeh2 oglu və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11432.58 manat əsas borc və 875.89 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12308.47 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 oglu "xxxx" ASC ilə 04 dekabr 2018-ci il tarixdə bagladıgı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 36 ay müddətinə 14800 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 oglunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə zaminlik müqaviləsi baglanmış və o, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 oglu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır və onun banka 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 11432.58 manat əsas borc və 875.89 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12308.47 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də, 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləgv edilməsi, həmin kredit müqaviləsi cavabdehlərdən müştərək qaydada üzrə 11432.58 manat əsas borc və 875.89 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12308.47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 oglu arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11432.58 manat əsas borc və 1411.81 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12844,39 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3800/2020 saylı 10 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.12.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11432.58 manat əsas borc və 1411,81 manat faiz borcu olmaqla, ümumilikdə 12844,39 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aramızda bağlanmış 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb etmişdir. İşə baxan məhkəmə isə iddiaçının qeyd edilən hissədə iddia tələbini təmin edərək mülki qanunvericiliyin tələblərinin kobud surətdə pozuntusuna yol vermişdir. Belə ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün ilkin olaraq digər tərəfə bildiriş göndərilməli, məhz bundan sonra müqavilənin ləğvinə dair məhkəmədə iddia qaldırılmalıdır. İddiaçı isə müqavilənin ləğv edilməsi ilə bağlı ona bildiriş göndərməmişdir. Nə də ki iş materiallarında mənə bildiriş göndərilməsinə dair hər hansı bir sübut olmamışdır. Yalnız iddiaçı iddia ərizəsində mənə xəbərdarlıq etdiyini bildirmişdir. Lakin bu xəbərdarlığın hansı formada, yazılı və ya şifahi, hansı tarixlərdə olması, mənə xəbərdarlıq edildiyi vaxtdan məhkəməyə ərizə verildiyi vaxtda qədər nə qədər müddət keçdiyini qeyd etməmişdir. İddiaçı tərəfindən mənə xəbərdarlıq edilməsinə dair hər hansı bir məktub da gəlib mənə çatmamışdır, mənə çatmasına dair heç bir qəbzə imza etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi işin nəticəsinə formal mülahizələrlə yanaşmış, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutların qiymətləndirilməsilə bağlı prosessual-hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3800/2020 saylı 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 oglu 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 36 ay müddətinə 14800 manat kredit götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən zaminlik müqaviləsi baglanmışdır. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 oglunun 04 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 11432.58 manat əsas borc və 1411.81 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12844,39 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, İddiaçı ASC -yə olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Buna görə də, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən İddiaçı ASC ilə Cavabdeh2 oglu arasında baglanmış 04.12.2018-ci il tarixli kredit müqaviləsi ləgv edilməli, cavabdehlər Cavabdeh2 oglu və Cavabdeh1 müştərək qaydada 11432.58 manat əsas borc və 1411,81 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12844,39 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün ilkin olaraq digər tərəfə bildiriş göndərilməli, məhz bundan sonra müqavilənin ləğvinə dair məhkəmədə iddia qaldırılmalı olduğunu və iddiaçı tərəfindən ona müqavilənin ləğv edilməsi ilə bağlı bildiriş göndərilmədiyini qeyd etsə də, iş materialları ilə bunun tam əksi sübut olunur. Belə ki, iş materiallarında olan 12 mart 2020-ci il tarixli “pretenziya” məktubundan görünür ki, iddiaçı qanunvericiliyin tələbinə riayət etmiş və cavabdehlərə müqavilə üzrə öhdəliklərinin icra edilməsi, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə xəbərdarlıq etmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində iddiaçı tərəfindən ona hər hansı xəbərdarlıq edilməsinə dair məktub göndərilmədiyini və ona çatmasına dair heç bir qəbzə imza etmədiyini qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Beləliklə apellyasiya şikayətində göstərilən hallar heç bir sübuta əsaslanmamaqla və yalnız formal mülahizələrdən ibarət olduğu üçün qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3800/2020 saylı 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3800/2020 saylı 10 noyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7071/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7071/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver