Məhkəmə qərarları › İş №2(103)-7074/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7074/2021

09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7074/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(006)-2649/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ərizə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2 (006)-5949/2018 saylı 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 100 manat sabit pul məbləğində alimentin hazırkı dövr üçün indeksasiyasının müəyyən edilərək alimentin miqdarının artırılması və 25 iyun 2018-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 (006)-5949/2018 saylı 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 14.09.2018-ci il tarixdən başlayaraq 25 iyun 2018-ci il təvəllüdlü X2 üçün hər ay üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Valideynləri vəfat etmiş, hazırda uşağı təkbaşına böyüdür, göstərilən qətnamənin qəbul edilməsindən artıq 2 ildən çox vaxt keçmişdir ki, bu müddət ərzində də respublikada ərzaqların, geyim əşyalarının qiymətləri və müalicə xərcləri bahalaşmışdır, bu səbəbdən 100 manat sabit pul məbləğində aliment uşağın saxlanılması üçün kifayət etmir. Uşaq körpə olduğuna görə heç yerdə işləyə bilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(006)- 2649/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, cavabdehin Dərnəgül Şossesinin kənarında “Xəqani petrol” yanacaqdoldurma məntəqəsinin yanında avtomobillər üçün ehtiyat hissələrinin topdan və pərakəndə satışı mağazası var, o həmin mağazanı işlədir, aylıq gəliri 1000-1200 manat təşkil edir. Cavabdehin 2-3 maşını var, alimenti ödəməkdən yayınmaq üçün həmin avtomobilləri atasının və başqa adamların adına rəsmiləşdirmişdir, həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olmaq üçün başqa şəxslərə vermiş və avtomobillərin icarəsində də aylıq gəliri 400-600 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh etiraz təqdim edərək, qətnamə ilə müəyyən edilmiş məbləğin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyt etdi ki, “Avtoehtiyat hissələri” mağazasında satıcı işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Bundan başqa da digər uşaq üçün 120 manat aliment ödəyir. Həmçinin himayəsində bir uşaq var, həmin uşaq da xəstədir. Atası ilə birlikdə yaşayır. İşlədiyi ehtiyat hissələri mağazası atası tərəfindən icarəyə götürülmüşdür, özü isə orada yalnız satıcı işləyir. Onun adına avtomobil yoxdur, başqa hər hansı gəliri yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(006)- 5949/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 25 iyun 2018-ci il tarixdə doğulmuş X5 atası olması faktı müəyyən edilmiş, Cavabdeh 14 sentyabr 2018-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahlarından 25 iyun 2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli, AZ-İV seriyalı, 220829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 iyun 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11 sentyabr 2018-ci il tarixdə 143 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 16 mart 2021-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh avto ehtiyat hissələri mağazasında əmək müqaviləsi üzrə satıcı işləyir, aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il il tarixli, 2(006)- 4066/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə X13 arasında 04 sentyabr 2009-cu il tarixdə bağlanmış və həmin tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 664 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra 23 avqust 2011-ci il təvəllüdlü X10 atası Cavabdeh ilə, 29 iyul 2010-cu il təvəllüdlü X8 isə anası X11 ilə saxlanılmış, 29 iyul 2010-cu il təvəllüdlü X1 üçün 14 sentyabr 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat aliment tutularaq X9 ödənilməsi qət edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə tərəflərin nikahlarından 25.06.2018-ci il təvəllüdlü X12 doğulmuş, əvvəlki qətnamə ilə onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı hazırda həmin məbləğin artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, hazırda cavabdehin himayəsində əvvəlki nikahdan doğulmuş 23 avqust 2011-ci il təvəllüdlü X4 olmasını və 29 iyul 2010-cu il təvəllüdlü X1 üçün 14 sentyabr 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat məbləğində aliment tutulmasını, iddiaçının cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu təqdim etməməsini, cavabdehin aldığı əmək haqqının məbləğini və hər üç uşağın mənafelərini nəzərə alaraq, elecə də ədalətlilik prinsipi baxımından hesab etmişdir ki, aliment miqdarının artırılması məqsədəmüvafiq deyil. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti əsassız olmuşdur. Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, 2018-ci ildə 154 manat, 2019-cu ildə160 manat, 2020-ci ildə 170 manat olmuş, 2021-ci il üçün isə 175 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən 100 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bir uşağın saxlanması üçün 100 manat vəsait yetərli sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Həmçinin Kollegiya qeyd edir ki, cavabdehin işlədiyi Avtomobillərin ehtiyat hissələri mağazası atası tərəfindən icarəyə götürülmüşdür, belə olan halda sonuncunun reallıqda həmin mağazada aylıq 250 manat əmək haqqı ilə satıcı işləməsi inandırıcı və ağlabatan görünmür. Göstərilən əmək haqqı məbləği bir çox işlərdə rast gəlinən məbləğdir ki, bu da işə götürənlər tərəfindən əlavə vergi və s. ödəmələrdən süni sürətdə yayınmaq məqsədini daşıyır, əks təqdirdə cavabdeh daha çox qazancı olan işlə məşğul ola bilərdi. Digər tərəfdən, bu hal onu azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir, təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 150 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(006)- 2649/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 25 iyun 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(006)- 5949/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar