Məhkəmə qərarları › İş №2(103)-7075/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7075/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7075/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındaniddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB, Cavabdeh tərəfindən vurlmuş 4735,20 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4765,20 manatın cavabdehdən məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə barədə müqavilənin 5.2-ci bəndinin qarşılıqlı anlaşma şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, həmin bənd hər iki tərəfə seçim imkanı tanımaqla onlara vəzifə deyil, hüquq müəyyən edir. Məhkəmənin isə müqavilənin bu müddəasını iddiaçının vəzifəsi kimi müəyyən etməsi əsassızıdır. Xəzər Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməklə, iddia ərizəsinin icraata qəbul olunması üçün iş rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən, Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, məhkəməyə qədər nizamlama (pretenziya) qaydası dedikdə, qanun kommersiya mübahisələrini nəzərdə tutmuşdur. Hazırkı mübahisə isə mülki xarakterli olmaqla, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış alqı-satqısı müqaviləsinin 5.2-ci bəndində qeyd edilən şərt (tərəflər arasında bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər) isə pretenziya qaydası kimi qəbul edilə bilməz və bu şərt müqavilə tərəfini birbaşa məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçı mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Odur ki, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul olunması üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2159/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsi icraata qəbul olunması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar