Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7075/2025 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: işəgötürənə vurulmuş maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X19 cəlb edilməklə) “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2683/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş iltizamdan görünür ki, Cavabdeh2 İddiaçı sahibkar olduğu “Gold Line” qızıl mağazasından satıcı Cavabdeh1 45.278 manat dəyərində götürdüyü müxtəlif əyarlı qızıl-zinət əşyalarına görə yuxarıda qeyd edilən 45.278 manatı xx.xx.2022-ci il tarixində tam şəkildə ödəyəcəkdir. Bu iltizamı vaxtında icra etməzsə, məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim zamanı çatışmazlıqların müəyyən edilməsinə dair aktdan görünür ki, növbəti yoxlama zamanı satıcı Cavabdeh1 satış üçün təhvil verilmiş 19788 kod nömrəsi ilə qeydiyyatda olan, çəkisi 12.84 qram, 585 əyarlı 1091 manat dəyərində komplekt mağazada müəyyən olunmadığı üçün qeyd olunan komplektin satılıbsatılmaması ilə bağlı mağazanın xəzinəsi də yoxlanılmış və müəyyən olunmuşdur ki, həmin komplektin dəyəri mağazanın xəzinəsinə daxil edilməmişdir. Beləliklə də, mağazanın satıcısı Cavabdeh1 satmaq üçün sahibkar İddiaçı tərəfindən etibar edilmiş 19788 nömrəli kodla olan, çəkisi 12.84 qram, 585 əyarlı 1091 manat dəyərində komplekt mağazada müəyyən edilməmişdir. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş izahatın məzmunundan görünür ki, o, hazırda “Gold Line” mağazasında satıcı işləyir. Qeyd etmək istəyir ki, müştəri kimi tanıdığı Cavabdeh2 2022-ci ilin avqust ayının 15-i və ya 16-sı tarixində ona yaxınlaşaraq xahiş etmişdir ki, ona nisyə qızıl-zinət əşyalarından versin ki, o da satıb mağazanın pulunu ödəsin. O, Cavabdeh2 tandığı üçün və əvvəllər bu kimi hallar aralarında olduğuna görə Bənövşənin bu təklifini qəbul etmiş, 5-6 gün ərzində 45.278 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını vermişdir. Bənövşə 45 gün müddətində tam şəkildə götürdüyü qızılzinət əşyalarının dəyərinin ödənilməsinə dair söz vermiş, lakin həmin müddət keçməsinə baxmayaraq götürdüyü qızıl-zinət əşyalarını qaytarmamış, nə də ki həmin əşyalarının dəyərini ödəməmişdir. Bu səbəbdən də, yoxlama zamanı 45.278 manat çatışmazlıq yaranmışdır. Bildirmək istəyir ki, 9 adda müxtəlif əyarlı və çəkidə olan qızıl-zinət əşyalarını Cavabdeh2 satarkən, həmin satılmış qızıl-zinət əşyalarının müəyyən olunmuş qiyməti tam ödənilməmişdir. Bu səbəbə görə 9.310 manat məbləğində pul vəsaiti mağazanın xəzinəsində çatışmazlıq yaranmışdır. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X8 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, xx.xx.1967-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmayan, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X10 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5224 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında “Mərkəzi Univermaq” ticarət mərkəzində yerləşən İddiaçı məxsus “Gold Line” adlı qızıl-zinət əşyalarının satışı mağazasında yaranmış çatışmazlıq 54.588 (9310 + 45278) manat məbləğində müəyyən edilir. İşəgötürən İddiaçı ilə işçi Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən (kontraktından) görünür ki, “işçi” Lombardda satıcı-xəzinədar vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir, bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. İşəgötürən İddiaçı ilə işçi Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, “işçi” rəhbərlik tərəfindən etibar edilmiş maddi sərvətin qorunub saxlanmasına, görüləcək işlərin layiqincə yerinə yetirilməsinə tam maddi məsuliyyət daşıyır və aşağıdakı vəzifələri yerinə yetirməyi öz üzərinə götürür – 1) öhdəsinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, eyni zamanda sahibkara heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalıdır; 2) üzərinə götürdüyü maddi sərvətlərin təhlükəsizliyi barədə sahibkara vaxtlı-vaxtında məlumat verməli, təhlükə doğuran vəziyyət aşkar etdiyi halda onun səbəblərini aydınlaşdırmalıdır; 3) etibar edilmiş maddi sərvətlər, pul vəsaitləri və digər görüləcək işlərə dair diqqət uçotunu aparmalı, müəyyən edilmiş qaydalara əsasən hesabatlar tərtib edib lazımı yerlərə təqdim etməlidir; 4) ona etibar edilmiş maddi sərvətlərin inventarlaşdırılmasında iştirak etməlidir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus mağazada “Qeyri-ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir” vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 34K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “mağaza” bölməsində “satıcı-xəzinədar” vəzifəsində işləyən Cavabdeh1 ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X10 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Repsublikası CPM-in 39.1.2-ci maddəsinə sasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəri ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Əmək” və “Tam maddi məsuliyyət haqqında” müqavilə, vəzifə təlimatı üzrə öhdəliklərini icra etməməsi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli iltizamı icra etməməsi nəticəsində vurulmuş 54.588 manat məbləğində ziyanın, həmçinin iddia qaldırılmaqla bağlı ödənilmiş 253.76 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər fiziki şəxs kimi “Gold Line” mağazasında qızıl-zinət əşyalarının alış, satışını həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə fiziki şəxs kimi öz fəaliyyətini dayandırmışdır. X4 həmin mağazada 2022-ci ilin sentyabr ayından əməliyyatçı-mühasib işləmişdir. “Gold Line” mağazalar şəbəkəsində alğısatqı aparılmasına dair kassa vərəqələri satıcıların imzaları ilə gündəlik olaraq Lalə Əliyevaya təqdim edilmiş, həmçinin alğı-satqı proseslərinin hamısı mağazanın "xxxx" şəkildə qeydiyyata almışdır. Lalə Əliyeva kompüterdə həmin alğı-satqının qeydiyyatını aparmışdır. Fiziki şəxs kimi fəaliyyət göstərdiyi zaman 13 aprel 2022-ci il tarixdə Cavabdeh1 əmək müqaviləsi əsasında satıcı-xəzinədar vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdə onunla aralarında tam maddi məsuliyyət haqqında müqavilə təsdiq ediləndən sonra, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 32 ünvanında yerləşən “Gold Line” mağazasında vəzifəsinin icrasına başlamışdır. 2022-ci ilin may ayında Cavabdeh1 qızıl-ziynət əşyaları müvafiq təhvil-təslim aktları əsasında məsuliyyətinə verilmişdir. Cavabdeh1 ilə aralarında sonuncunun maddi məsul şəxs olması barədə müqavilə bağlanmışdır, əmək müqaviləsinə və vəzifə təlimatına əsasən satıcıxəzinədar Cavabdeh1 yuxarıda göstərilən ünvanda yerləşən mağazada sonuncuya təhvil verilmiş qızıl zinət-əşyaları müştərilərə nağd satmalı, satışdan əldə edilmiş pul vəsaitini xəzinəyə mədaxil etməli olmuşdur. xx.xx.2022-ci il tarixdə o, mağazada Ülviyyə Məmmədovanın məsuliyyətində olan qızıl-zinət əşyalarının yoxlanılması üçün işçi X2 tapşırıq verdiyinə görə, o, həmin tarixdə yoxlama aparmış, Cavabdeh1 məsulliyyətində olan qızıl-zinət əşyaları və satışdan əldə edilən pul vəsaitinin xəzinədə çatışmama faktı müəyyən edilmiş və bu haqda həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Mağazada xx.xx.2022-ci il tarixdə yoxlamanı keçirilərkən iştirak etməmişdir və bu səbəbə görə, həmin aktın həqiqəti əks etdirib etdimədiyini bilməmişdir. xx.xx.2022-ci il tarixdə işçi X3 o, mağazaya Ülviyyə Məmmədovanın məsuliyyətində olan qızıl-ziynət əşyalarının yoxlanılması üçün təkrar göndərmişdir. xx.xx.2022-ci il tarixdə X4 həmin mağazada yoxlama apardıqdan sonra bildirmişdir ki, mağazada qızıl-ziynət əşyaları və xəzinədə pul vəsaitləri çatışmır. xx.xx.2022-ci il tarixdə Lalə Əliyeva tərəfindən qızıl-zinət əşyalarının və xəzinədə pul vəsaitlərinin çatışmaması barədə akt tərtib edilmişdir. Belə ki, o və X20 Mamedova ilə birlikdə sonuncuya etibar olunmuş və məsuliyyətinə verilmiş 61 çeşiddə qızıl-zinət əşyalarının mağazada olmadığı müəyyən edilmişdir. Bununla bağlı təhvil-təslim aktı tərtib etmiş, çatışmayan qızıl-zinət əşyaların adları, çəkiləri, əyarları və dəyərləri qeyd edilmişdir. Təhvil təslim zamanı kod №-si 14619 olan, çəkisi 15,46 qram, 750 əyarlı 1623 (bir min altı yüz iyimi üç) manat dəyərində qolbaq, kod №-si 5299 olan, çəkisi 5,5 qram, 750 əyarlı, 495 (dörd yüz doxsan beş) manat dəyərində üzük, kod №-si 7239 olan, çəkisi 5,2 qram, 585 əyarlı, 416 (dörd yüz on altı) manat dəyərində üzük, kod №-si 8823 olan, çəkisi 7,4 qram, 750 əyarlı, 666 (altı yüz almış altı) manat dəyərində sırğa ilə kulon, kod №-si 10485 olan, çəkisi 4,65 qram, 585 əyarlı, 372 (üç yüz yetmiş iki) manat dəyərində sırğa, kod №-si 12264 olan, çəkisi 8,02 qram, 585 əyarlı, 642 (altı yüz qırx iki) manat dəyərində sırğa, kod №-si 12545 olan, çəkisi 12,31 qram, 585 əyarlı, 985 (doqquz yüz səksən beş) manat dəyərində sep, kod №-si 12738 olan, çəkisi 3,58 qram, 585 əyarlı, 286 (iki yüz səksən altı) manat dəyərində sep, kod №-si 14589 olan, çəkisi 8,95 qram, 585 əyarlı, 850 (səkkiz yüz əlli) manat dəyərində sırğa, kod №- sil5119 olan, çəkisi 9,2 qram, 585 əyarlı, 782 (yeddi yüz səksən iki) manat dəyərində komplekt, kod №-si 15346 olan, çəkisi 8,54 qram, 585 əyarlı, 683 (altı yüz səksən üç) manat dəyərində komplekt, kod №-si 15423 olan, çəkisi 5,22 qram, 585 əyarlı, 522 (beş yüz iyirmi iki) manat dəyərində üzük, kod №-si 15475 olan, çəkisi 5,59 qram, 750 əyarlı, 671 (altı yüz yetmiş bir) manat dəyərində qolbaq, kod №-si 15712 olan, çəkisi 3,58 qram, 585 əyarlı, 286 (iki yüz səksən altı) manat dəyərində kulon, kod №-si 15728 olan, çəkisi 8,01 qram, 585 əyarlı, 641 (altı yüz qırx bir) manat dəyərində qolbaq, kod №-si 15746 olan, çəkisi 3,55 qram, 585 əyarlı, 284 (iki yüz səksən dörd) manat dəyərində sep, kod №- si 15800 olan, çəkisi 2,66 qram, 750 əyarlı, 289 (iki yüz səksən doqquz) manat dəyərində üzük, kod №-si 15901 olan, çəkisi 6,43 qram, 585 əyarlı, 514 (beş yüz on dörd) manat dəyərində üzük, kod №-si 15977 olan, çəkisi 4,47 qram, 585 əyarlı, 358 (üç yüz əlli səkkiz) manat dəyərində sırğa, kod №-si 16071 olan, çəkisi 13,4 qram, 585 əyarlı, 1072 (bir min yetmiş iki) manat dəyərində qolbaq, kod №-si 16072 olan, çəkisi 9,14 qram, 585 əyarlı, 731 (yeddi yüz otuz bir) manat dəyərində qolbaq, kod №-si 16143 olan, çəkisi 4,8 qram, 585 əyarlı, 384 (üç yüz səksən dörd) manat dəyərində sep, kod №-si 16149 olan, çəkisi 3,89 qram, 585 əyarlı, 311 (üç yüz on bir) manat dəyərində sep, kod №-si 16865 olan, çəkisi 6,83 qram, 585 əyarlı, 546 (beş yüz qırx altı) manat üzük, kod №-si 17389 olan, çəkisi 16,3 qram, 585 əyarlı, 1386 (bir min üç yüz səksən altı) manat dəyərində komplekt, kod №-si 17393 olan, çəkisi 7,82 qram, 585 əyarlı, 665 (altı yüz altmış beş) manat dəyərində sırğa, kod №-si 17397 olan, çəkisi 10,51 qram, 585 əyarlı, 893 (səkkiz yüz doxsan üç) manat dəyərində qolbaq, kod №-si 17398 olan, çəkisi 11,96 qram, 585 əyarlı, 1017 (bir min on yeddi) manat dəyərində qolbağ, kod №-si 17403 olan, çəkisi 5,44 qram, 585 əyarlı, 462 (dörd yüz altmış iki) manat dəyərində sep, kod №-si 17433 olan, çəkisi8,47qram, 585 əyarlı, 720 (yeddi yüz iyirmi) manat dəyərində kulon, kod №-si 17469 olan, çəkisi 4,62 qram, 585 əyarlı, 393 (üç yüz doxsan üç) manat dəyərində sep, kod №-si 17471 olan, çəkisi 19,52 qram, 585 əyarlı, 1659 (bir min altı yüz əlli doqquz) manat dəyərində sep, kod №-si 17694 olan, çəkisi 9,22 qram, 585 əyarlı, 784 (yeddi yüz səksən dörd) manat dəyərində sep, kod №-si 17697 olan, çəkisi 5.44 qram, 585 əyarlı, 462 (dörd yüz altmış iki) manat dəyərində qolbaq, kod №-si 17817 olan, çəkisi 14,85 qram, 585 əyarlı, 1262 (bir min iki yüz altmış iki) manat dəyərində komplekt, kod №-si 16845 olan, çəkisi 5,18 qram, 585 əyarlı, 414 (dörd yüz on dörd) manat dəyərində sırğa, kod №-si 17688 olan, çəkisi 12,11 qram, 585 əyarlı, 1029 (bir min iyirmi doqquz) manat dəyərində sep, kod №-si 15944 olan, çəkisi 5,61 qram, 750 əyarlı, 505 (beş yüz beş) manat dəyərində üzük, kod №-si 16068 olan, çəkisi 4,74 qram, 750 əyarlı, 427 (dörd yüz iyirmi yeddi) manat dəyərində qolbağ, kod №-si 16086 olan, çəkisi 7,11 qram, 750 əyarlı, 640 (altı yüz qırx) manat dəyərində qolbaq, kod №=si 16137 olan, çəkisi 6,79 qram, 750 əyarlı, 611 (altı yüz on bir) manat dəyərində sep, kod №-si 16138 olan, çəkisi 14,07 qram, 750 əyarlı, 1266 (bir min iki yüz altmış altı) manat dəyərində sep, kod №-si 16269 olan, çəkisi 3,71 qram, 750 əyarlı, 334 (üç yüz otuz dörd) manat dəyərində sep, kod №-si 16274 olan, çəkisi 6,88 qram, 750 əyarlı, 619 (altı yüz on doqquz) manat dəyərində qolbaq, kod №-si 16825 olan, çəkisi 7,6 qram, 750 əyarlı, 684 (altı yüz səksən dörd) manat dəyərində sırğa, kod №-si 17476 olan, çəkisi 16,28 qram, 750 əyarlı, 1595 (bir beş yüz doxsan beş) manat dəyərində komplekt, kod №-si 17477 olan, çəkisi 5,78 qram, 750 əyarlı, 566 (beş yüz altmış altı) manat dəyərində qolbaq, kod №-si 17481 olan, çəkisi 6,38 qram, 750 əyarlı, 625 (altı yüz iyirmi beş) manat dəyərində sep , kod №-si 17482 olan, çəkisi 11,68 qram, 750 əyarlı, 1145 (bir min yüz qırx beş) manat dəyərində qolbaq, kod №-si 17483 olan, çəkisi 14,35 qram, 750 əyarlı, 1406 (bir min dörd yüz altı) manat dəyərində qolbaq, kod №-si 17484 olan, çəkisi 6,92 qram, 750 əyarlı, 678 (altı yüz yetmiş səkkiz) manat dəyərində kulon, kod №-si 17486 olan, çəkisi 7,2 qram, 750 əyarlı, 706 (yeddi yüz altı) manat dəyərində üzük, kod №-si 17489 olan, çəkisi 6 qram, 750 əyarlı, 588 (beş yüz səksən səkkiz) manat dəyərində sırğa, kod №-si 17732 olan, çəkisi 6,42 qram, 750 əyarlı, 629 (altı yüz iyirmi doqquz) manat dəyərində üzük, kod №-si 17735 olan, çəkisi 15,06 qram, 750 əyarlı, 1476 (bir min dörd yüz yetmiş altı) manat dəyərində sırğa, kod №-si 17739 olan, çəkisi 12,52 qram, 750 əyarlı, 1227 (bir min iki yüz iyirmi yeddi) manat dəyərində sep, kod №-si 17740 olan, çəkisi 5 qram, 750 əyarlı, 490 (dörd yüz doğsan) manat dəyərində sep, kod №-si 17742 olan, çəkisi 10 qram, 750 əyarlı, 980 (doqquz yüz səksən) manat dəyərində qolbaq, kod №-si 17820 olan, çəkisi 12,71 qram, 750 əyarlı, 1246 (bir min iki yüz qırx altı) manat dəyərində sırğa, kod №- si R.G 120763 olan, çəkisi 7,63 qram, 750 əyarlı, 687 (altı yüz səksən yeddi) manat dəyərində sırğa və kod №- si 17496 olan, çəkisi 4,23 qram, 916 əyarlı, 592 (beş yüz doxsan iki) manat dəyərində bir dəst sırğa (zinət əşyalar) mağazada olmadığı aşkar edilmişdir. Həmin qızıl-zinət əşyaların ümumi dəyəri 45.278 (qırx beş min iki yüzyetmiş səkkiz) manat təşkil etmişdir. Bundan başqa, təhvil-təslim zamanı satıcı X5 ona məlumat verməyərək, kod № 13692 olan, çəkisi 25,55 qram, 750 əyarlı, 2309 manat dəyərində komplekti 2400 manata, kod № 17883 olan, çəkisi 13.8 qram, 585 əyarlı, 1173 manat dəyərində komplekti 1100 manata, kod № 17475 olan, çəkisi 26.58 qram, 750 əyarlı, 2605 manat dəyərində sepi 2500 manata, kod № 17485 olan, çəkisi 39.44 qram, 916 əyarlı, 5522 manat dəyərində sepi 3900 manata, kod № 17691 olan, çəkisi 24.44 qram, 585 əyarlı, 2077 manat dəyərində sepi 1950 manata, kod № 17733 olan, çəkisi 15,15 qram, 750 əyarlı, 1485 manat dəyərində qolbağı 1400 manata, kod № 16097 olan, çəkisi 16.77 qram, 750 əyarlı, 1509 manat dəyərində qolbağı 1500 manata, kod № 10041 olan, çəkisi 17.4 qram, 750 əyarlı, 1566 manat dəyərində komplekti 1560 manata və kod № 17488 olan, çəkisi 15.81 qram, 750 əyarlı, 1549 manat dəyərində komplekti sataraq ümumi dəyəri 19825 manatdan 10515 manat xəzinəyə mədaxil etsə də, 9.310 (doqquz min üç yüz on) manatı xəzinəyə mədəxil etmədiyi müəyyən edilmişdir. Bu çatışmamazlıqla bağlı sorğu zamanı Cavabdeh1 səlahiyyətli X9ə bildirmişdir ki, mağazada çatışmayan qızılları Cavabdeh2 Bayraməli qızı adlı qadına satmış, lakin Bənövşə ona qızıl-ziynət əşyalarının pulunu verməmişdir. X9 Cavabdeh1 ixtiyarı olmadığı halda, qızıl-zinət əşyalarını nə üçün pul almadan satması barədə soruşduqda, Cavabdeh1 Bənövşəyə etibarı olduğu üçün özbaşına qızıl-ziynət əşyaları pul almadan satdığını bildirmişdir. Hətta həmin əşyaları pul almadan satdığını ona sübut etmək üçün Bənövşənin Ülviyyəyə yazdığı iltizamı təqdim etmişdir. Bundan sonra o, bu məsələyə aydınlıq gətirmək üçün X9dən xahiş etmişdir. X18 Hümbətovanı dəvət etmiş, sorğu zamanı Cavabdeh2 Cavabdeh1 qızıl-ziynət əşyalarını pul ödəmən götürdüyünü etiraf etmiş, bir daha inam yaratmaq üçün yazılı iltizam tərtib və təsdiq edərək götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bundan sonra, Cavabdeh1 qızıl-zinət əşyalarının kimə satması və ya verməsi ilə bağlı sorğu-sual etdikdə, Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 çatışmayan qızıl-zinət əşyalarını pul almadan vermişdir. Cavabdeh1 həmin məbləğdə qızıl-zinət əşyalarının pul almadan Bənövşəyə verilməsinə dair onun razı olmayacağını bilərək bu qanunsuz hərəkətini qəsdən gizlətmişdir. O, Cavabdeh1 yuxarıda qeyd etdiyi məbləğdə qızıl-zinət əşyaların pul almadan Bənövşəyə verməsindən məlumatlı olmamışdır. Cavabdeh1 əmək müqaviləsi və vəzifə təlimatına əsasən maddi məsul şəxs olduğu üçün onun məsulliyyətində olan bütün qızıl-zinət əşyalarının başqa şəxsə satdığı halda tam pulu almadan vermək ixtiyarı yox idi və verə də bilməzdi. Keçirilən yoxlama nəticəsində, satıcı-xəzinadar Cavabdeh1 Bənövşəyə icazəsi olmadan 45.278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu almadan satmış, bundan başqa onun məsulliyyətində olan 9.310 (doqquz min üç yüz on) manat nəğd pulun xəzinəyə mədəxil etmədiyinə görə, ümumi 54.588 (əlli dörd min beş yüz səksən səkkiz) manat çatışmamazlıq müəyyən edilmişdir. Cavabdeh1 əmək müqaviləsi, vəzifə təlimatı və maddi məsul şəxs kimi öhdəliklərini, Cavabdeh2 isə iltizam üzrə öhdəliyi yerinə yetirməməklə ona 54.588 manat ödəməlidirlər. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən Cavabdeh1 əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 45.278 manat dəyərində qızıl zinət əşyalarının dəyərini tam şəkildə ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2025-ci il tarixdə Ağcəbədi 1 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin Cavabdeh1 ilə mübahisəni həll etmək mümkün olmamışdır. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, satıcının qızılları nisyə vermək hüququ olmamışdır. Ümumiyyətlə qızıl nisyə verilmir. Ülviyyə xanım bildirmişdir ki, qızılları Bənövşə xanıma verib və o da xırda-xırda qaytaracağını öhdəsinə götürmüşdür. İltizamı Bənövşə xanım özü yazıb imzalamışdır. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2683/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 maddi zərərə görə 54.588 manatın, dövlət rüsumu olaraq ödənilmiş 253.76 manatın, ümumilikdə 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh1 arasında əmək hüquq münasibətləri mövcud olmuş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı məxsus “Gold Line” mağazasında satıcı-xəzinədar vəzifəsinə işə qəbul edilmiş və işçi statusu əldə etməklə əmək fəaliyyətinə başlamışdır. Bundan əlavə, qeyd edilən tərəflər arasında həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, işçi rəhbərlik tərəfindən etibar edilmiş maddi sərvətin qorunub saxlanmasına, görüləcək işlərin layiqincə yerinə yetirilməsinə tam maddi məsuliyyət daşımasına dair öhdəliyi öz üzərinə götürmüşdür. Əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklər işçi tərəfindən yerinə yetirilmədiyi üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh1 İddiaçı məxsus “Gold Line” mağazasında satıcı-xəzinədar vəzifəsində çalışdığı dövrdə müxtəlif əyarda və çəkidə qızılzinət əşyalarını həmin əşyaların nisyə satışının həyata keçirilməsi məqsədilə iş üzrə digər Cavabdeh2 təhvil vermiş və bu barədə öz adından iddiaçıya izahat vermişdir. Bununla da, Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında forma və məzmununa görə nisyə alğı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən ikitərəfli şifahi əqdin bağlanması öz təsdiqini tapmış, həmçinin bu müqavilə münasibətləri mütəmadi və davamlı xarakter daşımışdır. Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə, eləcə də satıcı-xəzinədarın vəzifə təlimatına uyğun olaraq işəgötürənin bilavasitə nəzarəti və tabeliyi altında sonuncuya məxsus qızıl-zinət əşyalarının satışını həyata keçirsə də, bu satış işəgötürənə zərər vurulması ilə nəticələnmiş, əmək müqaviləsi və satıcı-xəzinədarın vəzifə təlimatında nəzərdə tutulmuş müddəaların tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, işin yuxarıda qeyd edilən halı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın müəyyən epizodları ilə də müəyyən edilir. Belə ki, “...cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından İddiaçı məxsus “Gold Line” mağazalar şəbəkəsində satıcı kimi işləməyə başlamışdır. “Gold Line” mağazalar şəbəkəsi qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur. O, 13 aprel 2022-ci il tarixdə “Gold Line” mağazalar şəbəkəsinin ünvan 4 ünvanda yerləşən “Gold Line MUM” mağazasında müqavilə əsasında satıcı-xəzinədar işləyir. Həmin mağazada olndan başqa satıcı işləməmişdir. “Gold Line MUM” mağazalar şəbəkəsində alğı-satqı aparılmasına dair kassa vərəqələri satıcıların imzaları ilə gündəlik olaraq Lalə xanıma təqdim edilir, həmçinin alğı-satqı proseslərinin hamısı mağazanın "xxxx" şəkildə qeydiyyata alınmışdır. Şirkət rəhbərliyi tərəfindən MMC-nin digər filliallarında işləyən satıcılara tanıdıqları və etibar etdikləri şəxslərə qızıl-zinət əşyalarını nisyə satmağa icazə verilmişdir. Rəhbərlik tərəfindən nisyə satış üçün 5000 manat məbləğində qızıl-zinət əşyalarını satmağa limit qoyulmuşdur. O, Cavabdeh2 2022-ci ilin aprel ayından tanıyır. Cavabdeh2 onun işlədiyi mağazadan ilk dəfə 300 manatlıq qızıl qolbağı nisyə almışdır. Cavabdeh2 həmin qolbaq üçün ona 200 manat ödəniş etmiş, 2 gündən sonra isə 100 manat pulu yenidən ödəniş etmişdir. Daha sonra Cavabdeh2 ona nisyə olaraq qızıl-zinət əşyalarını satmağı təklif etmişdir. O, Cavabdeh2 təklifi ilə razılaşmış və bir müddət Cavabdeh2 nisyə olaraq qızıl-zinət əşyalarını satmışdır. Həmin qızıl-zinət əşyalarının pulunu Cavabdeh2 vaxtlı-vaxtında hissə-hissə ona ödəmişdir. Həmin 16.390 manat məbləğində olan qızıl-zinət əşyasının pulunu ona ödəməmişdir. 2022-ci ilin avqust ayının əvvələrində onun satıcı işlədiyi mağazaya yoxlama gələcəyinə görə o, Cavabdeh2 ona qaytarmalı olduğu 16.390 manat məbləğində pul vəsaitini bibisi qızından borc olaraq almış və Cavabdeh2 “Gold Line” mağazasına olan borcunu bağlamışdır. 2022-ci ilin avqust ayında Lalə Əliyeva onun işlədiyi mağazada yoxlama işləri aparan zaman heç bir çatışmazlıq aşkar etməmişdir. Həmin yoxlama zamanı nisyə olaraq satmış olduğu 9310 manat məbləğində qızıl-zinət əşyalarından rəhbərliyin xəbəri olduğundan çatışmazlıq kimi nəzərə alınmamışdır. Həmin yoxlama bitdikdən sonra o, təxminən 13-14 avqust 2022-ci il tarixdə Cavabdeh2 ümumi dəyəri 45.278 manat təşkil edən qızıl-zinət əşyaları nisyə olaraq satmışdır. Cavabdeh2 həmin qızıl-zinət əşyalarının pulunu 1 ay müddətində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. 2022-ci ilin sentyabr ayında Cavabdeh2 ondan almış olduğu qızıl-zinət əşyalarının pulunu ödəmədiyinə görə o, ona istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək müdiriyyətin onun yerini dəyişdirəcəyini və almış olduğu qızılların pulunu təcili ödəməsini ondan tələb etmişdir. Görüş zamanı Cavabdeh2 ondan almış olduğu dəyəri 45.278 manat təşkil edən qızıl-zinət əşyalarını 10 gün ərzində pulunu ona ödəyəcəyini bildirmiş və ən pis halda 1 ay müddətində qaytaracağı barədə iltizam yazaraq ona vermişdir. O, bu barədə Əliyevaya məlumat vermişdir. O, Lalə Əliyevaya 45.278 manat dəyərində qızıl-zinət əşyalarını tanıdığı Cavabdeh2 satdığını və 10 gün müddətində həmin qızıl-zinət əşyalarının pullarını ona geri qaytaracağını bildirmişdir. Lalə isə ona 45.278 manat təşkil edən qızıl-zinət əşyalarını hansı ağılla nisyə satmağı barədə irad tutmuş və ondan Bənövşənin həmin malları neçşə günə ona qaytara biləcəyini soruşmuşdur. O isə Laləyə 10 gün müddətində Bənövşənin pulu geri qaytaracağını bildirmişdir. Lalə Əliyeva isə əgər Bənövşə həmin qızıl-zinət əşyalarının pulunu 10 gün ərzində geri qaytaracaqsa, bu barədə müdiriyyətə xəbər verməməyini, qaytardıqdan sonra isə sistemə pərakəndə satış yazaraq nisyə satmış olduğu qızıl-zinət əşyalarını silməsini bildirmişdir. 10 gün keçdikdən sonra Lalə Əliyeva onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Cavabdeh2 qızıl-zinət əşyalarının pulunu ödəyib-ödəməməsi barədə ondan soruşmuş, o isə Bənövşənin qızıl-zinət əşyalarının pulunu geri qaytarmadığını bildirmişdir. Lalə isə ona artıq bu barədə rəhbərliyə məlumat verəcəyini bildirmişdir...” Qeyd edilən epizodla müəyyən olunur ki, cinayət işi üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə cavabdeh işlədiyi “Gold Line” mağazasında yerləşən qızıl-zinət əşyalarını iş üzrə digər Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində aldığı əşyalara görə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus mağazada cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mövcud olmayan qızıl-zinət əşyalarının dəqiq siyahısının müəyyən edilməsi məqsədilə akt tərtib edilmiş və həmin akta əsasən adları iddia ərizəsində də qeyd edilən 61 çeşiddə ümumi dəyəri 45.278 manat məbləğində olan qızıl-zinət əşyalarının mövcud olmadığı aşkar edilmişdir. Bundan başqa, təhvil-təslim zamanı mağazanın sisteminə "xxxx" qaydada işlənilmiş və rəhbərliyin məlumatı olmaqla Cavabdeh1 tərəfindən nisyə satılmış, eləcə də avqust ayında şirkət tərəfindən yoxlama keçirilən zaman çatışmazlıq kimi sayılmayan kod № 13692 olan, çəkisi 25,55 qram, 750 əyarlı, 2309 manat dəyərində komplekti 2400 manata, kod № 17883 olan, çəkisi 13.8 qram, 585 əyarlı, 1173 manat dəyərində komplekti 1100 manata, kod № 17475 olan, çəkisi 26.58 qram, 750 əyarlı, 2605 manat dəyərində sepi 2500 manata, kod № 17485 olan, çəkisi 39.44 qram, 916 əyarlı, 5522 manat dəyərində sepi 3900 manata, kod № 17691 olan, çəkisi 24.44 qram, 585 əyarlı, 2077 manat dəyərində sepi 1950 manata, kod № 17733 olan, çəkisi 15,15 qram, 750 əyarlı, 1485 manat dəyərində qolbağı 1400 manata, kod № 16097 olan, çəkisi 16.77 qram, 750 əyarlı, 1509 manat dəyərində qolbağı 1500 manata, kod № 10041 olan, çəkisi 17.4 qram, 750 əyarlı, 1566 manat dəyərində komplekti 1560 manata və kod № 17488 olan, çəkisi 15.81 qram, 750 əyarlı, 1549 manat dəyərində komplekti sataraq ümumi dəyəri 19825 manatdan 10515 manat xəzinəyə mədaxil etsə də, 9310 manatı xəzinəyə mədəxil etmədiyindən qızıl-zinət əşyalarının çatışmazlığı da ortaya çıxarılmışdır. Yuxarıda qeyd edilən qərarın digər bir epizodundan aydın olur ki, “...Cavabdeh1 bundan sonra Lalə Əliyevaya ümumilikdə 54.588 manat məbləğində olan qızıl-zinət əşyalarının hamısını Cavabdeh2 nisyə olaraq satdığını bildirmişdir...”. Satıcı-xəzinədarın vəzifə təlimatının “Məsuliyyət” adlanan yarımbölməsinin 4.1-ci bəndinə əsasən, satıcı-xəzinədar mağazadakı zərgər məmulatlarının qorunub saxlanılmasına maddi məsuliyyət daşıyır. Satıcı-xəzinədar qüvvədə olan qanunvericiliyə, daxili təlimat, normativ və digər sənədlər çərçivəsində rəhbərliyin maraqlarına zidd olaraq onun əmlak və vəsaitlərini şəxsi maraqları üçün istifadə edilməsinə görə də məsuliyyət daşıyır. Məhkəmə iddia tələblərinin Cavabdeh2 aid olan hissəsində qeyd etmişdir ki, bu cavabdeh yuxarıda göstərilən qızıl-zinət əşyalarının pulunu sonradan ödəyəcəyini yazılı şəkildə öhdəsinə götürmüş, lakin bu öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 bu hərəkətləri ilə bağlı birbaşa hüquqi münasibət iddiaçı ilə deyil, onunla əmək münasibətində olan Cavabdeh1 ilə yaranmışdır. İddiaçı ilə Cavabdeh2 arasında nə əmək, nə də mülki öhdəlik münasibətləri mövcuddur. Cavabdeh2 yazılı iltizam verməsi faktı onun birbaşa iddiaçı qarşısında məsuliyyətini təsbit etmir, çünki həmin öhdəlik iddiaçının iştirakı olmadan və onunla müqavilə münasibəti yaranmadan tərtib edilmişdir. Bu baxımdan, mağazada müəyyən edilmiş çatışmazlıq və maddi zərərin yaranmasına baxmayaraq, işəgötürən qarşısında məsuliyyət daşıyan şəxs yalnız maddi məsul şəxs kimi çalışan Cavabdeh1dır. Zərər iddiaçının onunla bağladığı müqavilə əsasında yaranmış münasibətlər çərçivəsində meydana çıxmış, işçinin iş funksiyasını pozması nəticəsində formalaşmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi tələbi yalnız Cavabdeh1 qarşı irəli sürülə bilər. Cavabdeh2 hərəkətləri nəticəsində zərər faktiki olaraq baş vermiş olsa da, bu şəxs işəgötürən qarşısında deyil, yalnız Cavabdeh1 qarşısında məsuliyyət daşıyır. Məhkəmənin qənaətinə görə, Cavabdeh1 öz vəzifə öhdəliklərini və maddi məsul şəxs kimi etibar edilmiş əmlaka nəzarət borcunu pozaraq zərərin yaranmasına səbəb olmuşdur və buna görə də vurulmuş zərərin əvəzini iddiaçıya məhz o ödəməlidir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 zərəri ödədikdən sonra həmin məbləği Cavabdeh2 geri tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 253.76 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 199-cu maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2683/2025 nömrəli, xx.xx.2025-ci il saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərəri əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilərək maddi zərərə görə Cavabdeh1 9.310 manat, Cavabdeh2 45.278 manat, ödənilmiş dövlə rüsumunun əvəzi olaraq 253.76 manat olmaqla, ümumilikdə 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2683/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində X19 cəl edilməklə) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 maddi zərərə görə 54.588 manat məbləğində pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 253.76 manatın, ümumilikdə 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə qanunuz və əsassız hesab edilərək, qismən ləğv edilməli, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlk növbədə qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində ona görə cəlb etmişdir ki, ona məxsus “Gold Line” mağazasında satıcı-xəzinədar işləyən müdafiəçisi olduğu digər Cavabdeh1 tərəfindən nisyə verilmiş 45.278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu ödəməsi barədə iltizam üzrə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, həmin mağazadan pulunu ödəmədən aldığı qeyd edilən məbləğdə qızıl-zinət əşyalarını satıb pulunu ödəyəcəyi barədə Cavabdeh1 yazılı iltizam verən Cavabdeh2, bundan sonra İddiaçı da onun X9 vasitəsilə eyni məzmunlu yazılı iltizam tərtib və təsdiq edərək, götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəyəcəyi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş iltizamda göstərilir ki, Cavabdeh2 İddiaçı sahibkarı olduğu “Gold Line” qızıl mağazasından satıcı müdafiəçisi olduğu digər Cavabdeh1 45.278 manat dəyərində götürdüyü müxtəlif əyarlı qızıl-zinət əşyalarına görə yuxarıda qeyd edilən 45.278 manatı xx.xx.2022-ci il tarixində tam şəkildə ödəyəcəkdir. Bu iltizamı vaxtında icra etməzsə, məsuliyyəti öz üzərinə götürür. Göründüyü kimi, İddiaçı Cavabdeh2 45.278 manat məbləğində pulu tələb etmə hüququ sonuncunun bununla bağlı iddiaçı qarşısında öhdəliyinə əsaslanan yazılı iltizamdan irəli gəlmişdir. Məhkəmə baxışında Cavabdeh2 münasibətdə İddiaçı bu tələbindən imtina etməmiş və ya tələbini dəyişdirməmişdir. Ən vacibi isə, Cavabdeh2 tərəfindən tərtib və təsdiq edilərək, iddiaçıya təqdim edilmiş yazılı iltizam etibarsız sayılmamışdır. Fikrincə, belə vəziyyətdə Cavabdeh2 tərəfindən tərtib və təsdiq edilmiş yazılı iltizamın yaratdığı hüquqi nəticələrin məhkəmədə nəzərə alınmaması qanuni hesab edilə bilməz. Xüsusilə qeyd edir ki, Cavabdeh2 tərəfindən İddiaçı təqdim edilən yazılı iltizam faktiki olaraq, tərəflər arasında nisyə alqısatqı müqaviləsindən irəli gələn münasibətlər yaratmışdır. Çünki, Mülki Məcəllədə bu növ əşyaların alqı-satqı müqaviləsinin forması və məzmunu barədə hər hansı şərt və ya tələb mövcud deyildir. Yəni, bu növ müqavilələr həm şifahi, həm də yazılı formada bağlana bilər. Odur ki, belə vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Qeyd edir ki, müdafiəçisi olduğu Cavabdeh1 tərəfindən İddiaçı verilmiş izahatdan aydın olur ki, “Gold Line mağazasında satıcı işləyəndə müştəri kimi tanıdığı və inandığı Cavabdeh2 sonuncunun xahişinə əsasən, 2022-ci ilin avqust ayında satıb pulunu mağazaya ödəməsi üçün nisyə 45.278 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları vermişdir. Bənövşə götürdüyü qızıl-zinət əşyalarının dəyərinin tam şəkildə 45 gün müddətində ödənilməsinə dair söz vermiş, lakin həmin müddət keçməsinə baxmayaraq, nə götürdüyü qızıl-zinət əşyalarını qaytarmamış, nə də ki həmin əşyalarının dəyərini ödəməmişdir. Bu səbəbdən də yoxlama zamanı 45.278 manat çatışmazlıq yaranmışdır. Bundan əlavə 9 adda müxtəlif əyarlı və çəkidə olan qızıl-zinət əşyalarını Cavabdeh2 satarkən, satılmış həmin qızıl-zinət əşyalarının müəyyən olunmuş qiyməti tam ödənilməmişdir. Bu səbəbə görə 9.310 manat məbləğində pul vəsaiti mağazanın xəzinəsində çatışmazlıq yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən müəyyən edilir ki, ...cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki,...o, Cavabdeh2 2022-ci ilin aprel ayından tanıyır. Cavabdeh2 onun işlədiyi mağazadan ilk dəfə 300 manatlıq qızıl qolbağ nisyə almış, həmin qolbaq üçün ona 200 manat ödəniş etmiş, 2 gündən sonra isə 100 manat pulu yenidən ödəniş etmişdir. Daha sonra Cavabdeh2 ona nisyə olaraq qızıl-zinət əşyalarını satmağı təklif etmişdir. O, Cavabdeh2 təklifi ilə razılaşmış və bir müddət Cavabdeh2 nisyə olaraq qızıl- zinət əşyalarını satmışdır. Həmin qızıl-zinət əşyalarının pulunu Cavabdeh2 vaxtlı-vaxtında hissə-hissə ona ödəmişdir. Həmin 16.390 manat məbləğində olan qızıl-zinət əşyasının pulunu ona ödəməmişdir. 2022-ci ilin avqust ayının əvvələrində onun satıcı işlədiyi mağazaya yoxlama gələcəyinə görə o, Cavabdeh2 ona qaytarmalı olduğu 16.390 manat məbləğində pul vəsaitini bibisi qızından borc olaraq almış və Cavabdeh2 “Gold Line” mağazasına olan borcunu bağlamışdır. 2022-ci ilin avqust ayında Lalə Əliyeva onun işlədiyi mağazada yoxlama işləri aparan zaman heç bir çatışmazlıq aşkar etməmişdir. Həmin yoxlama zamanı nisyə olaraq satmış olduğu 9.310 manat məbləğində qızıl-zinət əşyalarından rəhbərliyin xəbəri olduğundan çatışmazlıq kimi nəzərə alınmamışdır. Həmin yoxlama bitdikdən sonra o, təxminən 13-14 avqust 2022-ci il tarixdə Cavabdeh2 ümumi dəyəri 45.278 manat təşkil edən qızıl-zinət əşyaları nisyə olaraq satmışdır. Cavabdeh2 həmin qızıl-zinət əşyalarının pulunu 1 ay müddətində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. 2022-ci ilin sentyabr ayında Cavabdeh2 ondan almış olduğu qızıl-zinət əşyalarının pulunu ödəmədiyinə görə o, ona istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək müdiriyyətin onun yerini dəyişdirəcəyini və almış olduğu qızılların pulunu təcili ödəməsini ondan tələb etmişdir. Görüş zamanı Cavabdeh2 ondan almış olduğu dəyəri 45.278 manat təşkil edən qızıl-zinət əşyalarının pulunu 10 gün ərzində ona ödəyəcəyini bildirmiş və ən pis halda 1 ay müddətində qaytaracağı barədə iltizam yazaraq ona vermişdir. O, bu barədə Lalə Əliyevaya məlumat vermişdir. O, Lalə Əliyevaya 45.278 manat dəyərində qızıl-zinət əşyalarını tanıdığı Cavabdeh2 satdığını və 10 gün müddətində həmin qızıl-zinət əşyalarının pullarını ona geri qaytaracağını bildirmişdir. Lalə isə ona 45.278 manat təşkil edən qızıl-zinət əşyalarını hansı ağılla nisyə satmağı barədə irad tutmuş və ondan Cavabdeh2 həmin malları neçə günə ona qaytara biləcəyini soruşmuşdur. O isə Laləyə 10 gün müddətində Bənövşənin pulu geri qaytaracağını bildirmişdir. Lalə Əliyeva isə əgər Bənövşə həmin qızıl-zinət əşyalarının pulunu 10 gün ərzində geri qaytaracaqsa, bu barədə müdiriyyətə xəbər verməyəcəyini, qaytardıqdan sonra isə sistemə pərakəndə satış yazaraq nisyə satmış olduğu qızıl-zinət əşyalarını silməsini bildirmişdir. 10 gün keçdikdən sonra Lalə Əliyeva onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, Cavabdeh2 qızıl-zinət əşyalarının pulunu ödəyibödəməməsi barədə ondan soruşmuş, o isə Bənövşənin qızıl-zinət əşyalarının pulunu ger qaytarmadığını bildirmişdir. Lalə isə ona artıq bu barədə rəhbərliyə məlumat verəcəyini bildirmişdir...” Qeyd edilən epizodla müəyyən olunur ki, cinayət işi üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə cavabdeh işlədiyi “Gold Line” mağazasında yerləşən qızıl-zinət əşyalarını iş üzrə digər Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində aldığı əşyalara görə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmənin gəldiyi nəticədən də görünür ki, müdafiəçisi olduğu Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında forma və məzmununa görə nisyə alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən ikitərəfli şifahi əqdin bağlanması öz təsdiqini tapmış, həmçinin bu müqavilə münasibətləri mütəmadi və davamlı xarakter daşımışdır. Bununla yanaşı, məhkəmə həm də hesab etmişdir ki, Cavabdeh1 İddiaçıla aralarında bağlanmış əmək müqaviləsinə, eləcə də satıcı-xəzinədarın vəzifə təlimatına uyğun olaraq işəgötürənin bilavasitə nəzarəti və tabeliyi altında sonuncuya məxsus qızıl-zinət əşyalarının satışını həyata keçirsə də, bu satış işəgötürənə zərər vurulması ilə nəticələnmiş, əmək müqaviləsi və satıcı-xəzinədarın vəzifə təlimatında nəzərdə tutulmuş müddəaların tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmənin bu qənaəti Mülki Məcəllənin nisyə alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olmaqmaqla düzgün deyildir. Çünki, Cavabdeh1 digər Cavabdeh2 ilə şifahi nisyə alqı-satqı müqaviləsini iddiaçıya zərər vurma niyyəti ilə deyil, əksinə tutduğu vəzifəsinə uyğun olaraq, həmin qızılzinət əşyalarının satılmasına nail olmaq məqsədilə bağlamışdır. Belə ki, onlar arasında bundan əvvəl də qızıl-zinət əşyalarının şifahi nisyə alqı-satqısı həyata keçirilmiş və nisyə aldığı həmin əşyaların pullarını Cavabdeh2 müdafiəçis olduğum Cavabdeh1 ödəmişdir. Həm də Cavabdeh2 şifahi nisyə alqı-satqı yolu ilə ona verilən qızıl-zinət əşyalarının onda olmasını etiraf etmiş, bu barədə həm Cavabdeh1, həm də həmin əşyaların mülkiyyətçisi İddiaçı yazılı iltizam vermişdir. Mövcud vəziyyətlə bağlı şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələblər tətbiq edilməli, nisyə aldığı qızıl-zinət əşyalarının dəyəri müdafiəçisi olduğu Cavabdeh1 deyil, iddia ərizəsində göstərildiyi kimi digər Cavabdeh2 tələb edilməlidir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2683/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərəri əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, maddi zərərə görə Cavabdeh1 9.310 manat, Cavabdeh2 45.278 manat, ödənilmiş dövlə rüsumunun əvəzi olaraq 253.76 manat olmaqla, ümumilikdə 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində pulunun İddiaçı xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, qızıllar onda deyil. O, qızıl mağazasında işləyərkən aprel ayında Bənövşə xanım ona müraciət etmiş, ondan bir ədəd qolbaq götürmüşdür. Qolbağın pulunun yarısını vermiş, yarısını da daha sonra ödəmişdir. Bundan sonra onlar arasında ticarət münasibətləri yaranmışdır. Yəni Bənövşə onun etibarını qazanmışdır. Qızılları Bənövşə ondan satmaq adı ilə alıb aparmışdır. Daha sonra qızıllar ilə nə etməsini bilmir. Onun Bənövşə xanıma nisyə qızıl verməsindən hər kəsin məlumatı olmuşdur. O, Bənövşənin götürdüyü malları komputerdə qeyd etdiyindən müdiriyyət hər gün kompyüterə daxil olub yoxlanış etmiş, ona zəng edib nisyə mal satmağı azaltmasını demişdir. O, Bənövşə xanımdan başqa heç kəsə nisyə mal verməmişdir. Bənövşə 6 ay ərzində 200.000-300.000 manat həcmində alver etmişdir. Hər dəfə pulu gətirib malı aparmışdır. O, satılan maldan faiz qazanmışdır. Faizin həcmi 1% idi. Bənövşə düzgün işlədiyindən onunla müqavilə bağlamağa ehtiyac olmamışdır. İndi başa düşür ki, insanlar belə edərək etibar qazanır və sonra birdən ümumi malı götürüb, aradan çıxırlar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 izahatında göstərmişdir ki, tədqiq olunan sübutlardan görünür ki, bütün qızıllar “Əsbət” adında xanımdadır. Cavabdeh qismində həmin xanım cəlb olunaraq bütün ödənişlər birbaşa ondan tutulmalıdır. Bənövşə xanım da istintaqın gedişində iltizam vermişdir. Ona görə də Cavabdeh1 apellyasiya çikayəti ilə razı deyildir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, xadimə işləyir, arabir alverlə də məşğul olur. İddiaçı tanımır. Əsbət onları pis vəziyyətə salmışdır. Əsbətin əl yazısı var. O, Ülviyyədən əvvəllər mal almış, daha sonra pulunu ödəmişdir. Ümumilikdə ona 250.000 manata qədər mal satıb, pulunu vermişdir. Ülviyyənin isə pulu dükana verib-verməsini Ülviyyə özü bilir. Əsmər ona demişdir ki, orucluq ayıdır, alver zəifdir, orucluq ayı çıxandan sonra pulları verəcəkdir. 16.000 manatı o, özü Ülviyyənin kartına ödəmişdir. Bu məhkəmə zamanı təsdiqini tapmışdır. Ülviyyənin onda heç bir malı qalmamışdır. 2500 manatı da Ülviyyəyə qaytarmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsində Əsmərlə üzləşdirmə keçirilmişdir. Əsbət ifadəsində təsdiqləmişdir ki, Bənövşə də heç bir şey yoxdur. Əsbət bugündə ona 86.000 manat pul verməlidir. Ülviyyənin 2500 manatını qaytardığı halda nədənsə nəzərə alınmır. O, Əsbət barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 izahatında göstərmişdir ki, iddiaçı olaraq onlar cavabdehlərdən pulun müştərək qaydada tutulmasını tələb etmişlər. Məhkəmə də iddialarını qismən təmin etmişdir. Hal-hazırda həmin pulun neçə nəfərdən alınmasının fərqi də yoxdur. İddia tərəfi olaraq onların tələbi məbləğin qaytarılmasıdır. Başqa bir etirazları yoxdur. Tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Ekspertizanın rəyinə əsasən müəyyən olunan mələğdə iddia verilmişdir. Əsbətlə bağlı müəyyən edilmişdir ki, Ülviyyə qızılları Bənövşə xanıma vermiş, o, da iltizam vermişdir. İltizam verildikdən çox sonra cinayət işi başlanılmışdır. Həmin vaxtı polisdə iltizam yazılmamışdır. Əsbətlə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 191.
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194.
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199.
1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200.
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta aylıq əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 201.
1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.
3. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Maddə 202.
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Maddə 203.
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 205.
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta aylıq əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən, Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddiaçının iddia tələblərini iddia ərizəsində göstərilən qaydada təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı apellyatorun qətnaməni mübahisələndirdiyi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırda baxılan iş üzrə iddia tələblərindən müəyyən olunur ki, işəgötürən olan iddiaçının tələbi işçisinin ona vurduğu 54.588 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi tələbi ilə bağlıdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. Cavabdeh1 tərəfindən, sonuncunun təqsirli hərəkətləri nəticəsində, İddiaçı vurulmuş maddi ziyanın məbləğinin 54.588 manat olmasını da tərəflər mübahisələndirmirlər. Apellyatorun mübahisələndirdyi hal ondan ibarətdir ki, onun nisyə alqı-satqı müqaviləsinə əsasən işəgötürənə məxsus olan qızıl-zinət əşyalarının Cavabdeh2 satdığı və sonuncunun ödəmədiyi məbləği 45.278 manat olan pul vəsaitinin də ondan iddiaçının xeyrinə tutulmasıdır. Göründüyü kimi iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Kollegiya qeyd edir ki, hazırkı mübahisədə tərəflərin sübutetmə yükü də əmək qanunvericiliyinin tələblərinə uyğun müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsində sadalanan hallarda, o cümlədən maddi məsuliyyət barədə müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların mümkünlüyü, araşdırılması və qiymətləndirilməsi zamanı MPM-nin 77.1, 78, 88-ci maddələrinin tələbləri nəzərə alınmış, qətnamədə bununla bağlı müvafiq əsaslandırma öz əksini tapmışdır. Belə ki, Cavabdeh1 İddiaçı qarşısında işəgötürənə vurduğu maddi ziyana görə tam məsuliyyət daşıması iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Ona görə də kollegiya apellyatorun dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh B.B. Hümbətova ilə bağladığı qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun ona ödəmədiyi vəsaiti Cavabdeh2 tələb etmək hüququ iddiaçıya deyil, məhz apellyatorun özünə aiddir. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh2 qarşı olan tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, İddiaçıla Cavabdeh2 arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamış, cavabdehlərin iddiaçı qarşısında birgə borcluluqdan yaranması mümkün olan müştərək məsuliyyətləri mövcud deyildir. Cavabdeh2 verdiyi iltizamda isə işçi Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində işəgötürəninə vurduğu ziyanın məbləğinin bir hissəsinin, yəni 45.278 manatının onda olmasını etiraf edib xx.xx.2022-ci il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2683/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.