Məhkəmə qərarları › İş №2(103)-7077/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7077/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7077/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Rafi oğluna qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Rürkan Novruz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Rafi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Hərbi Məhkəməsinin qüvvəyə minmiş 1-1(093)-13/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 6.500 (altı min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, təyin edilmiş cərimə cəzasının icrası onun qeydiyyatda olduğu yeri üzrə Saatlı rayon icra və probasiya şöbəsinə həvalə olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır.

2. Həmin hökmlə Cavabdeh da Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, təyin edilmiş cərimə cəzasının icrası onun xidmət etdiyi yer üzrə fəaliyyət göstərən şəhər(rayon) icra şöbəsinə həvalə olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5500 (beş min beş yüz) manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 75 (yetmiş beş) manat, cəmi 5575 (beş min beş yüz yetmiş beş) manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə kürəkəni X3 vasitəsi ilə tanınış olmuşdur. Belə ki, onun oğlu X5 2021-ci ildan MN-nin N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi sürücü vəzifəsində xidmət keçirdi. Oğlunun yaşadığı əraziyə yaxın olduğuna görə MN-nin N nömrəli hərbi hissəsinin Yevlax rayonu Xaldan qəsabesində yerləşən bölməsinə dəyişdirmək istəyirdi. 2023-cü ilin yanvar ayında kürakəni Qurban Bilalov ona bildirdi ki, əvvəllar onunla bir yerdə xidmət etmiş mayor Cavabdeh adlı hərbi qulluqçu tanışı var və Fikrət həmin məsələni hall edə bilər, kürəkəni Cavabdeh istifada etdiyi özünə maxsus ***-***-**-** mobil telefon nömrəsini ona verərək onunla danışmağı təklif etmişdir. Bir gün sonra o, Fikrətə zəng edərək tanışlıq verib Qurbanın qayınatası olduğunu və oğlunun xidmət yerinin N nömrəli hərbi hissenin Xaldan qəsəbəsində yerlaşan bölməsinə dəyişilməsini istədiyini ona bildirdi. Cavabdeh pul qarşığında məsələni yoluna qoya biləcəyini ona dedi ve ve bir neçə gün sonra o onunla Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığındakı kafelərin birində görüşdü. Məsələnin həlli üçün məndən 5500 manat pul istədi. O d kürəkəninin tanışı olduğuna görə ona inanaraq bir neçə gündən sonra 20 Yanvar metrosunun yaxınlığındakı kafedə cavabdeh Fikrət ikilikdə görüşərək ona 5.500 manat pul vermişdir. Bundan sonra hər dəfə cavabdehla telefon danışıqları zamanı o məsələnin yaxın vaxtlarda müsbət həll olunacanını bildirməklə onu tam əmin edirdi. Sonradan eşitdi ki, cavabdeh tanışı Ramin adlı şəxslə əlbir olaraq bir neçə nəfəri bu qaydada aldadaraq pullarını mənimsədiklərinə görə onlar barasində cinayət işi başlanılaraq məsuliyyətə calb olunublar.Cavabdeh Baka Hərbi Məhkəməsinin 1-1(093)- 13/2025 saylı, xx.xx.2025-ci il taridi hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 vo 178.2.4-cü maddalarinda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6000 (altı min) manat miqdarında cerimə cezasına məhkum edilmişdir. Cavabdeha 5500 manat pul verməyi Bakı Hərbi Məhkəməsinin həmin hökmü ilə tam sübut olunur. Cavabdeh barasində cinayət işi başlandıqdan sonra yaxın vaxtda ondan aldığı 5500 manat pulu tezliklə ona qaytaracağrı öhdəsinə götürsə də və ibtidai və məhkəmə istintaqı dövründə bir neçə nəfər zərərçəkmişlərdən aldığı pulu qaytarsa da, ondan aldatma yolu aldığı 5500 manat pulu qaytarmamışdır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3287/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092, 1093.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin “iddiaçı cavabdehin əvəz edilməsinə və yaxud əlavə cavabdehin cəlbinə razı olma”ması mövqeyi ilə bağlı hesab edir ki, bu hal əsassız və ədalətsiz qətnamə çıxarılmasına əsas və səbəb olmamalıdır. Həmçinin, cinayət işinin müvafiq materiallarında da əks olunduğu kimi, həmin iş üzrə X9 ilə əlbir olub zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 62500 manat məbləğində zərərdən Cavabdeh öz adına 25000, həyat yoldaşı X1 adına 10200, atası X4 adına 10000 manat məbləğində bankdan kredit götürüb zərər çəkmiş şəxslərə ümumilikdə 51000 manat məbləğində pul qaytarmışdır. Cinayətin təşkilatçısı olan X9 isə zərərçəkmiş şəxslərə hər hansı məbləğdə pul ödəməmişdir. Bu halın da nəzərə alınmaması qətnamənin birtərəfli, qeyri-obyektiv, ədalətsiz olmasına və məhkəmənin işin hallarına uyğun gəlməyən qənaətə gəlməsinə dəlalət edir. Qanuni qüvvədə olan hökmə əsasən X6 Cavabdeh ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı məxsus 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib öz aralarında bölmələri halının sübuta yetməsinə və məhkəmə üçün preyudisial əhəmiyyətinin olmasına baxmayaraq, məhkəmə onun üçün məcburi olan hökmü hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində olduğu kimi qəbul etmək əvəzinə, cavabdehin ziyanına şərh edərək, Cavabdeh X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, əmlakı tək ələ keçirməsi kimi işin hallarına uyğun gəlməyən qənaətə gəlmiş və eyni zamanda, iddiaçının özünün də X7 qarşı iddia qaldırmaq hüququnun olmasına baxmayaraq, birtərəfli, qeyriobyektiv və ədalətsiz mövqe tutmaqla cavabdehin reqress hüquqlarından isitfadə edə biləcəyini qeyd etməklə iddianı tam təmin etməklə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Tərəflərin izahatları

11. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı iş üzrə qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

17. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

18. Bakı Hərbi Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1-1(093) 13/2025 nömrəli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Belə ki, o, İddiaçı 5500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməklə adı çəkilən maddələrdə nəzərdə tutulan cinayət əməlini törətmişdir.

19. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatının məzmunundan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının məzmunundan görünür ki, iddiaçıya Cavabdeh tərəfindən 5500 manat məbləğində ziyan vurulmuş və həmin ziyan ödənilməmişdir. Hazırda iddiaçı maddi ziyan kimi 5500 manat məbləğində pulu cavabdehdən tələb edir.

20. İddiaçı cavabdehin əvəz edilməsinə və yaxud əlavə cavabdehin cəlb edilməsinə razı olmamışdır. Ona görə də məhkəmə işə həmin cavabdehə qarşı yönəlmiş tələb kimi baxmış və iddianı haqlı olaraq təmin etmişdir.

21. Hazırkı cavabdehə qarşı iddianın təmin olunması onun gələcəkdə digər şəxsə, yəni X7 qarşı reqres qaydada tələb irəli sürməsinə mane olmur.

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Rafi oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 27 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar