Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7079/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3777,74 ABŞ dolları əsas borc, 0,09 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 592 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4991,35 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı” İKB-dən illik 16 faizlə 12 ay müddətinə 4800 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxx 2015-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, xx xxxxxx 2019-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3777,74 ABŞ dolları əsas, 0.09 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 592 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4991,35 ABŞ dolları borcu vardır. xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı 3777,74 ABŞ dolları əsas borcu, 0,09 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 592 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4991,35 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbinin rədd edilməsi, iş üzrə 127 (yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərcinin “xxxxxxxx” ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34 CTRE******************** SWİFT BİK CTREAZ 22) keçirilməsi qət edilmişdir. Həmin qətnamədən “xxxxxxxxx” ASC apellyasiya şikayəti verərək iddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən, qətnamədə göstərir ki, “...İddiaçı İKB ASC ilə Cavabdeh1 izuli oğlu arasında bağlanmış xx xxxxx 2015-ci il taixli kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi 12 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliklər üzrə icra müddəti xx xxxxx 2016-cı il tarixdə bitmişdir. Həmin vaxtdan da 3 ildən artıq müddət keçmişdir.” Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, “... xx.xx.2018-ci ildə bankın hesabına 60 manat ödəniş edildiyi göstərilsə də, iddiaçı həmin ödənişin məhz cavabdeh tərəfindən ödənildiyi məhkəmədə sübut edə bilmədi və bununla bağlı hər hansı bir sübut təqdim etmədi.” Məhkəmə qeyd etdiyi kimi 60 manat yox, 60 ABŞ dollarının ödənişinə gəldikdə isə Bank tərəfindən birinci instansiya məhkəməsinə məhkəmə iclasında təsdiq olunmuş hesabdan çıxarış təqdim edilməsinə baxmayaraq, həmçinin qeyd edilən ödənişin “onlayn” həyata keçirilməsi təqdim edilmiş hesabdan çıxarışda öz əksini tapmaqla yanaşı mötəbər sübut kimi təqdim edilərək sübuta yetirilmişdir. Belə ki, müştəri bankın və ya istənilən digər ödəniş terminalarından müxtəlif tarixlərdə ödənişlər aparmışdır. Eyni zamanda da yuxarıda qeyd edilən 60 ABŞ dolları məbləğində olan ödənişi “onlayn” həyata keçirildiyindən onun sübuta yetirilməsi ancaq hesabdan çıxarışla müəyyən olaraq təsdiqlənir (hesabdan çıxarış anellvasiva şikayətinə əlavə olunur). Həmçinin kreditin ödənilməsi borcludan başqa heç kimin marağında deyildir və cavabdehin məhkəmə iclasında bildirdiyi kimi ona məlum olmayan şəxs tərəfindən keçirilməsi fikri əsassızdır. Bankın filiallarında aparılmış ödənişlərin qəbzləri isə bank tərəfindən ayrı-ayrı tarixlərdə gündəlik aparılan bank əməliyyatlarını əks etdirən çoxsaylı sənədlərlə birlikdə saxlanılır və qətnamədə sözügedən xx xxx 2017-ci il tarixli 100 ABŞ dollarına dair həmin qəbzin əslini də məhkəməyə təqdim olunması Bank tərəfindən təmin olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi ekspertizaya təqdim olunmuş, Cavabdeh1 adından olan 1***-*******68 nömrəli xx xxx 2017-ci il tarixli nağd pulun mədaxili üçün elanda “Təhvil verdim/Handover” qrafasındakı imza tədqiqi hissənin 1-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir....” Halbuki məhkəmə qətnamədə qeyd edir ki, “...məhkəməyə təqdim edilən xx xxx 2017-ci il tarixli qəbzdə Cavabdeh1 adından İddiaçı İKB ASC-nin hesabına 100 ABŞ dolları məbləğində kredit ödənişi edildiyi qeyd edilsə də, ekspert tərəfindən qəbzdə olan imzanın Cavabdeh1 məxsus olması müəyyən olunmamışdır.” Belə ki, məhkəməyə tərəflərdən nağd pulun mədaxili üçün 100 ABŞ dollarına dair kassa mədaxil qəbzinin əslinin təqdim edilməsinə baxmayaraq, ekspert məhkəmə tərəfindən qoyulmuş suala cavab verməyərək imzanın Cavabdeh1 tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmadığını qeyd edərək məhkəmə qərardadını icra etməyərək geri qaytarmışdır. Həmçinin rəydə göstərilmişdir ki, tədqiq olunan sənədlərdə imza edən şəxsin öz xətti ilə ad soyadını imza etməməsi çatışmamazlıq kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən bu hala da düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bankda Cavabdeh1 öz xətti ilə yazdığı bir çox sənəd mövcuddur ki, məhkəmə tərəfindən tələb olunmalı və ekspertizanın həmin sənədlər əsasında da apraılmasının mümkünlüyü qeyd olunmalı idi. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunarkən Cavabdeh1 sərbəst imza nümunələri alman zaman (əgər alınmışdırsa) onun sərbəst xətt nümunələri də götürülməli və tətqiqat üçün ekspertə təqdim olunmalı idi. Yuxarıda qeyd olunanlarla bağlı və rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi, əlavə sənədlərin təqdim olunması ilə bağlı təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının təyin olunması barədə yazılı vəsatətlə məhkəməyə müraciət etsək də vəsatətimiz təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil, rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz, məcburi hesab oluna bilməz. Bundan başqa birinci instansiya məhkəməsi işə baxarkən iddia müddətinin tətbiq olunmasında da düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan məsələni əsas gətirərək (guya cavabdeh tərəfindən həyata keçirilmiş ödənişin sübut olunmaması) və cavabdehin ərizəsinə əsasən iddia müddətini tətbiq edərək əsassız olaraq iddianın rədd edilməsi qənatinə gəlmişdir, belə ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yəni borclu şəxs borcunun olmasını etiraf edərək ödəniş etmişdir. Bu halda isə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz, iddia müddətinin tətbiq olunmasının heç bir əsası yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəchlə iddianı təmin etməmək məqsədilə işi səthi araşdırmış, sübutlara düzgün qiymət verməmiş, iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə iddianı rədd etməklə Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Qabil Güləhmədovlaİddiaçı İK.B ASC arasında xx.xx.2015-ci il tarixli, 6-Z1-2-1-361-15 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə 4800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışdan görünür ki, X1 xx xxxxx 2015-ci il tarixli krediti müqaviləsi üzrə banka. 3777,74 ABŞ dolları məbləğində əsas borcu, 527.46 ABŞ dolları məbləğində faiz borcu, 621,52 ABŞ dolları məbləğində cərimə, 592 ABŞ dolları əldən çıxmış fayda borcu, cəmi 4926,72 ABŞ dolları məbləğində borcu vardır. Kreditin bitmə xx.xx.2017-ci il tarixə 4793,57 ABŞ dolları məbləğində əsas borcu, 0.09 ABŞ dolları məbləğində faiz borcu vardır. xx.xx.2018-ci ildə 60 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Borclu Cavabdeh1 öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda o, öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasını öz üzərinə öhdəlik kimi götürmüşdür. İş materiallarına əlavə olunmuş Xəbərdarlıq məktublarından görünür ki, S.Əzizovaya borcun ödəməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 adından «İddiaçıbank» İKB-nın hesabına xx.xx.2017-ci ildə 100 ABŞ dolları məbləğində kredit ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/168 nömrəli, xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 adından olan 1***-*******68 nömrəli x xxx 2017-ci il tarixli nağd pulun mədaxili üçün elanda “Təhvil verdim/Handover” qrafasmdaki imza tədqiqi hissənin 1-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzanın Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi əriz/ əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "İddiaçı” İKB ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi 12 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliklər üzrə icra müddəti xx xxxxx 2016-cı il tarixdə bitmişdir. Həmin vaxtdan da 3 ildən artıq müddət keçmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilən x xxx 2017-ci il tarixli qəbzdə Cavabdeh1 adından «İddiaçıbank» İKB-nin hesabına 100 ABŞ dolları məbləğində kredit ödənişi edildiyi qeyd edilsə də, ekspert tərəfindən qəbzdə olan imzanın Cavabdeh1 məxsus olması müəyyən olunmamışdır. Bundan başqa xx.xx.2018-ci ildə bankın hesabına 60 manat ödəniş edildiyi göstərilsə də, iddiaçı həmin ödənişin məhz cavabdeh tərəfindən ödənildiyini sübut edə bilməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: “xxxxxxxxx” ASC-ninapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7079/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7079/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver