Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7079/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7079/2022 (Açar sözlər: ilk tələb “aliment məbləğinin artırılması” qarşılıqlı tələb “aliment məbləğinin azaldılması”) Bakı şəhəri 10 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(011)-3073/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsindən görünür ki, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə Asifə Alıyeva arasında nikah xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1896 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-cu il təvəllüdlü X5 anadan olmuşdur.
3. 28.03.2022-ci il tarixli ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020cı il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək, cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və cavabdehdən mediasiya üçün ödənilmiş 50 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 1308/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşağın saxlanmasına kifayət etmədiyini bildirsə də əlavə heç bir köməklik göstərməmişdir. Uşağın müalicəsi, təlim-tərbiyyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə təkbaşına məşğul olur. "Yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanması üçün minumum yaşayış həddi 193 manat müəyyən edilmişdir.
6. Prosesin gedişində Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 1308/2020 saylı qətnaməsi ilə təyin edilmiş 170 manat alimentin 3 uşaq arasında bölünməklə miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 2015-ci ildə Xətai rayon Məhkəməsində pozulmuş, bir uşağın saxlanması üçün 154 manat aliment təyin edilmişdir. 2020-ci il tarixdə cavabdeh alimentin artırılması barədə məhkəməyə müraciət etmiş, xx.xx.2020-ci il tarixli İş № 2(011)-1308/2020 saylı qətnaməsi ilə artırılaraq 170 manat aliment təyin edilmişdir. Hazırda cavabdeh alimentin miqdarının 193 manat artırılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Yeddi ildir ki, həmin məbləği çox çətinliklə ödəyir. 2021-çi ildən faktiki nikah qeyd edilməklə ailə qurmuşdur və həmin nikahdan 2 uşağı var: xx.xx.2020çı il təvəllüdlü X4 və xx.xx.2021-cu il təvəllüdlü X5. Həyat yoldaşımda işləmir. Hazırda ailə vəziyyəti ağırdır, heç bir yerdə işləmir, çox çətinliklə təyin edilmiş alimenti ödəyir. Cavabdeh özü hazırda 318 nömrəli tam orta məktəbdə müəllimə işləyir. Aylıq əmək haqqısı 500-600 manat civarındadır. Cavabdeh ikinci dəfə ailə qurubdur. Uşağı isə cavabdehin himayəsində, yox nənəsinin himayəsindədir. Cavabdeh uşağının saxlanmasında çətinlik çəkirsə, uşağını özü saxlamaq istəyir və cavabdehdən uşağın saxlanması ilə bağlı indi və gələcəkdə də heç bir aliment tələbi olmayacaqdır.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında ikin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(011)- 3073/2022 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindikdən sonra hesablanması, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması tələbinə dair” qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab etmişdir ki, ilkin iddia ərizəsi təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, təyin edilən 193 manat məbləğində aliment xx.xx.2016-cı il təvəllüdlü X3 təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçı maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutlar təqdim etmədiyindən və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
12. Həmçinin, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsi, 112.1-ci maddəsi, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndi, Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3073/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
15.İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsinə əsasən cavabdehdən İddiaçı xeyrinə, xx.xx.2016-ci il təvəllüdlü X1 üçün hər ay 170 (yüz yetmiş) manat miqdarda aliment tutulması qət edilmiş və o, hal-hazıra kimi hər ay 170 (yüz yetmiş) manat miqdarda alimenti ödəyir, lakin cavabdeh həmin alimentin ödənilməsində çətinlik çəkir. İddiaçı alimentin artırılaraq 193 manat tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh heç bir yerdə işləmədiyini, aldığı kəllə-beyin zədələnməsindən sonra “postravmatik ensefalopatiya” xəstəlikdən əziyyət çəkdiyini, üçüncü dərəcəli əlilliyi olduğunu bildirmişdir. Bundan başqa, o, ikinci dəfə 2021-ci ildə faktiki ailə qurmuş və ikinci ailəlikdən xx.xx.2020-ci il təvəllüdlü Zeynəb və xx.xx.2021-ci il təvəllüdlü Aysu adlı iki uşağı vardır. Həyat yoldaşının heç bir yerdə işləmədiyini və ailə vəziyyətinin maddi cəhətdən olduqca ağır olduğunu qeyd etmişdir. Alimentə tutulan 170 manat məbləği ödədikdən sonra o, ikinci ailəlikdən olan iki uşağın saxlanmasına, onlar xəstələndikdə dərman almasında çox çətinlik çəkdiyini, bununla da iki uşağın hüquqlarının pozulduğunu qeyd etmişdir. Ona görə də, cavabdeh təyin edilmiş 170 manat alimentin 3 uşaq arasında bölünməklə miqdarının azaldılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uşaqların tərbiyəsində, həmçinin saxlanılmasında hər iki valideynlərin bərabər hüquq və vəzifələri vardır. Hesab edir ki, hazırda bir uşağın minimum saxlanması üçün nəzərdə tutulan xərcləri 193 manat iki valideynlər arasında bərabər bölünməlidir. O, heç bir yerdə işləmir, lakin İddiaçı 318 saylı tam orta məktəbdə ingilis müəlliməsi işləyir və ayda təxminən 600 manat maaş alır. Əgər İddiaçı uşağın saxlanmasında çətinlik çəkirsə, oğlu Rəsulu cavabdeh özü saxlaya bildiyini və uşağı Rəsulun saxlanması ilə bağlı İddiaçı nə indi, nə də ki, gələcəkdə heç bir aliment tələbinin olmayacağını bildirir. Bundan başqa, İddiaçı “evə olan istifadə hüququna xitam verilməsinə görə və evdən çıxarılması üçün tərəfindən ona 15.000 manat kompensasiya verilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı var və cavabdeh ona 13500 manat ödəmiş, 1500 manat məbləğində pulu isə hələ ödəyə bilmir. Birinci instansiya məhkəməsi onun bu məzmunlu izahatına məhəl qoymayaraq qarşılılıqlı iddia tələbini rədd etmişdir, İddiaçı ilkin iddiasını isə təmin etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır. b) Apellyasiya şikayətinə yazılı etiraz
16. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yazılı etiraz təqdim edərək bildirmişdir ki, hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşaqlarının saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqlarının saxlanmasına kifayət etmədiyini bildirsə də ona əlavə heç bir köməklik göstərmək istəməmişdir. Uşağın müalicəsi, təlim-tərbiyyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına məşğul olur. Hər il olduğu kimi bu ildə "Yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanması üçün minumum yaşayış həddi müəyyən edilmiş və bir uşağın minumum saxlanması xərcləri 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən də apellyasiya şikayətinə etiraz edir və hesab edir ki, şikayət təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh Məhiyəddin oğlu şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il təvəllüdlü X2 başqa da onun ikinci nikahından iki övladı anadan olmuşdur, 2021-ci ildə faktiki nikahını qeyd etdirmiş, onun bu nikahından 2 övladı xx.xx.2020-ci il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X5 anadan olmuşdur. İddiaçı şikayətlə razı deyil, belə ki, onunla Cavabdeh Məhiyəddin oğlu arasında mənzillə bağlı və eləcə də aliment tələbi ilə bağlı çoxsaylı mübahisələr olmuşdur. Cavabdeh öz atalıq vəzifələrinin icrasından boyun qaçırır, uşağına qayğı göstərmək istəmir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı verilmiş etirazın dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
18. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
19. 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
“Uşaq hüquqları haqqında” Konvensiya:
20. 3-cü maddənin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
21. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
22. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
23. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu:
25. 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsi:
26. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016- cı il tarixli Qərarı:
27. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı:
28. Məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı:
29. “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
43. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, təyin edilən 193 manat məbləğində aliment xx.xx.2016-cı il təvəllüdlü X3 təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçı maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutlar təqdim etmədiyindən və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbinin təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(011)-1308/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanması, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması tələbinə dair” qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
45. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
46. Həmçinin, mübahisələndirilən iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(011)-3073/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.