Məhkəmə qərarları › İş №2(103)-708/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-708/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-708/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Hüseynov Vüqar İsax oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcunun tutulması kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2841/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 336 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə aylıq 267,33 ABŞ dolları ödəmək şərti ilə 7.000 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2015-ci il tarixli, 336 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, AC seriyalı 510842 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı, BAN: WDC1648221A367194, qara rəngli, 2007-ci il buraxılışlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında 26 may 2016-cı il tarixdə bağlanmış “336 saylı kredit müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, verilmiş 7.000 (yeddi min) ABŞ dolları kreditin qalıq 6.963 (altı min doqquz yüz altmış üç) ABŞ dolları əsas borcun ödəniş müddəti 336 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 10 avqust 2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir. İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında 26 may 2016-cı il tarixdə bağlanmış “336 saylı ipoteka müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, ipoteka müqaviləsinin müddəti 10 avqust 2019cu il tarixədək uzadılmışdır.

2. Həmçinin, işin hallarından görünür ki, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 337 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC borcalan Cavabdeh1 36 ay müddətinə 22 faiz, aylıq 305,52 ABŞ dolları ödəmək şərti ilə 8.000 (səkkiz min) ABŞ dolları kredit vermişdir. İddiaçı ASC-nin “Uğur” filialı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 337 və 337/1 saylı, 10 iyul 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər borclu Cavabdeh1 337 saylı, 10 iyul 2015-ci il tarixli müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında 26 may 2016-cı il tarixdə bağlanmış “337 saylı kredit müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, 8.000 (səkkiz min) ABŞ dolları verilmiş kreditin qalıq 6.028 (altı min iyirmi səkkiz) ABŞ dolları əsas borcun ödəniş müddəti 337 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 10 avqust 2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir.

3. İş materiallarında olan, **********179 saylı, 28 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 336 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borcu, 6.752,23 ABŞ dolları faiz borcu, 31,27 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 14.651,04 ABŞ dolları borcu yaranmışdır.

4. İş materiallarında olan, **********187 saylı, 28 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 337 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.750 ABŞ dolları əsas borcu, 4.632,57 ABŞ dolları faiz borcu, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 10.028,97 ABŞ dolları borcu yaranmışdır.

5. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən, eləcədə işə əlavə edilmiş xəbərnamələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə pretenziya qaydasına əməl edilməklə borcun qaytarılması ilə bağlı rəsmi xəbərdarlıq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə 4.750 ABŞ dolları əsas, 4.632,57 ABŞ dolları faiz, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 10.028,97 USD (on min iyirmi səkkiz ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları, həmçinin Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borc, 6.752,23 ABŞ dolları faiz borc, 31,27 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları, cəmi 14.651,04 USD (on dörd min altı yüz əlli bir dollar, dörd sent) ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti “Mercedes Benz GL 320İ” markalı, **-ZK- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh3 və Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Sonradan kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə qədər uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Zaminlik müqaviləsinə müvafiq olaraq zaminlər İsmət QCavabdeh3 və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Bundan başqa Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli, 336 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Sonradan kredit və zaminlik müqavilənin müddəti xx.xx.2019-cu il tarixinə qədər uzadılmışdır. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin, borclu hər üç müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-2841/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borc, 6.752,23 ABŞ dolları faiz borcu, 31,27 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 14.651,04 (on dörd min altı yüz əlli bir dollar dörd sent) ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilim açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə geri qaytarılması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə yaranmış 4.750 ABŞ dolları əsas, 4.632,57 ABŞ dolları faiz, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbləğində faiz (5%) borcu olmaqla, cəmi 10.028,97 (on min iyirmi səkkiz dollar, doxsan yeddi sent) ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, məhkəməyə iddia ərizəsi üçün ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı ASC-nin “Uğur” filialı ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337 nömrəli zaminlik müqaviləsinə, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337/1 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilələr üzrə onların zaminliyinə xitam verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borc verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borc alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

10. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, 336 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Belə ki, hazırda kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti 10 avqust 2019-cu il tarixdə qurtardığından, kreditor LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən isə məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Belə ki, zaminə qarşı iddia tələbi ilə müqavilə müddəti qurtardığı gündən 01 il ərzində müraciət edilməlidir. Lakin, hazırda isə iddiaçı iddia tələbi ilə müqavilənin müddəti qurtardığı gündən 03 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Odur ki, hazırda zaminlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia müddəti keçdiyindən borcun ödənilməsi üçün onlar məsuliyyət daşımırlar.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386, 385.1, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 449, 477, 739.1 və 741-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə ödənilməli olan əsassız faizlər çıxarılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehlərin ödənişlərinin hansı məbləğdə və hansı dövrlərdə olması məsələsini araşdırmamışdır. Belə ki, son ödənişin illər öncəyə aid olması və bu öhdəliyin icra edilməməsinin başlanğıc anını məhkəmə müəyyən etməmişdir. Halbuki öhdəliyin pozulması anından iddiaçının bu öhdəliyi yerinə yetirməyi tələb etmək hüququ yaranır ki, bu məhkəməyə müraciəti də ehtiva edir. Borc məbləğinin hesablanmasında mütəxəssis iştirak etməli idi, iş üzrə isə məhkəmə ekspertizası keçirilməmiş, iddiaçının təqdim etdiyi sənədlər birbaşa sübut hesab edilmişdir ki, bu da prosessual pozuntudur. Məhkəmə tərəfindən ekspertizanın keçirilməməsi prosessual pozuntu hesab edilməlidir. Öhdəliyin pozulması anı məhəmə tərəfindən müəyyən edilməmiş, buna baxmayaraq məhkəmə dəqiqliklə borc məbləğini özü müəyyən edə bilmişdir. Halbuki edilmiş ödənişlər barədə heç bir məlumatı olmamışdır. Belə olan halda hansı faizlərin əsaslı və ya əsassız olmasını necə müəyyən edə bilmişdir? Məhkəmə iclaslarına dair bildiriş göndərilməmiş, buna görə məhkəmədə iştirak edərək müdafiə olunmaq hüququndan məhrum olmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

15. Cavabdeh1 apelyasiya məhkəməsinə teleqram ünvanlayaraq səhətində olan narahatçılıqla əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, bunun səbəbini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, ləğv edilməsini və iş üzrə ödənilməli olan əsassız faizlərin çıxarılmasını xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

35. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

36. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Maddə 462.3. müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

38. Maddə 465. Əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

39. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

41. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

42. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

43. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

44. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

45. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

46. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.

47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi”.

48. Həmin Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

49. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;

50. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

51. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

52. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;

53. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.

59. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

62. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elxan Selimovun çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin məhkəmənin cavabdehlərin ödənişlərinin hansı məbləğdə və hansı dövrlərdə olması məsələsini araşdırılmaması, iş üzrə isə məhkəmə ekspertizasının keçirilməməsi, öhdəliyin pozulması anının məhəmə tərəfindən müəyyən edilməməsi, faizlərin əsaslı və ya əsassız olmasınının düzgün müəyyən edilməməsi, məhkəmə iclaslarına dair ona bildiriş göndərilməməsi barədə dəlillərinə münasibət bildirərək aşaqıdakıları qeyd etməyi zəruri hesab edir.

66. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

67. Məhkəmə kollegiyası işin qeyd edilən sübutlarını və iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatı təhlil edib, müəyyən edir ki, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 336 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə aylıq 267,33 ABŞ dolları ödəmək şərti ilə 7.000 ABŞ dolları məbləğində kredit, 337 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 22 faiz, aylıq 305,52 ABŞ dolları ödəmək şərti ilə 8.000 (səkkiz min) ABŞ dolları kredit vermişdir. İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında 26 may 2016-cı il tarixdə bağlanmış “336 saylı kredit müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, verilmiş 7.000 (yeddi min) ABŞ dolları kreditin qalıq 6.963 (altı min doqquz yüz altmış üç) ABŞ dolları əsas borcun ödəniş müddəti 336 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 10 avqust 2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir. “337 saylı kredit müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, 8.000 (səkkiz min) ABŞ dolları verilmiş kreditin qalıq 6.028 (altı min iyirmi səkkiz) ABŞ dolları əsas borcun ödəniş müddəti 337 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 10 avqust 2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir.

68. Həmçinin, məhkəmə kollegiyası müəyyən etmişdir ki, **********179 saylı, 28 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 336 saylı, 10 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borcu, 6.752,23 ABŞ dolları faiz borcu, 31,27 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 14.651,04 ABŞ dolları borcu yaranmışdır.

69. İşə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Odurr ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

70. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməməsi barədə Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri də əsasızdır. Belə ki, Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas olan sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir.

71. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixinə təyin edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 qanunvericiliyin tələbinə uyğun olaraq SMS bildiriş göndərilmiş, və həmin məhkəmə baxışı iclasında Cavabdeh2 iştirak etmişdir. Bundan sonra məhkəmə iclasının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərinə təxirə salınması barədə cavabdehlərə yenidən SMS bildiriş göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır.

72. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi həmin dəlillərlə bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir.

73. Halbu ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

75. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

76. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2841/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar