Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-708/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X16 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Vəkil, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(006)-2388/2024 nömrəli qətnaməsindən İddiaçı1 verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı1 xx.xx.2013-cü il tarixdə 30 il müddətinə, X17 isə xx.xx.2015-ci il tarixdə 50 il müddətinə övladları İddiaçı2 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Bundan sonra İddiaçı2 həmin etibarnaməyə istinad etməklə xx.xx.2020-ci il tarixdə X11 6 ay müddətinə etibarnamə vermişdir. Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən bu etibarnamədə X30 DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Xəqani Əzimov bu etibarnamədən istifadə edərək İddiaçı1 məxsus olan ünvan 1həsi 131,2 kv.m. olan və 596,4 kv.m. olan qeyri-yaşayış sahələrini Cavabdeh1 MMC-yə 131.200 manat və 596.400 manat qiymətinə satmış və bununla bağlı tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsini imzalamışdır. İddiaçı2 Tamara Əliyevanın əvəzinə xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 1həsi 596,4 kv.m. və 131,2 kv.m. olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə çıxış edən Xəqani Əliyevlə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlanmışdır. Sazişlərə görə tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrə ilə təsdiq olunmuş alğı-satqı müqavilələrinə xitam verilmiş, alğı-satqı müqavilələrinə əsasən müqavilə məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarılmış, MMC isə qəbul etmişdir. Müqavilələr ləğv edildikdən sonra Bakı şəhəri 54 saylı Notariat Ofisinin müraciətinə əsasən Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 131,20 kv.m. və 597,40 kv.m. olan qeyri-yaşayış sahələrinə dair İddiaçı1 adına yeni çıxarışlar verilmişdir. Yəni, 131,20 kv.m. və 597,40 kv.m. olan qeyri-yaşayış sahələri üzərində İddiaçı1 mülkiyyət hüququ bərpa olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixli etibarnamə üzrə çıxış edən Xəqani Əzimov xx.xx.2020-ci il tarixdə mübahisəli qeyriyaşayış sahələrinin alğı-satqısına dair Cavabdeh2lə AN-İ № ******* nömrəli və ******* nömrəli müqavilələr bağlayaraq qeyri-yaşayış sahələrini 131.200 manat və 596.400 manat qiymətinə sonuncuya satmışdır. ünvan 2 ünvanında yerləşən 131,20 kv.m. və 597,40 kv.m. olan qeyriyaşayış sahələrinə dair Cavabdeh2 adına çıxarışlar verilmişdir. X18 vəfat etmişdir.
2. "xxxx" Bank ASC ilə "xxxx" MMC (direktoru Cavabdeh2) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222 saylı kredit xətti müqaviləsi ilə MMC-yə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış, kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsi üzrə ünvan 1həsi 131,2 kv.m. olan və 596,4 kv.m. olan qeyri-yaşayış sahələrinin bazar qiyməti 262000 manat və ******* manat olaraq müəyyən edilmişdir. Bu zaman həmin əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün Cavabdeh2 həyat yoldaşı X5 razılıq ərizəsi alınmışdır. Mübahisəli qeyri-yaşayış sahələrindən başqa da Cavabdeh1 MMC tərəfindən ASC "xxxx" Banka başqa əmlaklar ipotekaya qoyulmuşdur.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(007)- 949/2023 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı «İddiaçı1 adından Cavabdeh1 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və İddiaçı1 adından Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanında yerləşən ümumi sahəsi 596,4 m2 və 131,2 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(007)-949/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(102)-186/2024 saylı qərarına əsasən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. İstintaq zamanı Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanında yerləşən ümumi sahəsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyri-yaşayış sahələrinin Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirlməsi faktı müəyyən olunmamış və cinayət işi üzrə yaranmış zərurət aradan qalxdığı üçün Cavabdeh2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına görə müvəqqəti olaraq qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlara məktublar göndərilmişdir.
7. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmışdır. İstintaq zamanı Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538-ci məhəllədə yerləşən sahəsi 596.4 kv.m olan və 131.2 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı müəyyən edilmədiyindən 21 sentyabr 2023-cü il tarixli qərarla cinayət təqibinin başlanması rədd edilmişdir.
8. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla adına rəsmiləşdirilmiş Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538-ci məhəllədə yerləşən sahəsi 596,4 m2 olan qeyri-yaşayış sahəsinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538-ci məhəllədə yerləşən sahəsi 131,2 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə "xxxx" MMC-nin direktoru X3 xx.xx.2022-ci il tarixli şikayət ərizəsinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində baxılmış və Cavabdeh2 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində 21 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq ******* manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 Bakı şəhəri və ətraf rayonlarda tikinti işləri ilə məşğul olan bir neçə şirkətin rəhbəridir, digər iddiaçı isə İddiaçı2 atasıdır. 2018-ci ilin əvvəllərində İddiaçı2 Xəqani adlı çox yaxın tanışı onu hazırki iş üzrə Cavabdeh2 ilə tanış edərək bildirmişdir ki, Cavabdeh2 armatur işi ilə məşğuldur, onun dostudur, Bakı şəhərinin müxtəlif rayonlarında aparılan tikinti sahələrinə armatur verilməsini təmin edə bilər. Həmin dövrdə İddiaçı2 rəhbəri olduğu "xxxx" MMC tərəfindən Bakı və Pirallahıda tikinti işləri görülürdü. Xəqaninin deməsinə görə Cavabdeh2 armaturu həm Rusiyadan gətirir, həm də yerli armaturların satışıyla məşğuldur. Armatur Bilaldan alındığı halda Xəqani özü də pul qazana bilər və bu səbəbdən İddiaçı2 belə bir xahiş etmişdir. Həmin vaxtlar sıx iş qrafiki səbəbindən İddiaçı2 Xəqaniyə əhəmiyyət verməmiş, təklifinə fikir bildirməmişdir. Bir müddət sonra isə Miri adında digər tanışı zəng edərək Bilaldan armatur götürməyini, o da tonundan qazanc əldə edəcəyini bildirmiş, İddiaçı2 seyid kimi tanıdığı Mirinin sözünü yerə salmayıb razlıq vermişdir. Beləcə Cavabdeh2lə görüşərək armatur alışını razılaşdırmışlar. Razılığa əsasən, armatur ümumi bazar qiymətindən tonunda 50 m baha alınacaq və alınmış armaturun dəyəri dərhal deyil, 1 ay müddətində ödəniləcək. Bundan başqa, razılığa əsasən armatur sifarişinə uyğun olaraq etibarlı olsun deyə İddiaçı2 yeni tikilən binalarda olan mənzilləri girov qoyur, armaturun pulu ödənildikdən sonra mənzillər İddiaçı2 geri qaytarılır. Bu gedişlə İddiaçı2lə iş üzrə Cavabdeh2 arasında iş birliyi yaranmış, sifariş verilmiş armaturların pulları vaxtı-vaxtında ödənilmiş və bunları təsdiq edəcək üzləşmə aktları vardır. Tərəflər arasında hər hansı borc öhdəliyi qalmamışdır. Bir müddət sonra Cavabdeh2 İddiaçı2 Masazır qəsəbəsində anasının adına, lakin özünə məxsus tikinti üçün uyğun torpaq sahəsi olduğunu bildirmiş, (daha sonra həmin torpaq sahəsi "xxxx" ASC-yə girov qoyulmuş, iş materilları ilə anasına məxsus olması təsdiq olunur) sənədləşmə layihə işləri aparılandan sonra birlikdə tikintiyə başlamağı təklif etmişdir. Həmin torpaq sahəsinin çıxarışını və harda yerləşmə sxemini whatsap vasitəsilə İddiaçı2 göndərmişdir. Elçin Əsədov adlı mühəndis tərəfindən Bilalın təklif etdiyi əraziyə baxış keçirilmiş, tikintiyə uyğun olduğu müəyyənləşdirilmişdir. Lakin maddi sıxıntılar səbəbindən tikintiyə başlamaq mümkün olmamışdır. Bu zaman Cavabdeh2 bildirmişdir ki, Xalq bankla münasibətləri çox yaxşıdır, idarə heyətinin sədri onun bacanağıdır və aşağı faizlə kredit götürə bilər. Lakin götürüləcək kreditə görə əmlak girov qoyulmalıdır. Bir müddət sonra Xəqani də eyni söhbəti açaraq bildirmişdir ki, Cavabdeh2 Xalq bankdan kredit götürə bilir. Həmçinin Bilal bildirmişdir ki, İddiaçı2 digər kreditləri üzrə gecikmələri olduğundan onun adına kredit verilməyəcək. Bu səbəbdən kredit başqa bir şirkət, yəni öz şirkətinin adına götürülməlidir. Danışığa əsasən banka girov qoylacaq əmlak Bilala məxsus şirkətin adına keçirilməlidir və kreditin İddiaçı2 tərəfindən götürüldüyünü heç kim bilməməlidir. Şərtə görə kredit alınandan sonra Cavabdeh2 anasına məxsus Masazır qəsəbəsində yeni bina inşa ediləcək, satışdan əldə edilən gəlirlə, həm kredit borcu ödəniləcək, həm də gəlir tərəflər arasında bölüşdürüləcəkdir. Maddi sıxıntılar və yarımçıq qalmış tikinti işlərinin yekunlaşdırılması məqsədilə İddiaçı2 məcburiyyət qarşısında qalaraq onunla razılaşmış, banka girov üçün Nobel prospektində tikintisi başa çatmamış binalardan əmlak təklif etmişdir, lakin müəyyən müddət keçdikdən sonra Cavabdeh2 bankın razılaşmadığını bildirmişdir. Həmin dövrdə Bakı şəhəri Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci məhəllədə inşa edilən binada tamamlama işləri getdiyindən və Bilalın deməsinə görə bank həmin binadan girov qəbul edə biləcəyindən, oradan girov qoymağı təklif etmişdir. Beləcə İddiaçı2 atası İddiaçı1 məxsus əmlakı girov qoymaqla kredit götüməyi qərarlaşdırmışdır. Cavabdeh2 şərti yenə təkrar edərək, dəfələrlə bildirmişdir ki, kreditin İddiaçı2lə əlaqəli olduğunu heç kim bilməməlidir. Onun deməsinə görə Xalq bank tərəfindən məsələnin üstü açılsa, kredit verilməsindən imtina ediləcəkdir. Çünki İddiaçı2 gecikmədə olan kreditləri var, problemli müştəridir. Beləcə İddiaçı1 İddiaçı2 vermiş olduğu etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə ortaq tanışları X11 6 ay müddətinə 2 etibarnamə verilmişdir. Həmin etibarnamələr üzrə İddiaçı1 DƏDRX-nin Ərazi İdarəsinir xx.xx.2019-cu il tarixli (**********42- 05301-083001 reyestr nömrəli, qeydiyyat **********) və xx.xx.2019-cu il tarixli (**********42-05301-083002 reyestr nömrəli, qeydiyyat **********) çıxarışlara əsasən özünə məxsus ünvan 3 ünvanda yerləşən qeydi-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış, forma 1 almağı, mülkiyyət üzrə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi Xəqani Əzimova etibar etmişdir. Danışığa əsasən sözügedən əmlak Bilala məxsus şirkətə satılmalı, yeni çıxarış alındıqdan sonra şirkət adından girov qoyulmalı, daha sonra bankdan götürülmüş kreditlə binaların inşasına başlanmalı idi. Bütün şərtlərin sənədləşdirilməsinin həyata keçirilməsi üçün Xəqaniyə etibarnamə verilmişdir. Baş tutacaq alqı-satqı prosesində Rəhim Əiyevin arvadı X7 razılıq ərizəsi tələb olunduğundan xx.xx.2020-ci il tarixdə İddiaçı2 anası Tamara Əliyeva tərəfindən ona xx.xx.2015-ci il tarixdə verilmiş etibarnamə əsasında ərizə yazaraq, İddiaçı1 mülkiyyətində olan Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci ünvanda yerləşən 596.4 m2 və 131.2 m2 qeyriyaşayış sahələrinin girov qoyulmasına, satılmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Əmlakın bazar dəyərinin simvolik olaraq m2 1000 manat göstərilməsi razılaşdırılmış və xx.xx.2020-ci il tarixdə sözügedən əmlaklara dair alqı-satqı müqaviləsi bağlanmış, «Alıcı» kimi Cavabdeh2 faktiki rəhbər olduğu, bacısı oğlu X8 təmsil etdiyi Cavabdeh1 MMC göstərilmişdir. «Satıcı» kimi müqavilə etibarnaməyə əsasən Xəqani Əzimov tərəfindən imzalanmışdır. İddiaçı2 əmlakın satılmasına razılıq ərizəsi verdikdən 3- 4 gün sonra Xəqanidən işin nə yerdə olduğunu soruşmuş, o isə alğısatqı olduğunu, əmlakın şirkətin adına keçirilməsi ilə bağlı proses getdiyini bildirmişdir. Daşınmaz əmlaka dair şirkətin adına çıxarış alındıqdan sonra banka müraciət olunmalı, kredit götürülməli idi. Bir müddət keçdikdən sonra İddiaçı2, Xəqaniyə və Cavabdeh2 zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, onlar hər ikisi bildirmiş ki, müəyyən işlər gedir, banka müraciət olunub, artıq sənədlər toplanılır, bank tərəfindən müəyyən monitorinq və qiymətləndirmə aparıldıqdan sonra kredit veriləcək. Onların danışıq şərtlərinə uyğun rəftarını görüb arxayın olduqdan sonra öz işləri ilə məşğul olmağa davam etmişdir. Hər dəfə məsələ ilə maraqlandıqda Cavabdeh2, kreditin məbləğinə görə müəyyən ləngimə olduğunu, bu cür kreditlərin çox rahatlıqla həll olunmadığını, bankın rəhbərliyi ilə məsələnin razılaşdırıldığını bildirmiş, heç bir narahatçılıq olmacağından əmin olmasını xahiş etmişdir. Xeyli müddət keçdikdən sonra İddiaçı2 Bilaldan kreditlə bağlı yenə maraqlandıqda Hacıyev ona bildirmişdir ki, kredit alınmır, kredit vermirlər. İddiaçı2 haqlı narazılığını, neçə müddətdir boş-boşuna gözlədiyini irad kimi bildirirək əmlakı geri qaytarmağı tələb etmiş, Cavabdeh2 isə əmlakı geri qaytarmaq müqabilində İddiaçı2 əsassız olaraq pul tələb etmişdir. Heç bir iş görülmədiyi, kredit həll olunmadığı halda nə əsasla pul istədiyini, nə əsasla əmlakı geri qaytamadığını soruşduqda aralarında mübahisə baş vermişdir. İddiaçı2 daha sonra Xəqaniyə zəng vuraraq nə baş verdiyini, nəyə görə kreditin alınmadığını soruğduqda və Bilalın ona dediklərini Xəqaniyə bildirdikdə, Xəqani bu məsələyə görə Bilalın əziyyət çəkdiyini 5-10 min manat verəcəyi halda əmlakı əvvəlki vəziyyətə qaytaracağını bildirdi. Bir müddət sonra Xəqani Əzimov ürək tutmasından qəflətən vəfat etmişdir. Rəhmətə gedəndən sonra yoldaşların vasitəsiylə Bilaldan əmlakın geri qaytarılmasını tələb etmişdir. Bilal da cavab olaraq gah İddiaçı2 onu telefonda təhqir etməsini, gah da əmlaka görə Xəqaniyə 700.000 manat verdiyini, İddiaçı2 tanımadığını, əmlakı Xəqanidən aldığını səbəb kimi gətirib məsələni yoluna qoymaqdan boyun qaçırmışdır. Heç bir nəticə olmadığını görüb Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edilmiş, eyni zamanda notariat ofisinə sorğu verilmişdir. Cavabdeh2 İddiaçı2 şikayət ərizəsi üzrə dindirilərkən Raufu tanımadığını, əmlakın Xəqaniyə məxsus olduğunu, Xəqaniyə 700.000 manat verib əmlakı aldığını bildirmişdir. İlkin ifadəsində İddiaçı2lə arasında olan armatur satışı və Masazırdakı torpaq sahəsində bina tikintisi ilə bağlı iş birliyini inkar etmiş, sonra izahatında İddiaçı2 ona armatura görə borcu olduğunu bildirmişdir. Cavabdeh2 yalan ifadə verdiyini görüb, armatur işi ilə bağlı üzləşmə aktları sübut kimi prokurorluğa təqdim edilmiş, aktlara əsasən heç bir borc olmadığı məlum olmuşdur. Beləcə mülki mübahisə olduğundan Cavabdeh2 barəsində cinayət işi başlanmamışdır. Daha sonra, yəni 2022-ci ilin noyabr ayında sözügedən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və digər sənədlərinin təqdim edilməsi ilə bağlı Bakı şəhəri 54 saylı Dövlət Notariat Ofisinə vəkil sorğusu verilmiş, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh2 tərəfindən razılıq şərtləri pozulmuş, əmlak şirkətə deyil Cavabdeh2 özünə satılmışdır. Belə ki, notariat ofisindən əldə olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı1 xx.xx.2013-cü il tarixdə 30 il müddətinə, X17 isə xx.xx.2015-ci il tarixdə 50 il müddətinə İddiaçı2 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Hazırda etibarnamələr qüvvədədir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən İddiaçı2 xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alğı - satqı müqavilələri bağlayaraq İddiaçı1 məxsus olan ünvan 5 131.2 m2 olan və 596.4 m2 olan qeyri-yaşayış sahələrini Cavabdeh1 MMC-yə 131.200 manat və 596.400 manat qiymətinə satmışdır. Qeyri-yaşayış sahələri satılarkən İddiaçı2 X7 əvəzinə xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 5 596.4 m2 və 131.2 m2 olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Eyni zamanda İddiaçı2 İddiaçı1 ona verdiyi etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək İddiaçı1 adından xx.xx.2020-ci il tarixdə 06 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə, X11 etibarnamə verərək DƏDRX-nin ərazi dairəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X18 onun əvəzinə Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlamış və sazişlərə əsasən tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrə ilə təsdiq olunmuş alğı-satqı müqavilələrinə xitam verilmiş, alğı-satqı müqavilələrinə əsasən satıcı İddiaçı1 alıcı Cavabdeh1 MMC-dən ümumi aldığı satış qiymətləri olan pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarmış, MMC isə qəbul etmişdir. Müqavilələr ləğv edilmiş, Bakı şəhəri 54 saylı Notariat Ofisi Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixdə müraciətlər edərək ünvan 6 ünvanda yerləşən 131.20 m2 və 597.40 m2 olan qeyriyaşayış sahələrinə dair İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli çıxarışların bərpa edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışlar ilə ünvan 6 ünvanda yerləşən 131.20 m2 və 597.40 m2 olan qeyri-yaşayış sahələrinin İddiaçı1 xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X2 Rəhim Nəsib oğlunun əvəzinə Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə AN-İ № ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələri bağlayaraq ünvan 5 131.2 m2 olan və 596.4 m2 olan qeyri-yaşayış sahələrini Cavabdeh2 na 131.200 manat və 596.400 manat qiymətinə satmışdır. Cavabdeh2 ərizələr verərək qeyriyaşayış sahələrinin onun mülkiyyətinə qeydiyyata alınması ilə əlaqədar notariusa çıxarışa sorğu verilməsini xahiş etmiş və onun adına ünvan 6 ünvanda yerləşən 131.20 m2 və 597.40 m2 olan qeyriyaşayış sahələrinə dair çıxarışlar verilmişdir. İddiaçıların sözügedən qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsindən, əmlakların Cavabdeh2 satılmasından məlumatları olmamış, xx.xx.2020-ci il tarixli alğısatqı müqavilələri onların iradə ifadələrini əks etdirməmişdir. Əqdin etibarlı olması üçün tələb olunan elementlər bunlardır - subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması); -məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi); - tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə oluması və müvafiqliyi) və formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu) Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır - onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli AN- İ № ******* nömrəli alğı-satqı müqavilələri yalan əqd olmuş, aralarında olan yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olmuşdur. xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu təsdiq edən digər xüsusat əmlakların satış dəyəri ilə bağlıdır. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə MMC-yə 36 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, mübahisəli əmlakların sahəsi 131.2 m2 qeyri-yaşayış sahəsinın bazar qiyməti 262.000 manat, 596.4 m2 olan sahənin bazar qiyməti 1.252.000 manat müəyyən edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələrində əmlakın hər m2 dəyəri 1000 manat müəyyən edilmiş, əmlaklar 131.200 manata və 596.400 manata alğı-satqı edilmişdir. Məlum məsələdir ki, banklar təminatlı kredit verərkən riskləri sığortalamaq üçün girov qoyulan əmlakı aşağı qiymətləndirir. Əgər kreditor borcu geri qaytarmaqda çətinlik çəkərsə, girovu satmaq məsələsi gündəmə gəlir və buna görə də bankların əmlakın real dəyərindən qatqat aşağı qiymətə götürür ki, onu sonradan rahat sata bilsin. Bank tərəfindən girov götürülən zaman əmlakın qiyməti (real bazar dəyərini əks etdirməsə də) xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətdən iki dəfə baha qiymətləndirilmişdir. Həmçinin qeyd edilməlidir ki, Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanda ümumi sahəsi 596.4 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 3.907.000 manat, eyni ünvanda sahəsi 131.2 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 939.000 manat təşkil edir. Bu hal da, tərəflər arasında əmlakın alğı-satqısına dair bağlanmış müqavilənin yalan olduğunu, alğı-satqı müqaviləsində əmlakın dəyərinin simvolik olaraq müəyyən edildiyini, niyyətin əmlak almaq və satmaq olmadığını, başqa bir razılşamanı pərdələdiyini təsdiq edir. O da qeyd edilməlidir ki, Cavabdeh2 alğı-satqı müqaviləsi ilə pərdələnmiş anasının mülkiyyətində olan torpaq sahəsində yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığına dair razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan başqa, İddiaçı2 Xəqani Əzimova verdiyi xx.xx.2020-ci il tarixli etibarnamədə İddiaçı2 Xəqani Əzimova reyestr xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (**********42-05301-083001 reystr nömrəli, qeydiyyat **********) çıxarışa əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Lakin Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edildikdən sonra tərəflər əvvəlki vəziyyətə qayıtmış, İddiaçı1 adına xx.xx.2020-ci ildə yeni çıxarış verilmişdir və xx.xx.2019-cu il tarixli çıxarış artıq qüvvədə olmamışdır. xx.xx.2020-ci ildə Cavabdeh2lə alğı-satqı müqaviləsi bağlanarkən bu çıxarış qüvvəsini itirmiş, X23 Əliyevə məxsus həmin əmlaka dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Notariat işində olan X7 xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, o, əri İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən (xx.xx.2019-cu il tarixli **********4205301-083001 reyestr nömrəli, qeydiyyat **********) 131.2 m2 və (xx.xx.2019cu il tarixli **********42- 05301-083002 reyestr nömrəli, qeydiyyat **********) 596.4 m2 qeyri-yaşayış sahələrinin satılmasına etiraz etməmiş, ərizələr etibarnamə əsasında İddiaçı2 tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələri xx.xx.2020ci il tarixli sazişlə ləğv edilmiş, xx.xx.2020-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh2 arasında alğı-satqı müqavilələri bağlanmış, Tamara Əliyevanın xx.xx.2020-ci il tarixli razılıq ərizəsi digər notariat işindən çıxarılaraq həmin işə əlavə edilmiş, ondan yeni ərizə alınmamış və bununla da qanunsuzluğa yol verilmişdir. Belə ki, Cavabdeh1 MMC ilə bağlanmış alğısatqı müqaviləsinin ləğv edilməsindən sonra, İddiaçı1 mülkiyyət hüquqi yeni qeydiyyat üzrə xx.xx.2020-ci il tarixdə bərpa edilmiş, reyestr nömrəsi dəyişdirilmiş, Tamara Əliyevanın 2019-cu il tarixli reyestr üçün nəzərdə tutulmuş razılıq ərizəsi öz hüquqi qüvvəsini itimişdir. Notariat ofisi Tamara Əliyevadan yeni razılıq ərizəsi almalı olduğu halda, bunu etməmiş, saxtakarlığa yol verərək köhnə ərizəni yeni işə əlavə etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçıların, o cümlədən Tamara Əliyevanın xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsindən məlumatları olmamış, əmlakın Cavabdeh2 «satılması» onlardan gizlədilmişdir. Yuxarıda qeyd edilən sənədləşmə zamanı müəyyən pozuntulara yol verildiyi məhkəmə qərarı ilə təsbit olunmuşdur. Belə ki, iddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə «müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxıldığından, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-949/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verildiyini təsdiq etmiş, lakin kəsici müddət səbəbindən qətnaməni dəyişdirmədən saxlamışdır. Müqavilələrin etibarsızlığı ilə bağlı mülki işə baxılarkən X10 Orxan Xəqani oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, o tərəfləri atası vasitəsilə qiyabi tanıyır. Atasının tərəflərlə olan münasibətləri ilə bağlı çox da maraqlanmamış, atası dünyasını dəyişdikdən sonra bu qeyri-yaşayış sahəsi ilə bağlı məsələ ortaya çıxmışdır. Düzü, atası bu münasibətləri, əlaqələri ilə də bağlı çox da danışmırdı. Qeyri-yaşayış sahəsinin hansı olduğunu bilməsə də onların evinə bununla bağlı hər hansı pul gəlib çatmamışdır. Onu Korrupsiyaya qarşı Mübarizə üzrə Baş İdarəsindən də çağırmış, ona həmin bu qeyriyaşayış sahəsi ilə bağlı, belə bir obyektlərinin olub- olmaması, nə vaxt alınması tərzdə suallar vermişlər. O, orada da bu məsələ ilə bağlı ifadə vermişdir. Elə qeyri-yaşayış sahələri barədə də idarədən çağırıldığı zaman məlumatı olmuşdur. O, mübahisəli qeyriyaşayış sahəsinin Nizami rayonunda bir binanın aşağı hissəsində yerləşdiyini bilir. Onların imkanları olmadığı üçün atası qeyd olunan obyekti ala bilməzdi. Atası vəfat etdikdən sonra da sıxıntıları davam etmişdir. Atasının daimi bir işi, müəyyən bir biznesi olmamışdır. Göründüyü kimi, Cavabdeh2 mübahisəli əmlakları Xəqani Əzimovdan alması, əmlakın Xəqaniyə məxsus olması və müqavilələr bağlanan zaman heç bir pozuntuya yol verilməməsi ilə bağlı digər məhkəmə və prokurorluqda aparılan araşdıma zamanı bildirdikləri həqiqəti əks etdirmir və təqdim edilmiş sübutlarla yanaşı, Orxan Əzimovun ifadəsi ilə təkzib edilir. Görünən odur ki, Xəqani Əzimov Cavabdeh1 MMC ilə digər əqdi pərdələmək üçün bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrini 10 gün sonra ləğv edərək, Cavabdeh2lə sövdələşmiş və onunla yeni müqavilə bağlamışdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən MMC Cavabdeh2 bacısı oğlu X12 məxsusdur. Cavabdeh2lə bağlanacaq yeni müqavilədən iddiaçıların məlumatlarının olmaması üçün ilkin müqavilə üçün notariat ofisi tərəfindən alınmış xx.xx.2020-ci il tarixli razılıq ərizələrindən istifadə edilmiş və bununla da aralarında olan sövdələşməni gizlətmişlər. Beləliklə, cavabdehlərin pis niyyətlə sövdələşməsi nəticəsində iddiaçı əmlakından məhrum olmuş, bu xüsusat qanuni güvvəyə minmiş məhkəmə aktları ilə təsbit edilmiş, eyni məhkəmə aktları ilə əmlakın özünün mübahisələndirilməsi mümkün olmasa da, əmlakın dəyərindən ibarət vurulmuş zərərin tələb edilməsi hüququ qanunvericilikdə təsbit olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə «mədaxil edilmiş» 727.600 manat pulun 10 gün müddətində depozit hesabda qalması və sonradan geri dövr edilərək müqavilənin Cavabdeh2lə eyni məbləğdə rəsmiləşdirilməsi də konkret olaraq pulun verilməsini istisna edir. Bundan başqa, prokurorluqda araşdırma zamanı dindirilmiş Kənan Cuvarov öz ifadəsində bildirmişdir ki, dayısı Cavabdeh2 göstərişi ilə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə imza etmiş, bundan bir neçə gün sonra həmin müqavilə ləğv edilmişdir. Hesab edirik ki, cavabdehlər pis niyyətlə sövdələşərək iddiaçının hesabına əsassız olaraq varlandıqlarından əmlakın dəyərindən ibarət vurulmuş zərər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2388/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Qətnamənin əsaslarına görə, iddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Bank ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə «müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi əsaslı olmadığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxıldığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-949/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda iddiaçılar apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verildiyini təsdiq edilməsinə istinad edərək hazırki iddialarının əsası kimi xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu, tərəflər arasında yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olduğunu və s., həmin əqdlərin bağlanması nəticəsində onlara maddi zərər vurulmasını, maddi zərərin müqavilələrdə qeyd olunan alğı-satqı qiymətləri ilə müqavilələr bağlanan dövrdə faktiki olaraq mövcud olmuş bazar qiymətləri arasında olan kəskin fərqdən ibarət olduğunu qeyd edərək vurulmuş maddi zərərin əvəzi olaraq ******* manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulmalı olmasını iddia edirlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş faktların və halların hazırki iş üzrə nəzərə alınmalı olmasını mütləq və zəruri edir. İddiaçılar hazırki tələblərini iddia ərizəsində qeyd olunan müqavilələrə, eləcə də, digər müqavilələrə hüquqi qiymət verilərək onların etibarsızlığına dair iddiaların əsassız olmasını təsdiq edən iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarının fonunda təqdim edirlər. Yəni, başqa sözlə, qanuniliyi mübahisələndirilmiş alqı-satqı müqavilələrin hazırda da qüvvədə olmasına, satılmış obyektin konkret şəxsin mülkiyyətində olmasına baxmayaraq onlara cavabdehlər tərəfindən maddi ziyan vurulması iddia edilir. Hazırki iş üzrə İddiaçı2 iddia qaldırmağa subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiada göstərilən sözügedən əmlak İddiaçı1 adına olmuş və onun, eləcə də həyat yoldaşı X7 verdiyi etibarnamələr əsasında oğulları İddiaçı2 özlərinə məxsus olan daşınmaz əmlakla bağlı etibarnamə vermişlər. İddianın məzmunundan İddiaçı1 adına olmuş Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanda qeyri-yaşayış sahəsinə münasibətdə etibarnamə əsasında çıxış edən İddiaçı2 Cavabdeh2 və digər şəxslərlə işgüzar və digər niyyətlərlə olan münasibətləri əsasında yaranan hüquqi nəticələr əsasında maddi ziyan vurulması iddia edilsə də, məhkəmə hesab edir ki, İddiaçı1 adına olmuş əmlakın özgəninkiləşdirilməsindən başlayaraq sonradan baş verməsi iddia edilən digər hallarla bağlı ziyan vurulması faktı olmuş olsa da idi belə, bununla bağlı iddia qaldırmaq hüququ məhz mülkiyyətçi olaraq İddiaçı1 məxsus olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Prosessual hüquq normasının tələbindən göründüyü kimi, yuxarıda adları çəkilən məhkəmə aktları ilə iddia ərizəsində qeyd olunan müqavilələrə, eləcə də, digər müqavilələrə hüquqi qiymət verilmişdir və qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən edilmiş həmin fakt hazırda mübahisələndirilə və yenidən sübut edilə bilməz. Əqdlər bütün şərtlərinə, eləcə də tərəflərin sərbəst iradə ifadəsinə əsasən təyin edilmiş alğı-satqı qiymətlərinə münasibətdə qanuni qüvvəsini almış məhkəmə aktına əsasən etibarlı hesab olunduğundan, həmin müqavilələrin bağlanması nəticəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması da istisna olunur. Buna baxmayaraq məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmasından əlavə, həm də digər əsaslara görə əsassız sayılmışdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə də əsassız olduğundan təmin edilməməlidir. İddiaçılar tərəfindən İddiaçı2 etibarnamələr verilmiş və İddiaçı2 həmin etibarnamələr əsasında ona verilmiş hüquqlardan istifadə edərək, xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqısatqı müqavilələrini bağlamış və əmlaklar ilk öncə Cavabdeh1 MMC-yə satılmış, həmin müqavilələr ləğv edildikdən və əmlak əvvəlki mülkiyyətçinin mülkiyyətinə qaytarıldıqdan sonra isə İddiaçı2 tərəfindən İddiaçı1 adından X11 verilmiş etibarnamə əsasında bu əmlaklar Cavabdeh2 satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahələri Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş və Cavabdeh1 MMC tərəfindən bankdan kredit götürülmüşdür. İddiaçılar məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələri barədə bağlanmış alqı-satqı müqavilələrinin və sazişlərin etibarsız hesab edilməsini xahiş etsə də həmin müqavilələrin və sazişlərin etibarsızlığı üçün əsasların olmasını məhkəmədə sübut edə bilməmişlər. Belə ki, İddiaçı1 və X17 tərəfindən oğulları İddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə vermək, imza etmək, işləri aparmağı və digər hərəkətləri etmək etibar edilmiş, həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilməklə bu etibarnamələrin müddəti müvafiq olaraq xx.xx.2043-cü il və xx.xx.2065-ci il tarixlərədək müəyyən edilmişdir. Alqı-satqı müqavilələri bağlanan vaxt, yəni 2020-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçılar tərəfindən verilmiş etibarnamələrdə bütün əmlakları öz mülahizələrinə görə almaq, satmaq, onun adından ərizə vermək, imza etmək, işləri aparmaq və digər hərəkətləri etmək etibar edilmiş, İddiaçı2 da İddiaçı1 adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqavilələri bağlamış, X7 adından mübahisəli əmlakların satılmasına etiraz etməməsi barədə ərizə verilmiş, İddiaçı1 ona vermiş olduğu etibarnaməsinə əsasən başqa şəxsə etibarnamə vermişdir. Göründüyü kimi müqavilə və sazişlər rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Hansı ki, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Belə ki, etibarnamələr hələ də qüvvədədir və iddiaçılar tərəfindən ləğv edilməmişdir. Bundan əlavə məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin “İddiaçı2 anası Tamara xanım daşınmaz əmlakın Cavabdeh1 MMC-yə satılması ilə bağlı razılıq ərizəsinin həmin işdən çıxarıb gətirib digər işin içinə qoymaları” dəlili ilə bağlı qeyd edir ki, qeyd olunan hal işin mahiyyətinə təsir etmir. Belə ki, iddiaçı X17 etibarnamə üzrə bütün əmlaklar barədə səlahiyyətlərini İddiaçı2 ötürmüş və İddiaçı2 onun adından bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda ərizə vermək, imza etmək, işləri aparmağı və digər hərəkətləri etmək səlahiyyətləri olmuşdur. Həmçinin məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırki iş üzrə mübahisəli qeyri - yaşayış sahələri satılan Cavabdeh2 müqavilələr üzrə vicdanlı alıcıdır və onun tərəfindən müqavilələr üzrə alqı-satqı məbləğləri ödənilmiş, bu isə iş materiallarına əlavə edilmiş xəzinə mədaxil orderi ilə öz təsdiqini tapmışdır. Qeyd olunan halların əksi isə iddiaçılar tərəfindən sübuta yetirilməmişdir. Ona görə də Cavabdeh2 ilə bağlanılmış alqı-satqı müqavilələri və xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə sazişlər etibarsız hesab edilə bilməz. Hazırda Cavabdeh2 adına olan çıxarışlar da qüvvədədir. Cavabdeh İddiaçı2 və Cavabdeh2 barəsində də cinayət işi yekunlaşmamış və onların əməllərinin qanunsuz olması barədə rəsmi qərar mövcud deyildir. Beləliklə, şifahi olaraq məhkəmə iclaslarında bildirilənlər qeyd olunan müqavilələrin etibarsız hesab olunmasına dəlalət etmir. Hansı ki, məhkəmə iclasında mübahisəli əqdlərin İddiaçı2 Cavabdeh2 olan borclarını pərdələmək məqsədilə və ya İddiaçı2 onun tərəfindən hüquqi şəxsdə təsisçi və ya onun idarə edilməsində iştirak etmək üçün bağlanması bildirilsə də, qeyd olunan hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilə bilinməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, şahid kimi məhkəmədə dindirilmiş etibarnamə əsasında alqısatqıda iştirak etmiş X9 oğlu X13 verdiyi ifadələr mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlər üzrə iştirakçı olmadığından onun ifadəsi iş üçün əhəmiyyət kəsb edən birbaşa sübut kimi qəbul edilərək iddia tələbinin təmin olunması qənaətinə gəlinməsinə əsas verməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin vaxtilə mübahisələndirdiyi əqdlər və onların hüquqi nəticələri hazırda qüvvədə olduğu, başqa sözlə onların qanuni əsaslarla bağlanması və verilməsi qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapdığı halda, hazırda digər əsaslardan çıxış edərək cavabdehlərə qarşı maddi ziyan vurulmasına dair irəli sürülən tələblərin qanuni əsasları olmamışdır. İddiaçı tərəfin hazırki iddiada sadaladığı hallar, yəni, konkret olaraq iddiaçının cavabdehlər tərəfindən aldadılması ilə əqdlərin bağlanması heç bir mötəbər sübutlarla öz təsdiqini tapmır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin məhkəmə hazırki iş üzrə məhkəmədə dindirilmiş şahid- etibarnamə əsasında alqı-satqıda iştirak etmiş X9 oğlu - X13 ifadəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Habelə məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Hazırki iş üzrə şahid mərhum atası ilə digər şəxslər arasında olmuş hadisələri aydın və müfəssəl təsvir etməmiş, hadisələri məntiqi ardıcıllıqla əks edə bilməmişdir. Eyni zamanda şahid mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlərin də iştirakçısı olmamış, həmçinin hazırda onun verdiyi ifadə Bakı şəhəri Nizami Rayon Məhkəməsində verdiyi ifadələrə oxşar məzmunlu ifadələr olmuşdur. İddiaçı tərəf hazırki iddialarının əsası kimi iddia etdikləri hallar üzrə X1 onun iş üzrə tərəflərlə aralarında olan münasibətlərindən heç bir məlumatı olmayan oğlunun mötəbər olmayan ifadələrinə bir daha istinad etməyə cəhd etmişlər. Məhkəmə şahidin Bakı şəhəri Nizami Rayon Məhkəməsində bu işlə bağlı verdiyi ifadəsi ilə hazırki iş üzrə verdiyi oxşar məzmunlu ifadəsinə qiymət verməyə davam edərək hesab etmişdir ki, həm bu məzmunlu ifadəyə əvvəlki məhkəmə tərəfindən icraatda olan digər iddia ilə bağlı iş üzrə qiymət verildiyindən, həm hazırki iş üzrə həmin şahidin ifadəsində verdiyi məlumatların şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığından, həm də şahidin mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlər üzrə iştirakçı olmadığından hazırki ifadəsi iş üçün əhəmiyyət kəsb edən birbaşa sübut kimi qəbul edilmir və iddia tələbinin təmin olunması qənaətinə gəlinməsinə əsas vermir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı tərəfin irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və iddiaçı tərəf cavabdehlərə qarşı iddia tələbinin əsası kimi istinad etdikləri hallara (cavabdehlər tərəfindən onlara bu və ya digər şəkildə maddi zərər vurulmasına) dair mötəbər sübutlar təqdim etmədiklərindən iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, xx.xx.2020-ci il tarixli, AN-İ№ ******* nömrəli və xx.xx.2020-ci il tarixli AN-İ№ ******* nömrəli alqı – satqı müqavilələri yalan əqd olmuş, tərəflər arasında yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olmaqla, həmin əqdlərin bağlanması nəticəsində İddiaçı1 maddi zərər vurulmasını, maddi zərərin müqavilələrdə qeyd olunan alqı-satqı qiymətləri ilə müqavilələr bağlanan dövrdə faktiki olaraq mövcud olmuş bazar qiymətləri arasında olan kəskin fərqdən ibarət olduğunu birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, iddiada göstərilən sözügedən əmlak İddiaçı1 adına olmuş və onun, eləcə də həyat yoldaşı X7 verdiyi etibarnamələr əsasında oğulları İddiaçı2 özlərinə məxsus olan daşınmaz əmlakla bağlı bank məsələlərinin həyata keçirilməsi üçün etibarnamə vermişlər. Onların xəbəri olmadan, eyni zamanda, qanuni maraq və mənafelərinə zidd olaraq oğulları İddiaçı2 Xəqani Əzimova etibarnamə vermiş və sonuncu onların birgə mülkiyyətində olan ümumi sahəsi 596,4 kv.m. və 131,2 kv.m. olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanda qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixində alğı-satqımüqaviləsi əsasında üçüncü cavabdehə satmışdır. xx.xx.2020-ci il tarixdə isə Xəqani Əzimov etibarnamədən təkrarən istifadə edərək xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alğı-satqımüqaviləsinin ləğvinə dair saziş bağlamışlar. Daha sonra xx.xx.2020-ci il tarixdə Xəqani Əliyev birinci iddiaçının adından tanımadıqları birinci cavabdehlə hər iki qeyri-yaşayış sahəsini alğı-satqı müqaviləsi ilə rəsmiləşdirərək öz adına keçirmişdir. Oğulları İddiaçı2 verdikləri etibarnamədən istifadə edilərək tanımadıqları şəxslər vasitəsi ilə əmlaklarının başqa şəxsə satılması yolverilməzdir. Bu məsələnin mövcudluğundan xəbər tutan kimi araşdırma aparmış və məlum məsələni aşkara çıxarmışlar. Həmin etibarnamədə və bu etibarnamə əsasında baş tutmuş hüquq münasibətində (ipoteka müqaviləsinin bağlanmasında) təmsil edilən şəxs kimi onların iradə və maraqları müəyyən şəkildə ifadə olunmamışdır. İddiaçı1 adına olmuş Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanda qeyriyaşayış sahəsinə münasibətdə etibarnamə əsasında çıxış edən İddiaçı2 Cavabdeh2 və digər şəxslərlə işgüzar və digər niyyətlərlə olan münasibətləri əsasında yaranan hüquqi nəticələr əsasında maddi ziyan vurulmuşdur. Məhkəmə yalnız əvvəlki məhkəmə qərarlarını sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddia tələbində bu faktlar kifayət qədər əsaslandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün ilk öncə təqdim olunmuş hər bir sübut iki cəhətdən yoxlanmalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı(sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə əsaslandırmışdır ki, “hazırki iş üzrə şahid mərhum atası ilə digər şəxslər arasında olmuş hadisələri aydın və müfəssəl təsvir etməmiş, hadisələri məntiqi ardıcıllıqla əks edə bilməmişdir.” Halbuki iddiaçı tərəf hazırki iddialarının əsası kimi iddia etdikləri hallar üzrə X1 onun iş üzrə tərəflərlə aralarında olan münasibətlərindən məlumatı olan, məlum olduqları qədərə ifadə verən oğlunun mötəbər olan ifadələrinə istinad etmişdir. Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamışdır, yalan ifadə verən şahidləri ifadəsini sübut kimi qəbul etmiş, mübahisə üzrə mənim faktiki olaraq varlığımdan məlumatlı olmasına baxmayaraq, mənim iştirakımı təmin etməmiş, bu hala toxunmamışdır. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılar tərəfindən digər əsaslardan çıxış edərək cavabdehlərə qarşı maddi ziyan vurulmasına dair irəli sürülən tələblərin qanuni əsaslarına diqqət yetilməmiş, iddiaçı tərəfin hazırki iddiada sadaladığı hallar, yəni, konkret olaraq iddiaçının cavabdehlər tərəfindən aldadılması ilə əqdlərin bağlanması nəzərə alınmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübutedilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Başidarəsinin 21 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Cavabdeh2 şahid qismində ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin əvvəlindən rəsmi olaraq Azərbaycan Respublikasında daxili bazardan armatur alaraq satışını həyata keçirir. "xxxx" MMC-ni təsis etmiş və direktorudur. Konus MMC-nin fəaliyyəti inşaat materiallarının alqı-satqısından ibarətdir. 2018-ci ildə İddiaçı2lə tanış olmuş, söhbət zamanı İddiaçı2 tikinti işləri ilə məşğul olduğunu bildikdən sonra ona armatur satışı ilə məşğul olduğunu bildirmişdir. İddiaçı2 ona ünvan 7 ünvanda və ünvan 8ldirmiş və ona armatur razım olduğunu demişdir. Onunla belə razılaşmışdır ki, ona armatur satışını həyata keçirəcək, o isə bir müddətdən sonra pulunu geri qaytaracaq və ya tikdiyi binalarda mənzillər verəcək. O, İddiaçı2 2018-ci ilin əvvəllərindən başlayaraq bir neçə ay ərzində armatur satışını həyata keçirmişdir. İddiaçı2 2018-ci ilin əvvəllərindən başlayaraq bir neçə ay ərzində armatur satmışdır. xx.xx.2018-ci il tarixdən 2019-cu ilin noyabr ayınadək İddiaçı2 1736282,38 manat dəyərində 1455,45 ton armatur satmışdır. İddiaçı2 satmış olduğu armaturun pulundan ona tərtib olunmuş aktlarla ******* manat məbləğində pul qaytarmışdır. Hazırda İddiaçı2 700000 manat borcu qalmışdır. O, Bakı şəhəri Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538-ci məhəllədə yerləşən sahəsi 596,4 kvadratmetr olan qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən sahəsi 131,2 kvadratmetr olan qeyri-yaşayış sahəsini X6 725000 manata almışdır. X18 həmin qeyriyaşayış sahələrini ona satmaq istədiyini demiş və pul lazım olduğunu bildirmişdir. O, da razılaşmış, həmin qeyri yaşayış sahələri ilkin olaraq bacısı oğlu Kənanın təsisçisi olduğu Cavabdeh1 MMC-yə satılmış, lakin əlavə dəyər vergisi çox yaranacağına görə həmin müqavilə ləğv edilmiş və onun adına keçirilmişdir. Belə ki, İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X2 Rəhim Nəsib oğlunun əvəzinə onunla xx.xx.2020-ci il tarixdə AN-İ № ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələri bağlayaraq ünvan 9 ünvanında yerləşən ümumisahəsi 131,2 kv.m olan və 596,4 kv.m olan qeyri-yaşayış sahələrini ona 131200 manat və 596400 manata satmışdır. Xəzinə mədaxil orderləri ilə qeyd olunan vəsaitlərin tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır. Həmin pulu özü şəxsən bankın kassasına ödəmiş və qəbz almışdır. Sonradan ərizələr verərək qeyri-yaşayış sahələrinin mülkiyyətinə qeydiyyata alınması ilə əlaqədar notariusa çıxarışa sorğu verilməsini xahiş etmiş və ünvan 2 ünvanında yerləşən 131,20 kv.m və 597,40 kv.m olan qeyri-yaşayış sahələrinə dair çıxarışlar verilmişdir. Xəqaninin həmin qeyri-yaşayış sahələrini İddiaçı2 necə almasından, onların arasında hansı-razılıq olub - olmamasından məlumatı yoxdur. O, həmin qeyri - yaşayış sahələrini 2022-ci ilin noyabr ayında Xalq banka girov qoyaraq 500000 ABŞ dolları kredit götürmüşdür. Həmçinin armaturu öz vəsaitilə "xxxx" MMC-nin adına gətirmiş, həmin armatur bacısı oğlu Cuvarov Kənana verilmiş etibarnamə əsasında gömrükdən qəbul edilmişdir, həmin armaturun 358606 manatı İddiaçı2 satılmış, qalan məbləğdə armatur isə bazarda başqa şəxslərə satılmışdır. İfadəsində ilkin olaraq İddiaçı2 ona 700000 manat borcu olduğunu, daha sonra guya Xəqaniyə 700000 manat verməklə qeyi-yaşayış sahəsini aldığını bildirir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, onların ümumiyətlə elə bir yerləri, obyekt almağa pulları olmamışdır. Heç vaxt obyekt satmamışlar. Onların evinə pul gəlməmişdir. Ümumiyyətlə belə bir hal baş verməmişdir. Göründüyü kimi cavabdehin mövqeyi ilə qeyd edilən xüsusatlar üst-üstə dümür. Bu da onu göstərir ki, Bilal Əliyevin məhkəmə iclasında olan mövqeyi ilə prokurorluqda verdiyi ifadə arasında ziddiyət vardır, eləcədə sonuncu qeyd edilən məsələləri əvvəlcədən qurduğu ssenari üzrə davam etməkdədir. Lakin təssüf ki, qeyd edilən bu hallar qətnamədə göstərilmiş işin nəticələrinə uyğun gəlmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd olunmasını xahiş etdi.,
18. Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bidirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. İddiaçının tələbi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır, iddia ərizəsində hüquqi əsas kimi Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinə istinad olunur.
24. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin mahiyyətindən görünür ki, tələbin əsasını iddiaçının əmlakından məhrum olması təşkil etdiyindən real zərərin ödənilməsi tələb olunur.
25. Qeyd edilən norma ümumi normadır və müstəqil olaraq tələbin hüquqi əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, zərərin mövcud olub – olmaması həm iddiaçının istinad etdiyi deliktlərlə bağlı normalar, həm də ümumilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları baxımından qiymətləndirilməlidir.
26. Konstitusiya məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
27. İşin hallarından görünür ki, cavabdehlər tərəfindən hüquqazidd əməlin törədilməsi faktı təsdiqini tapmır, bununla bağlı cinayət təqibini həyata keçirən orqanın qərarları mövcuddur və həmin qərarlarda cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi qeyd olunmuşdur.
28. Mülki hüquq və vəzifələrin əmələ gəlməsinin digər əsasları baxımından qiymətləndirmə aparaq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 14.2-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar da mövcud deyildir.
29. İddia tələbində qeyd olunmuşdur ki, iddiaçıların sözügedən qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsindən, əmlakların Cavabdeh2 satılmasından məlumatları olmamış, xx.xx.2020-ci il tarixli alğısatqı müqavilələri onların iradə ifadələrini əks etdirməmişdir. Əqdin etibarlı olması üçün tələb olunan elementlər bunlardır - subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması); -məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi); - tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə oluması və müvafiqliyi) və formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu) Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır - onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli AN- İ № ******* nömrəli alğı-satqı müqavilələri yalan əqd olmuş, aralarında olan yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olmuşdur. xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu təsdiq edən digər xüsusat əmlakların satış dəyəri ilə bağlıdır.
30. Lakin qeyd olunan əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və qeyd olunan hallara həmin məhkəmə qərarlarında qiymət verilmişdir.
31. Tələbin əsaslandığı hallardan biri ondan ibarətdir ki, məhkəmələr tərəfindən əqdlər bağlanarkən qanunvericiliyin normalarının pozulması müəyyən olunsa da, kəsici müddətin ötürülməsi əsası ilə iddia rədd edilmişdir. Lakin bu xüsusat məhkəmə qərarlarının məzmunu ilə tamamilə təkzib olunur. Belə ki, əqdin etibarsızlığı ilə bağlı iddia həm müddətin keçməsinə, həm də əsassız olduğuna görə rədd edilmişdir.
32. İş üzrə yekun qərar olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(102)-186/2024 saylı qərarında qeyd olunmuşdur ki, “...birinci iddiaçı xx.xx.2013-cü ildə və ikinci iddiaçı xx.xx.2015-ci ildə öz oğulları İddiaçı2 etibarnamə verərkən mübahisəli qeyri-yaşayış sahələri üzərində birinci iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hələ qeydə alınmamışdı və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydə alınmışdır. Birinci iddiaçının ikinci cavabdehə verdiyi xx.xx.2013-cü il tarixli etibarnamədə xx.xx.2019-cu ildə yaranmış mülkiyyət hüququna dair sərəncam verilməsinə dair səlahiyyət təbiiki nəzərdə tutula bilməzdi. Lakin həmin etibarnamənin məzmunundan göründüyü kimi, birinci iddiaçı ikinci cavabdehə ona məxsus bütün əmlaklar üzərində sərəncam verilməsi ilə bağlı ümumi səlahiyyət vermişdir. İkinci cavabdeh bu etibarnamədən istifadə edərək mübahisəli qeyri-yaşayış sahələri üzərində sərəncam verilməsi ilə bağlı Xəqani Əzimova etibar edilmişi başqasına etibar etmə qaydasında etibarnamə vermiş və nəticədə mübahisələndirilən alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilələr bağlanarkən etibarnamələr ləğv edilməmiş, qüvvədə olmuşdur. Bağlanmış müqavilələrin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.”
33. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, əqdlər bütün şərtlərinə, eləcə də tərəflərin sərbəst iradə ifadəsinə əsasən təyin edilmiş alğı-satqı qiymətlərinə münasibətdə qanuni qüvvəsini almış məhkəmə aktına əsasən etibarlı hesab olunduğundan, həmin müqavilələrin bağlanması nəticəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması da istisna olunur.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2388/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2388/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.