Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7081/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayənədi X5 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-2/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə 15446,45 manat əsas, 5705,91 manat faiz, 110,55 manat cərimə olmaqla ümumilikdə 21262,91 manat məbləğində borcun və manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı: İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi (səh.18), İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 1 saylı əlavə sazişi (səh.28), İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 1 saylı əlavə saziş (səh.32), bildirişlər (səh.40-42), AZ-İ seriyalı 925810 saylı ölüm haqqında şəhadətnamənin surəti (səh.138), Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi (səh.24) - sübut qismində tədqiq edilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-2/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15446,45 manat bləğində əsas borc, 5705,91 manat məbləğində faiz borcu, 110,55 manat məbləğində cərimə borcu, cəmi 21262,91 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Piralahı Rayon Məhkəməsinin 2(094)- 2/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 58.1, 385.1.2, 385.1.4, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə icraatının gedişatında Cavabdeh1 xx.xx.2019-cu il tarixdə öldüyü müəyyən edilmiş, məhkəmə tərəfindən hüquq varisliyinə yol verilməsi halı müəyyən edilməmiş, bununla bağlı Notariat orqanlarına sorğu ilə müraciət edilməmiş, məhkəmə işi hərtərəfli araşdırmadan, hüquq varisliyinə yol verən halların mövcud olub-olmadığını müəyyən etmədən borc tələbinin yalnız zamin Cavabdeh2 Bankın xeyrinə tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin nümayənədəsi X6 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X3 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 324, 385.1, 425.1, 427.3, 439- 449, 467, 470-488, 522, 551-554, 556, 560,739, 741, 743, 744, 1133 ; MPM-in 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, iddiaçı mirası qəbul etmiş vərəsələr və miras barədə sübutlar təqdim etmədən onların məsuliyyəti barədə düşüncələrini ərz etmişdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə sübutlar əldə etmir və tələb həddində işə baxmalıdır. Bundan əlavə, zaminin kreditor qarşısında tam məsuliyyət daşıması prosessual hüquq varisin axtarmasına prosessual zərurət yaratmır və vərəsələrin kreditor qarşısında mülki məsuliyyət məsələləri başqa iddianın predmeti ola bilər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-2/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7081/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7081/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver