Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7083/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçnın nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan QSC "Bank Standard" KB-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və "xxxx" MMC-yə qarşı "borcun silinməsi və s. tələbi"nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5403/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan QSC "Bank Standard" KB-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və "xxxx" MMC-yə qarşı "borcun silinməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(006)- 5403/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC “Bank Standard” KB-nin “Korporativ” filialı ilə aralarında bağlanmış 100/02/991995/15 saylı, 17 mart 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manatla ifadə olunan artan hissəsinin icrasından azad edilməsi, Bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mərkəzi X4 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində təşəkkül tapmış borc məbləğinin manatla ifadə olunan ekvivalenti ilə müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan yaranmış kredit öhdəliyinin məbləği arasındakı fərqin, yəni istinad olunan “Kredit müqaviləsi”-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsindən sonra manat ekvivalentində artmış hissəsinin silinməsi ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsi, İddiaçı ilə QSC “Bank Standard” KBnin “Korporativ” filialı arasında bağlanmış 100/02/991995/15 saylı, 17 mart 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsi nəzərə alınaraq İddiaçı həmin müqavilə üzrə öhdəliklərinin ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan məbləğinin Azərbaycan Respublikası Mərkəzi X4 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manat ekvivalentində artan hissəsinin silinməsi barədə məlumatlar Azərbaycan Kredit Bürosu tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1213/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci istansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2405/2021 saylı, 03 may 2021ci il tarixli qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1213/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd olunan mövqeyi və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)-7083/2021 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin cavabdehlər İddiaçı və X3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair 2(103)-238/2021 saylı mülki işlə (sədrlik edən hakim Məmməd Məmmədov) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 2(103)-7083/2021 saylı mülki iş birlikdə baxılması üçün 2(103)-238/2021 saylı mülki işə birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7083/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7083/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver