Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7094/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququndan məhrum etməyə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4450/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququndan məhrum etməyə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri barədə ərizə verərək, hazırki iddia üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 121 saylı evə dair cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə, o cümlədən hər hansı 3-cü şəxslər tərəfindən tikinti, söküntü, qazıntı işlərinin aparılması və s. bu kimi digər hərəkətlərin həmin şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadə hüququndan məhrum etməyə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, o, anası və atası ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdə yaşamışlar. 2021-ci ildə "xxxx" MMC qardaşı ilə müqavilə bağlayaraq ona yeni mənzilin verilməsi barədə razılığa gəlmişlər. Halbuki həmin mənzildə onun qardaşı ilə bərabər istifadə hüququ var. O, mənzil alınandan orada yaşayır və başqa yaşayış yeri yoxdur. Mülki Qanunvericiliyin tələblərinə əsasən istifadə hüququ da əmlak hüququ hesab olunur və hər cür qəsdlərdən müdafiə olunur. Amma hal-hazırda mülkiyyətçi olan qardaşı özünün mülkiyyətçi hüquqlarından suiistifadə edərək onu istifadə hüququndan məhrum etməyə yönələn hərəkətlərə yol verir. Belə ki, "xxxx" MMC ilə razılaşmaya girib, həmin MTK-ya mənzili satıb, lakin ona heç bir kompensasiya ödəmir, MTK evi sökür. Evin söküləcəyi halda ona heç bir kompensasiya ödənilmədiyinə görə, o öz mənzilindən məhrum olacaq və başqa yaşayış yeri olmayacaq. Lakin heç kim qanunsuz olaraq mənzilindən məhrum edilə bilməz. Bugün söküntü işlərinin dayandırılmasını xahiş etsə də, tikinti şirkəti onun sözlərinə əhəmiyyət vermək fikrində deyil və söküntü işlərini həyata keçirmək istəyir. İstifadə hüquqlarının olan mənzildə söküntü işlərinin davam etdirilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edə bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4450/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirake edən iddiaçının nümayəndəsi və vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndəsi) məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Kollegiya qeyd edir ki, iş materiallarından iddiaçının yuxarıda qeyd edilən mənzilə dair istifadə hüququnun olmasını təsdiq edəcək hər hansı bir sənəd (arayış və s.) aşkar etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etmədiyi zaman birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4450/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7094/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7094/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver