Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7097/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı prosessual hüquq varisi X1, Müstəqil tələb irəli sürməyən 3-cü səxs X2 nümayəndəsi və vəkili X6 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(006)-4554/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü səxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması və qeyri-yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 300 (üç yüz) manat maddi, 100 (yüz) manat mənəvi ziyanın tutulması, Cavabdeh İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(006)-4554/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və maraqlarına toxunan şəxs (apellyasiya mərhələsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb olunmuş) X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Tarifxan Balabəyov bu iş üzrə mərhum İddiaçı qardaşıdır və mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin payçısı-şərikidir, lakin bu fakt nəzərə alınmadan və onun iştirakı olmadan ədalət mühakiməsi tərəflərin çəkişməsi prinsipi pozulmaqla həyata keçirilmişdir. Tarifxan Balabəyov qətnamənin maraqlarına toxunulan şəxs kimi məhkəmə iclasında iştirak etmədiyinə görə işin həqiqi halları tam və hərtərəfli araşdırılmamış, nəticədə o, işin həqiqi hallarına dair məhkəməyə məlumat vermək və sübut təqdim etmək imkanından məhrum olmuşdur. Mərhum qardaşı İddiaçı iddia tələbi ilə, yəni Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” və Bakı şəhəri, Suraxanı rayonu, R.Göyüşov küçəsində Vərəm dispanserininqarşısında yerləşən qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etməsi bir neçə gün bundan əvvəl ona məlum olmuşdur. Həmin qətnamə ilə qeyd olunan ünvandakı qeyri-yaşayış sahəsinin yalnız qardaşı İddiaçı sahiblik və istifadəsində olması müəyyən olunduğundan bu əsasa görə Cavabdeh zəbtetdiyi həmin obyektdən çıxarılması qərara alınmışdır. Qeyd olunan qətnamə ilə həmin qeyri-yaşayış sahəsinin yalnız İddiaçı sahiblik və istifadəsində olmasının müəyyən edilməsi isə onun-Tarifxan Balabəyovun qanunla qorunan mülkiyyət hüquqlarını pozur, gələcəkdə onun həmin əmlaka mülkiyyət, sahiblik, istifadə hüququnun itirilməsinə, ümumiyyətlə isə bütövlükdə əmlakdan mərhum olunmasına əsas və şərait yaradır. Halbuki Bakı şəhəri, Suraxanı rayonu, R.Göyüşov küçəsində Vərəmdispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsində onun-Tarifxan Balabəyovun da payı vardır, mərhum qardaşının şəriki kimi obyektin yarı hissəsi ona məxsusdur, həmin obyekt onun və qardaşının bərabər birgə pulu ilə alınmış və onun razılığı və məsləhəti ilə qardaşı BalabəyovHacıağa Tair oğlunun adına sənədləşdirilmişdir. Qardaşı vəfat edən müddətədək obyekti bilavasitə o işlətsə də, obyektin fəaliyyətinə ümumi rəhbərliyi birgə həyata keçirmişlər və eyni zama nd a obyektin fəaliyyətindən əldə olunmuş gəlir aralarında bərabər bölüşdürülmüşdür. Qardaşının vəfatından sonra qeyri-yaşayış sahəsi onun tam sahibliyinə və istifadəsinə keçmişdir, hal-hazırda obyekti özü işlədir. Onun iştirakı olmadan çıxarılmış qətnamə isə həmin obyektin yalnız mərhum qardaşı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə sənədləşdirilməsinə şərait və imkan yaradır, belə bir vəziyyət isə onu gələcəkdə həmin əmlaka mülkiyyət, sahiblik, istifadə hüququndan tamamilə mərhum edir.Daha sonra Tarifxan Balabəyovun mərhum qardaşınıniş üzrə Cavabdeh nəyə görə borc almasından əvvəlcdən məlumatıolmamış, bu hal da obyektin gələcək taleyi ilə bağlı onda ciddi narahatlıq yaratmışdır, ona görə bu halın da onun iştirakı ilə araşdırılmasını obyektin payçısı kimi tələb etmək hüququ vardır. Hesab edir ki, ümumiyyətə məhkəmədə onların arasındakı borc pul məsələsi kifayət qədər tam və hərtərəfli araşdırılmamış, bu halın daşınmaz əmlakla-mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı olubolmaması sonadək aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü səxs X2 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı prosessual hüquq varisi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının prosessual hüquq varisini, müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(006)-4554/2022 saylı qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən müstəsna aidiyyatla bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İH-nin xx.xx.1991-ci il tarixli, 105 №-li Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Zığ qəsəbəsi ərazisində Vərəm xəstəxanası ilə üzbəüz avtobus dayanacağının yanında Suraxanı rayonu kolxoz bazarının filialının fəaliyyət göstərməsi üçün 10 x 20 kv.m sahədə yığma-laylı metal konstruksiyalardan ibarət müvəqqəti olaraq pavilyonun quraşdırılmasına icazə verilmişdir. İş materiallarında olan X5 ilə İddiaçı arasında bağlanmış № 009427 saylı, 1996-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 Bakışəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. Göründüyü kimi, iddiaçı Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması ilə bağlı iddia qaldıraraq, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması, həmin sahənin ona təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci il daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Kollegiya hesab edir ki, mülki iş aidiyyat qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, buda iş üzrə tərəflərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 39, 384.0.4, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(006)- 4554/2022 saylı qətnaməsi ləğv edilsin. Mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7097/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7097/2022
23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver