Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7099/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyatın aparılmasının qeydiyyatı aparan orqana həvalə edilməsi, iddiaçının cavabdehdən pul tələbinin itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3755/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, **********46-05301-093013 saylı və **********91-05301-093035 saylı reyestr qeydlərinin ləğv edilməsi, 3M-47 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 122 saylı mənzili üzərində onun, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzili üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması, bu barədə müvafiq olaraq dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə həvalə olunması, sözügedən müqaviləyə uyğun iddiaçının cavabdehdən 11.000 manat miqdarında pul vəsaitini tələb etmək hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3755/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçı müvafiq reyestr qeydlərinin ləğv edilməsi, aidiyyəti müqaviləyə uyğun olaraq bir mənzil üzərində onun, digər mənzil üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması və buna uyğun olaraq qeydiyyatın aparılması vəzifəsinin səlahiyyətli orqana həvalə edilməsi ilə yanaşı, 11.000 manat məbləğində pulun (bu tələb sonradan irəli sürülmüşdür) cavabdehdən tələb etmə hüququnun itirilmiş hesab olunmasını da xahiş etmiş və ilk tələb etibarı ilə iddianın qiymətləndirilməyən olması nəzərə alınmaqla “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə uyğun olaraq 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. İddiaçı da iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunun ödənildiyini əsas götürüb, apellyasiya şikayətinin verilməsinə görə bu məbləğin 50 faizi miqdarında, yəni 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, mövcud vəziyyətdə apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğ etibarı ilə 50 manat təşkil etmir. Belə ki, iddiaçı iddianın tam təmin edilməsini tələb edir. Həmin iddia üzrə 11.000 manatla bağlı da tələb irəli sürüldüyündən və bu baxımdan ödənilməli olan dövlət rüsumu 123 manat təşkil etdiyindən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə məhz bu məbləğin 50 faizi miqdarında, yəni 61,50 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilməli idi. Bununla belə, 50 manat (11,50 manat az) məbləğində dövlət rüsumu ödəməklə, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsini və apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir; 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-cü, 366-cı, 399-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3755/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7099/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7099/2025
23.12.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver