Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7108/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4889/2015 nömrəli, 02 noyabr 2015-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(006)- 4889/2014 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kreditor İddiaçı ASC-nin xeyrinə 876,68 ABŞ dolları əsas, 700,50 ABŞ dolları faiz, cəmi 1.577,18 ABŞ dolları kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 20 manat dövlət rüsumu vəsaitinin tutulması əmr edilmişdir.
2. Qeyd edilən məhkəmə əmrindən borclu Cavabdeh3 tərəfindən etiraz ərizəsi verilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 2(006)- 4889/2014 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(006)-4889/2014 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alımışdır.
4. Sonradan, ünvan 1rardadı ilə iddiaçı 'Turanbank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
5. Hazırda iddiaçı tərəfindən məhkəməyə şikayət ərizəsi ünvanlanaraq, ünvan 1rardadının ləğv edilməsi xahiş edilmişdir.
6. Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin verdiyi şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
9. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, mülki iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
11. İlk öncə İddiaçı ASC-nin tələbi təmin edilərək, məhkəmə əmri çıxarılsa da, sonradan, Cavabdeh3 məhkəmə əmrindən etiraz ərizəsi vermiş və onlara qarşı olan tələbə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə ərizə təmin edilərək, məhkəmə əmri ləğv edilməklə, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və nəticə etibarı ilə mülki iş xx.xx.2015-ci il tarixdə baxılmamış saxlanılmışdır.
13. Həmin qərardadın qəbulundan xeyli vaxt, təxminən 6 ilə yaxın müddət keçdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etməklə, qəbul edilmiş məhkəmə sənədinin icra edilməsi məqsədilə aidiyyəti İcra şöbəsinə göndərilməsini xahiş etmişdir.
14. İddiaçının müraciətinə cavab olaraq, məhkəmə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə mülki iş üzrə icraatın baxılmamış saxlanıldığını bildirmiş, eyni zamanda qeyd edilən cavab məktubunun iddiaçının rəsmi ünvanına poçt vasitəsilə göndərilməsini də təmin etmişdir.
15. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2011-ci il tarixli 03 saylı qərarının 9.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlandıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
16. Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə onlar məhkəmə iclasında iştirak etməmələri və bu haqda məhkəməyə məlumat verməmələrini üzrlü səbəblərdən baş verməsi haqqında sübutla təsdiq etdikdə, bu məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
17. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsi iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsi ilə əlaqədar ərizənin baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasının xüsusi qaydasını müəyyən edir. Bu qaydanın tətbiq olunması üçün məhkəmə iclasına gəlməmiş iddiaçının və ya cavabdehin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etməsi tələb olunur.
18. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki iş üzrə icraatın uzun illərdir ki, baxılmamış saxlanılmasına, habelə işin faktiki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf həmin vaxt icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş və vaxtında müraciət etməməsinə dair hər hansı bir əsaslı sübut məhkəməyə təqdim etməmişdir.
19. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4889/2015 nömrəli, 02 noyabr 2015-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev