Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7109/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh4 və qeyrilərinin cavabdeh İddiaçı QSC-yə qarşı aylıq faizlərin qanunsuz hesab edilməsi və yenidən hesablanması, zaminlik və ipoteka müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 198/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000029920 saylı kredit razılaşması üzrə 58510.86 ABŞ dolları məbləğində kredit borcu, 9889.17 ABŞ dolları məbləğində faiz borcu və 18722.63 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 87122 ABŞ dolları 66 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20, mənzil 14-ə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20, mənzil 14-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, X4, Cavabdeh1 istifadə hüququnun itirilməsinə, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh4 və qeyriləri cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il noyabrın 08-də bağlanmış kredit razılaşması üzrə faizlərin aylıq tutulması qanunsuz sayılmasını və yenidən hesablama apararaq, faizlərin ilin sonunda tutulması vəzifəsinin cavabdeh "İddiaçı" QSC-nin üzərinə qoyulmasını; x xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış eyni tarixli zaminlik müqavilələri və ipoteka müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki 20 saylı evin 14-cü mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 02L000011062 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit xətti müqaviləsi və kredit razılaşması üzrə üzrə 58143,22 ABŞ dolları məbləğində əsas borc, 18253,52 ABŞ dolları məbləğində faiz borcu, 4434 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 80830,74 ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, həmçinin tələbin Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən 20 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 72 000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən 20 saylı evin 14 saylı mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, X1, Cavabdeh1 mənzili könüllü tərk etmədikləri halda həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 90%, yəni 27 manatının cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan 10 %, yəni 03 manatının İddiaçı QSC-yə aid edilməsi, iddia qismən təmin edildiyindən, 120 manat ekspertiza xərcinin 90%, yəni 108 manatının cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1, qalan 12 manatının İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ilkin iddia tələbiin təmin edilmiş hissəsində ləğv edilməsi, ilkin iddia tələblərinin rədd və qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən 02.09 2020-ci il tarixdə daxil olmuş məktubda, İddiaçı QSC-nin nümayəndəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verildiyi bildirilmiş, həmin şikayətə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qərardaddan verilmiş şikayətə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7109/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7109/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver