Məhkəmə qərarları › İş №2(103)-7112/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7112/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7112/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununkassasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 617,61 manat əsas borc, 21,16 manat faiz məbləği, 85,44 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan borc və 325,86 manat cərimə məbləğində borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-614/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-614/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununapellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları tərəfindən poçt xəbərnaməsinə imza edilməklə xx.xx.2020-ci il tarixdə rəsmi şəkildə qəbul edilmiş, kassasiya şikayətini xx.xx.2020-ci il tarixdə (şikayət vermə müddətinin bitməsindən 28 gün sonra) məhkəməyə ünvanlamışdır. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinin tələbinə cavab vermədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 407 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar