Məhkəmə qərarları › İş №2(103)-7113/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7113/2022

12.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7113/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar(qaşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseyn qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Markir və İddiaçı9 cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya, iddiaçı Cavabdeh-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseyn qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Markir və İddiaçı9 və "xxxx" Birgə Müəssisəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cavabdeh "xxxx" tərəfindən qanunsuz zəbt edilmiş binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması”; “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh-nin nümayəndəsi Vəkil2 və üçüncü şəxs "xxxx" MTK-nın qanuni təmsilçisi X3 iştirakı ilə, iddiaçılar(qaşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseyn qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Markir və İddiaçı9 cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs "xxxx" MTKya qarşı “cavabdeh "xxxx" tərəfindən qanunsuz zəbt edilmiş (Bakı şəhəri,Yasamal rayonu, Mətbuat prospekti 37 ünvanla Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılmasına” dair ilkin və iddiaçı Cavabdeh-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseyn qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Markir və İddiaçı9 və "xxxx" Birgə Müəssisəsinə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2021 saylı işi üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar X9, İddiaçı2, İddiaçı3 Hüseyn qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Markir və İddiaçı9 Cavabdeh-yə və üçüncü şəxs "ANT İnşaat” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Murad-LTD ” MMC-yə (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) həvalə edilməsi və torpağın (mübahisəli ərazinin) yerində ölçülərək kimə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Prosesin gedişində iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Murad-LTD ” MMC tərəfindən qanunsuz zəbt edilmiş (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər.

2. Cavabdehlər İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 Seyıdəli oğlunan, İddiaçı5, İddiaçı6, X4, X8, Sərifov Maknirə, İddiaçı9 və "xxxx" MTK-ya qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK- nın əsl cavabdeh "xxxx" Birgə Müəssisəsi ilə əvəz olunmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2021 saylı işi üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin, qarşılıqlı iddiaların təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun 25 manatının ilkin iddia üzrə iddiaçılardan, 25 manatının isə qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 -ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3, 214.4, 124.2, 217.4, 218.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar iddia tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi "dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Onlar, müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandıra bilməmişdirlər. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "ANT LTD” Birgə Müəssisəsi tərəfindən yaşayış binası inşa olunarkən iddiaçıya məxsus torpaq zahəsinə müdaxilə olunaraq zəbt olunduğunu iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Və Ünvan Reyestri Xidmətinin **********38 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, "ANT İnşaat” MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan mübahisəli torpaq sahəsi üst-üstə düşmür. Belə olduğu halda, ilkin və qarşılıqlı iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Və Ünvan Reyestri Xidmətinin **********38 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə: Cavabdeh-yə məxsus 3059,2 kv metr torpaq sahəsi və onun üzərində yerləşən yanacaq-doldurma məntəqəsi və "xxxx" MTK tərəfindən tikilərək təhvil verilmiş 0,84 ha ərazidə yerləşən yaşayış binaları arasında təqdim olunmuş sənədlərdə üst-üstə düşmə halı mövcuddur və bu təqdim edilən sxemdə öz əksini tapmışdır.- "xxxx" MTK tərəfindən Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən təqdim edilən sxemdə 9638 kv.m kimi göstərilmişdir.-"ANT inşaat' MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "ANT LTD” Birgə Müəssisəsinə torpaq sahəsinin icarəyə verilməsinə dair 31.01,2002-ci ıl tarixli 70 nömrəli Sərəncamda və 2002ci il tarixli ayrıc aktında nəzərdə tutulan torpaq sahəsinin ölçüsü eynilik təşkil etmir. Belə ki, ANT İnşaat" MTK tərəfindən Bakı şəhəri, Mətbuat prospekti, 3141 -ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü 9638 kv.m. təşkil edir. - ANT İnşaat MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan mübahisəli torpaq sahəsi üst-üstə düşmür. Lakin sənədlər üzrə üst-üstə düşmə halı mövcuddur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1997 saylı, xx.xx.2021-ci ıl tarixli ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin **********38 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuş hallar təsdiq edilmişdir (iş səh.1-ci cild, 173-175, 184). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin “02” noyabr 2021-cu il tarixli iş 2(004)-100/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60, 70 ; Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4, 157.8, 170.2; Mülki Prosessual Məcəllənin 88, 97.1, 99.2, 384.0.2, 386-cı maddələrinə; Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaların həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dai" 20 may 2011-ci il tarixli qərarına; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə; Avropa İnsan hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarına stinadən qeyd edilmişdir ki, hakim saxtakarlığa yol verərək məhkəmənin vaxtı və yeri barədə tərəfləri lazımı qaydada xəbərdar etməyərək mülki-prosessual qanunvericiliyə uyğun olmayaraq qətnamə qəbul etmişdir, baxmayaraq ki, tərəflərin vəsatəti əsasında ekspert və mütəxəssisin dindirilməsi təmin olunmuşdur, ancaq çox təəssüflər olsun ki, ekspert Elməddin Aslanlı və mütəxəssis Rübail Heydərovun dindirilməsi tərəflərin iştirakı ilə aparılmadan qətnamədə göründüyü kimi də onların izahatında açıq-aydın göstərilir ki, 10/1997 saylı xx.xx.2021-ci il tarixli ekspertin rəyi natamam olmaqla tam şəkildə yeddi sual üzrə mütəxəssislər tərəfindən qeyri-obyektiv cavablandırılaraq mülki işin mahiyyətindən kənarlaşdırılaraq, Bakı İcra Hakimiyyətindən və digər səlahiyyətli orqanlardan torpağa aid sənədlər tələb edilmədən alayarımçıq, uzun müddət keçdikdən sonra ekspert rəyi təqdim edilmişdir. Sadəcə olaraq, məhkəmə qanunsuz torpağı zəbt etmiş cavabdehə şərait yaradaraq, onlar tərəfindən qarşılıqlı iddia məhkəməyə təqdim edilərək, guya mübahisəli torpaq yanacaq doldurma məntəqəsinə aiddir və iddiaçıların uzun müddət yaşadıqları hündür mərtəbəli binalar qanunsuz inşa edilərək yanacaq doldurma məntəqəsinin ərazisinə daxil edilərək bu günə qədər də həmin mənzillərdə iddiaçıların yaşamalarını cavabdeh nəzərə almayaraq və qanunvericiliyə uyğun olaraq 20 ilə yaxındır Bakı İcra Hakimiyyəti daxil olmaqla, bütün aidiyyəti orqanlarda sənədləşmə aparılaraq mənzil sahiblərinə çıxarışlar verilmişdir, ancaq çox təəssüflər olsun ki, bina sakinlərinin öz ərazilərində sərbəst hərəkət etməmələrinin səbəbi yanacaq doldurma məntəqəsinin qanunsuz olaraq əraziyə daxil olmasıdır.

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 100/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 174.2–ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi istinad etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********38 saylı, xx.xx.2021- ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh-yə məxsus 3059,2 kv metr torpaq sahəsi və onun üzərində yerləşən yanacaq-doldurma məntəqəsi və "xxxx" MTK tərəfindən tikilərək təhvil verilmiş 0,84ha ərazidə yerləşən yaşayış binaları arasında təqdim olunmuş sənədlərdə üst-üstə düşmə halı mövcuddur və bu təqdim edilən sxemdə öz əksini tapmışdır. - "xxxx" MTK tərəfindən Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən təqdim edilən sxemdə 9638 kv.m kimi göstərilmişdir. - "ANT inşaat' MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "ANT LTD” Birgə Müəssisəsinə torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2002-ci ıl tarixli 70 nömrəli Sərəncamda və 2002-ci il tarixli ayrıc aktında nəzərdə tutulan torpaq sahəsinin ölçüsü eynilik təşkil etmir. Belə ki, “ANT İnşaat" MTK tərəfindən Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü 9638 kv.m. təşkil edir. Yuxanda göstərilənlər onu təsdiq edir ki, qarşılıqlı iddia üzrə mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********38 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyini tam tədqiq etməmiş və bununla da, qarşılıqlı iddia üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi, işdə olan mütəxəssis və ekspert rəyində zidiyyətlərin olmasına baxmayaraq, həmin sənədlərə düzgün qiymət verməmiş və qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə səhv nəticəyə gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 MTK-nın sakinlərə torpaq sahəsinin MTK-ya aid olduğunu şifahi şəkildə bildirdiyini, uşaqların oyun oynaması üçün şərait yaradıldığını, sonradan yanacaq doldurma məntəqəsinin rəhbəri tərəfindən həmin əraziyə torpaq tökərkən torpağın onlara məxsus olduğunu şifahi şəkildə bildirdiklərini, yol probleminin də olduğunu, bir tərəfdən icra hakimiyyəti digər tərəfdən isə cavabdehlərin yolu tutması səbəbindən çıxışın mümkün olmadığını, yolun maşınlarla dolu olduğunu qeyd etmiş, qeyd edilən səbəblərdən həmin sahənin kimə məxsus olmasının aydınlaşdırılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə iş üzrə keçirilmiş ekspertiza rəyləri arasında ziddiyyət olduğunu, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə 1-ci və 7-ci bəndlər arasında uyğunsuzluq olduğunu, X2 tərəfindən verilən rəydə isə MTK-ya aid sahənin ümümiyyətlə qeyd edilmədiyini bildirmiş, təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi Vəkil2 qarşı tərəfin sənədlərində ciddi problemləri olduğunu, ekspert rəyi ilə torpaq sahələrinin faktiki olaraq üst-üstə düşmədiyinin qeyd edildiyini, sənədləşdirmə işləri həyata keçirildikdə yalnışlığa yol verildiyini və üst-üstə düşmənin sənədlər üzərində olduğunu, sənədləşmənin isə "xxxx" Birgə Müəssisəsinin adından həyata keçirildiyini bildirmiş, faktiki olaraq heç bir üst-üstə düşmənin, Cavabdeh tərəfindən kənara çıxma halının olmadığını, Müəssisənin sənədlərdə problem olduğu üçün inzibati orqana müraciət etməli olduğunu qeyd etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın qanuni təmsilçisi X6 tərəflərindən hər hansı bir yerə müraciət etmədiklərini, sakinlərə həmin torpaq sahəsinin MTK-ya aid olduğunu bildirdiklərini, ərazinin “Cen-Telekom LTD” müəssisəsinə aid olduğunu, sonradan bir hissəsini "xxxx"-yə, digər hissəsini "xxxx" Birgə Müəssisəsinə verdiyini, həm "xxxx"-yə, həm də "xxxx" Birgə Müəssisəsinə İcra Hakimiyyəti tərəfindən ayrıc aktı verildiyini, həmin aktlara əsasən üst-üstə düşmənin mövcud olub-olmadığını müəyyən etməyin mümkün olduğunu, "xxxx" Birgə Müəssisəsinin torpaq üzərində səlahiyyətlərini "xxxx" MTK-ya ötürdüyünü, MTK tərəfindən hər-hansı kənara çıxılma halının olmadığını bildirmişdir. 11.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar İddiaçı2, İddiaçı3 Hüseyn qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Sərifov Markir və İddiaçı9 və cavabdeh"xxxx" Birgə Müəssisəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Misal üçün, yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən qeyd edilməlidir ki: 4.16.3.müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək kimi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir.

15. Belə növ səlahiyyətlərin məcrası bir sıra digər inzibati orqanlarına da aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər.

16. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə: İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

17. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdeh kimi qeyd edilən prosess iştikçılarına münasibətdə sübuta yetirilməsə də, iddiaçıların inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; Mülki Məcəllənin 139-158, 238-245; Torpaq Məcəlləsinin 4, 65, 82, 103, 106-108; Mülki Prosessual Məcəllənin 76, 77, 80 - 82, 106.2, 217.4, 385 - 390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayətləri rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq və hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürə bilər. Apellyasiya instansiyasında mülki icraat zamanı bilvasitə olaraq münasibətlərin inzibati səciyyəsi barədə izahlar verilsə də, tərəflər işin baxılmasında israrlı olduğundan, habelə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə araşdırmaq məcburiyyətindədir. İşin mahiyyəti üzrə isə tələblər mütəxəssis və ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla təsdiq edilmədiyindən apellyasiya şikayətlərin təmin edilməsinə də əsaslar yaranmır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Belə ki, mütəxəssis və ekspert rəyləri müəyyən edilən hallar (ziddiyyətlər) məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərin əhatə edir. 19.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Q Ə T E T D İ: İddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2021 saylı işi üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar