Məhkəmə qərarları › İş №2(103)-7117/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7117/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7117/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındaniddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə iddiası rədd olunmuşdur. İddiaçı, xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, şikayət qeyrimümkün hesab edilərək, şikayətin geri qaytarılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv olunması, apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli qəbzlə 15 manat dövlət rüsumu ödəyərək yenidən apellyasiya şikayəti ilə müraciət etmiş və dövlət rüsumun ödənilməsi barədə qəbzi əlavə etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadında xx.xx.2020-ci il tarixli qəbz əsas götürülərək, xx.xx.2020-ci il tarixli apellyasiya şikayətinin geri qaytarılması qərara alınsa da, faktiki olaraq ona yenidən müraciət etdiyi xx.xx.2020-ci il tarixli apellyasiya şikayətinin bir nüsxəsi geri qaytarılmış, şikayətin digər nüsxələri və dövlət rüsumun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli qəbz məhkəmədə qalmışdır. Bu da onu göstərir ki, iddiaçının qanunun tələblərinə əməl etməklə yenidən verdiyi apellyasiya şikayətinə məhkəmə tərəfindən baxılmamışdır. Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdeh1 isə, şikayətə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bakı Apellyasiya Məhkəməsinin şikayətin qeyri-mümkün hesab edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “..Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdə ödənişin təyinatının Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi müəyyən olunmur.” Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Belə olan halda, birinci instansiya məhkəməsinin şikayəti geri qaytarması qanuni və əsaslıdır. Eyni zamanda, Kollegiya, apellyatorun diqqətinə onu da çatdırır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verməsi və ona qanunla müəyyən edilmiş qaydada dövlət rüsumun ödənilməsi barədə sənədin əlavə edilməsi ilə bağlı şikayətində qeyd etdiyi dəlillər, həmin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması zamanı diqqət edilməli məsələlər olmaqla, hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-595/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar