Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7119/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2742/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasından 70.000 ABŞ dolları və 150.000 manat məbləğində pul vəsaitinin və 560 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə əlaqədar e-2(006)-2742/2023 saylı iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2742/2023 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında mövcud olan sənədlərdən aydın olur ki, İddiaçı Cavabdeh3 cavabdeh qismində cəlb etməklə eyni tələblə daha öncə də məhkəməyə müraciət etmiş və iddiaçının tələbinə ədalət mühakiməsini həyata keçirən məhkəmələr (birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri) tərəfindən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda Cavabdeh3 qarşı olan pul tələbinə mahiyyəti üzrə baxılmış və nəticə etibarı ilə eyni tələb üzrə eyni cavabdehə qarşı qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın qismən, yəni İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməsi hissəsində ləğv edilməsi və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin həmin hissədə də təmin olunmaması barədə yeni qərardadın qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2742/2023 saylı qərardadı qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edirlər ki, məhkəmə tərəfindən qeyd olunan həmin prosessual norma düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e- 2(006)-2742/2023 saylı qərardadında qeyd olunur ki, iş materiallarında mövcud olan sənədlərdən aydın olur ki, İddiaçı Cavabdeh3 cavabdeh qismində cəlb etməklə eyni tələblə daha öncə də məhkəməyə müraciət etmiş və iddiaçının tələbinə ədalət mühakiməsini həyata keçirən məhkəmələr (birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri) tərəfindən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda Cavabdeh3 qarşı olan pul tələbinə mahiyyəti üzrə baxılmış və nəticə etibarı ilə eyni tələb üzrə eyni cavabdehə qarşı qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Qeyd olunur ki, “Xəzər M” firması ilə "xxxx" Şirkəti arasında bağlanmış birgə fəaliyyət haqqında 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən “Xəzər M” firmasının təsisçisi və mülkiyyətçisi İddiaçı ilə "xxxx" Şirkətininn təsisçisi X10 “Xəzər M” firmasının hüquqi ünvanı olan ünvan 2 mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində, (Klinikada) tibbi xidmət göstərilməsi məqsədilə birgə fəaliyyət göstərilməsi haqqında müqavilə bağlanmışdır və həmin müqavilənin 3-cü bəndinə görə “İdman sağlamlıq mərkəzi” kompleksinin Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya xərci 500.000 manat məbləğində müəyyən edilmişdir. Məhz İddiaçı 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin cavabdehlər X4 və Cavabdeh3 tələb etmişdir. Hazırki iddia tələbinə görə isə İddiaçı "xxxx" ASC-yə Cavabdeh1 firmasının borcuna görə şəxsən ödədiyi 70.000 ABŞ dollarını və 8-ci km. bazarının yaxınlığında yerləşən iki otaqlı mənzilini sataraq “İdman sağlamlıq mərkəzi” kompleksinin təmirinə ilkin olaraq xərclədiyi 150.000 manatı cavabdehlərdən tutulmasını tələb edir. Göründüyü kimi, hazırki mübahisə üzrə tərəflər eyni olsa da, mübahisənin predmeti və əsası fərqlidir, belə olan halda isə iş üzrə icraata qismən xitam verilməsi yolverilməzdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2742/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X2, Cavabdeh3, 3-cü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X7 və X3 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddiasının iddianın qismən təmin edilməsi, Cavabdeh3 1.180.000 ABŞ dolları məbləğində borcun və 54.083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.234.083 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7056/2020 saylı qətnaməsi ilə İddiaçı və üçüncü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X10 və X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, cavabdehlər Ş.Şahbazov və Cavabdeh3 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 1217/2021 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7056/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi İddiaçı Cavabdeh3 cavabdeh qismində cəlb etməklə eyni tələblə daha öncə də məhkəməyə müraciət etmiş və iddiaçının tələbinə ədalət mühakiməsini həyata keçirən məhkəmələr (birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri) tərəfindən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, “Xəzər M” firması ilə "xxxx" Şirkəti arasında bağlanmış Birgə fəaliyyət haqqında 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən “Xəzər M” firmasının təsisçisi və mülkiyyətçisi İddiaçı ilə "xxxx" Şirkətinin təsisçisi X10 “Xəzər M” firmasının hüquqi ünvanı olan ünvan 2 mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində, (Klinikada) tibbi xidmət göstərilməsi məqsədilə birgə fəaliyyət göstərilməsi haqqında müqavilə bağlanmışdır və həmin müqavilənin 3-cü bəndinə görə “İdman sağlamlıq mərkəzi” kompleksinin Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya xərci 500 000 manat məbləğində müəyyən edilmişdir. Şikayətin dəlillərinə əsasən məhz İddiaçı 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən təmir və rekonstruksiya işlərinə çəkdiyi 500 000 manat məbləğinin cavabdehlər X4 və Cavabdeh3 tələb etmişdir. Hazırki iddia tələbinə görə isə İddiaçı Azərbaycan Beynəlxalq Bankına Cavabdeh1 firmasının borcuna görə şəxsən ödədiyi 70 000 ABŞ dollarını və 8-ci km. bazarının yaxınlığında yerləşən iki otaqlı mənzilini sataraq “İdman sağlamlıq mərkəzi” kompleksinin təmirinə ilkin olaraq xərclədiyi 150000 manatı cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçinin bu dəlilləri həm iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmunu ilə təkzib edilir, həm də şikayətçi 70.000 ABŞ dolları və 150.000 manat məbləğində pul vəsaitinin qeyd edilən məhkəmə işlərində Cavabdeh3 qarşı irəli sürülən tələblərə daxil olmamasını məhkəmə iclasında sübut edə bilməmişdir. Qeyd olunanlar kollegiyaya bu nəticəyə gəlməyə əsasən verir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilən - qanuni qüvvəsini almış qətnamədən görünür ki, iddiaçı həmin iş üzrə eləcə də, hazırki iş üzrə xx.xx.2007-ci il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə istinad etməklə Cavabdeh3 pul tələbi ilə məhkəməyə müraciət etmiş və tələbin bu hissəsinə qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmuşdur. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan birinci instansiya məhkəməsi icraata Cavabdeh3 münasibətdə xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2742/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7119/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7119/2023
21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver